Modern.az

Almaniya Trampın seçilməsi ssenarisinə hazırlıq görür - Xüsusi böhran qrupu yaradılıb

Almaniya Trampın seçilməsi ssenarisinə hazırlıq görür - Xüsusi böhran qrupu yaradılıb

22 İyul 2024, 10:36

Almaniya Donald Trampın ABŞ-da prezident seçilməsi ssenarisinə hazırlıq görür.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

 

Belə ki, Almaniya Xarici İşlər Nazirliyi onun seçiləcəyi təqdirdə müəyyən işlər görmək üçün böhran qrupu yaradıb.

 

Berlin yeni ABŞ administrasiyasının “proteksionist iqtisadi siyasətini sərtləşdirəcəyindən” qorxur. Qrupun məqsədi mümkün ssenariləri nəzərdən keçirmək və müvafiq tədbirlər hazırlamaqdır.

 

Xatırladaq ki, noyabrda ABŞ-da seçkilər keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri