Modern.az

Biz xəstəliyi deyil, xəstəni müalicə edirik! - Baş həkimlə müsahibə

Biz xəstəliyi deyil, xəstəni müalicə edirik! - Baş həkimlə müsahibə

Müsahibə

5 İyul 2024, 10:12

Modern.az Referans Weelbeing Center-in Baş həkimi Dr. Ülya Quliyeva müsahibəsini təqdim edir:

 

Müsahibə üçün təşəkkür edirik. İlk ondan başlayaq Referans Wellbeing Center-ə insanlar hansı şikayətlər ilə gəlirlər?

 

Mənim ixtisasım həkim endokrinoloq olduğuna görə bizə əsasən endokrinoloji xəstəliklər ilə bağlı müraciətlər olur. Artıq çəki, piylənmə, tiroid xəstəlikləri, insulin dirənci, şəkərli diabet, allergiya və s. şikayələrlə daha çox rastlaşırıq. Bildirmək istərdim ki, Mərkəzimiz inteqrativ tibb mərkəzidir, yəni burada bütövlükdə orqanizmin  hüceyrə səviyyəsində müayinə və müalicəsi aparılır. Belə ki, xəstə olmayan, sağlam və uzun yaşamaq istəyən şəxslər də mərkəzimizə müraciət edərək yaşlanma əleyhinə və detoksifikasiya prosedurlarından keçirlər.

 

Müalicə metodlarımız hansılardır?

 

Müasir dövrdə  simptomatik müalicələrin çox vaxt effekt vermədiyinin şahidi oluruq. Bu baxımdan əsas müalicəmiz xəstəliklər yaranmadan əvvəl orqanizmin özünübərpa qabiliyyətini artırmağa yönəlmişdir. Əvvəl pasiyentlərin ətraflı müayinəsi aparılır və bütün şikayətlərinə uyğun olaraq ona inteqrativ müalicə təyin edilir. Məsələn, əskik olan nutrielementləri təyin olunması, ağır metalların bədəndə toplanması və s. araşdırılır və müvafiq olaraq bağırsaq mikroflorasının bərpası, qaraciyərin və bütün orqanizmin hüceyrədən başlayaraq detoksu-təmizlənməsi ilə tez zamanda və qalıcı effekt əldə olunur. Bunları da biz təbii ki, major ozonoterpiya, intravenoz terapiyalar, venadaxili lazer terapiyası kimi tibbin ən müasir və sübut olunmuş metodları ilə həyata keçiririk.

 

İnsanlar Sizə nə zaman müraciət edə bilər?

 

İnsanlar bizə şikayəti olmadan da yaxınlaşırlar. Sadəcə öz bədənini tanımaq məqsədi ilə, hüceyrəvi check up, vitamin və mineral balansını bərpa etmək, ümumi ruh və bədən sağlamlığını dəyərləndirmək üçün müraciət edən pasiyentlərimiz var.  Uzun zaman təsir edən çoxsaylı səbəblərin (stress, zərərli vərdişlər, azhərəkətli həyat tərzi, fast-food qidalar, çirklənmiş ekoloji mühit və s.) törətdiyi xəstəliklərin müalicə və profilaktikasında bütün dünyada  üstünlük İnteqrativ Tibbə verilir. Buna görə Mərkəzimiz bu sahədə ön sıralardadır. Onu da qeyd etmək istərdim ki, İntravenoz, yəni venadaxili lazer ilə müalicə ölkəmizdə yalnız Referans Wellbeing Center-də tətbiq olunur.

 

Son dövrdə bədənimiz müxtəlif toksinlərə məruz qalır və bunların nə kimi zərəri var?

 

Son zamanlar çirkli hava ilə, yaxud məişətdə müxtəlif toksinlərinə məruz  qalırıq. Məsələn, ksenoesterogenlər–esterogenəbənzər sintetik maddələr olub, hava, qida və təmasla orqanizmə  daxil olur və  orqanizmdə hormonal balansı pozur. Buna görə bizim ilk addımımız  qaraciyər detoksifikasiyası ilə başlayır. Çünki qaraciyər düzgün çalışmadığı zaman bədəndə olan hormona bənzər toksinləri bədəndən ata bilmir və bu zaman endokrin sistemin fəaliyyəti pozulur. Qadınlarda da, kişilərdə də onkoloji xəstəliklərin yaranma riski artmış olur. Hər birimiz gündəlik həyatımızda əlimizdə tutduğumuz çeklər, kosmetik vasitələr, plastik qablar,  kimyəvi təmizləyicilər ilə təmasda oluruq. Bizim də məqsədimiz bu hormon pozucu zərərli toksinlərdən bədənimizi təmizləməkdir. Buna görə də hər zaman dediyimiz kimi BİZ XƏSTƏLİYİ  DEYİL XƏSTƏNİ  MÜALİCƏ EDİRİK ! Ona görə də bu şüar bizim üçün hər zaman vacibdir.

 

Günümüzdə bu qədər xroniki xəstəliklərin artma səbəbi nələrdir ?

 

Az öncə də qeyd etdiyim kimi bizim kirli, ağır toksin yüklü bir dünyada yaşamağımızdır. Həm qidalarımız,  həm də çirkli hava, stresli həyat şəraitimiz bu xəstəliklərin yaranmasına təkan yaradır.

 

Endokrinoloji xəstəliklərdə irsiyyətin rolu varmı?

 

- Əlbəttə var. Praktikamızda da biz görürük ki, qalxanabənzər vəzin patalogiyası olan ananın övladında bu halın baş verməsi ehtimalı yüksəkdir. Ona görə biz valideynlərə tövsiyə edirik ki, övladlarınızı vaxtında müayinə etdirin. Amma,  bu o demək deyil ki,  genetik faktor varsa gələcək nəsildə də mütləq şəkildə bu xəstəlik olacaq. Əgər, vaxtında doğru müdaxilələr olunarsa belə halların erkən qarşısını almaq mümkündür.

 

İnsanlara insulin dirənci ilə mübarizədə hansı məsləhətləri görürsünüz?

 

Ümumiyyətlə insulin dirənci günümüzün ən çox yayılan sindromlarından biridir. İnsulin dirənci ilə bağlı yetəri qədər məlumat vermişik və bununla bağlı səhifəmizə də keçid edib baxa bilərlər. Artıq  çəkisi olan hər kəs insulin dirəncinin olduğunu fikirləşir. Bunun özü də yalnış düşüncədir. Bəzən elə pasiyentlərimiz olur ki nə qədər çəkisi yüksək olsa da, onda insulin dirənci olmur. Az çəkili olan pasiyentlərdə belə insulin dirənci ilə qarşılaşdığımız hallar da çox olur. Burada səbəblər müxtəlif ola bilər. Əsas səbəb- hüceyrəyə daxil ola bilməyən, reseptora cavab verməyən  qlükozadan söhbət gedir. Günümüzdə aşırı karbohidratlardan istifadə, oturaq həyat tərzi hər birimizdə bu problemi yarada bilir. Biz bunu çox fərqli metodlar ilə müalicə edirik. Demək olar ki ən çox müalicə etdiyimiz sindromların ən başında gəlir.

 

Ekzema xəstələrinin müalicəsində hansı metodlardan istifadə edirsiniz?

 

Ekzema dərinin ağır metal və toksinlər ilə bağlı verdiyi cavab reaksiyasıdır. Histamin intoleransı sırf bağırsaqdan başlayır ona görə də biz ekzema xəstələrində ilk etap qidalanmasını və  bağırsaq florasını dəstəkləyirik. Bu kimi pasiyentlərin əksəriyyətində  həzm problemləri, qəbizlik və s. şikayətlər olur. Bu pasiyentlərdə So check aparatı vasitəsilə hüceyrədaxili ağır metallar və oksidativ stress ölçülür. Qaraciyərdə detoksifikasıya fazaları araşdırılır və bu zaman kifayət qədər patogenlərin olduğunu görürük. Bu nəticələrə görə də, pasiyentlərimizə Antihistamin qidalanma protokolu, intravenoz terapiya xüsusilə də major ozonoterapiya təyin olunur və  biz ekzema xəstələrində çox uğurlu nəticələr əldə edirik.

 

Artıq çəkidən əziyyət çəkənlər hansı qida əlavələrindən istifadə etməlidir?

 

Bizə yaxınlaşan hər bir pasiyentdə ciddi formada D vitamini defisiti ilə qarşılaşırıq. Sağlam şəxsdə D vitamini dəyəri 80-100 aralığında olmalıdır. Ona görə də daim D vitamini ilə birgə magnesiumu də qəbul etməliyik. Xüsusilə də artıq çəkili insanlarda bu dəyərlərin normal olmağına əhəmiyyət veririk. Artıq çəkidən əziyyət çəkənlər üçün  xüsusi  qida əlavələri  vardır ki,  bunların dozları hər pasiyent üçün  individual olaraq təyin olunur. Nəzərinizə çatdırmaq istəyirik ki,  biz artıq çəkili pasiyentlərdə,   anti diabetik dərmanlar yazmadan, xüsusi müalicə ilə müsbət nəticələr əldə edirik.

 

Oxucularımıza hansı tövsiyələri verə bilərsiniz?

 

Oxuyucularımıza tövsiyələrim iz bunlardır ki, Bədənimizdə baş verən hər bir hal  bizə hər hansı bir xəstəlikdən xəbər verə bilər. Ona görə də ağırlaşma və fəsadlar yaranmadan mütləq şəkildə ildə  1 dəfə chek up müayinələrdən keçməliyik. Əgər, daha sağlam və uzun yaşamaq istəyiriksə, mütləq şəkildə həkim müayinəsində olmaq şərtdir. Hər şey hüceyrədən başlayır. Biz isə, sizin sağlamlığınızı hüceyrə səviyyəsində qoruyuruq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi