2 Oktyabr 2020, 15:46 | Ana Səhifə - Yazılar - Azərbaycanlı jurnalistdən Qarabağda yaralanan fransız jurnalistlərə MƏKTUB
Azərbaycanlı jurnalistdən Qarabağda yaralanan fransız jurnalistlərə MƏKTUB

Elşad Eyvazlı


“Le Monde” qəzetinin əməkdaşları, hörmətli Şarl Rafael və Alan Kaval!

 
Ötən gün 30 ildir Ermənistanın işğalda saxladığı tarixi Azərbaycan torpaqlarında yaralandığınız barədə məlumat yayıldı.


Çox üzüldüm.


Keşkə olmasaydı...


Düzünü desəm, bu məlumatı Ermənistan yaydığından doğruluğuna bir az da tərəddüdlə yanaşdım...


İşğalçı ölkəni yaxşı tanıdığımdan deyə bilərəm ki, siz əcnəbi jurnalistləri gülləbaran edib Azərbaycan barədə dünyada mənfi imic formalaşdırmaq üçün Ermənistanın belə bir addım atması daha real görünür. Belə düşünməyə çoxlu əsasım var.


Həqiqəti bilməyiniz üçün iki fakt deyim.


1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətdi. Yüzlərlə insan qətlə yetirildi. Ardından Ermənistan bütün dünyaya bəyan etdi ki, onun bu barbar aktdan xəbəri yoxdur. Belə faktlar yüzlərlədir.


Bir neçə gün öncə Ermənistan bəyan etdi ki, ona məxsus SU-25 bombardmançı təyyarəsi  Türkiyə tərəfindən vurulub. Halbuki, Ermənistanın Vardenis rayonunda yerləşən Havadan Müdafiə Sistemi həmin təyyarənin səhvən Azərbaycana aid olduğunu düşünüb, vurmuşdu və təyyarə dağa çırpılmışdı.


Yəni bu kimi məsələlər Ermənistanın şakəridir.


Jurnalist olaraq həmkarımın, insan olaraq isə insanın yaralanmasının əleyhinəyəm. Şüurlu insanıqsa, niyə insanlığı qorumayaq ki...


Ancaq Azərbaycan qoruyacaq, Ermənistan qorumayacaqsa, insanlıq öləcək. Ermənistan və onun havadarlarının öldürdüyü kimi...


Hər bir halda Sizə keçmiş olsun deyirəm, tezliklə sağalmağınızı diləyirəm...

 

Dəyərli həmkarlar!


Mən də jurnalistəm. Ermənistanın sizi gülləbaran etdiyi yerdə doğulmuşam. Bizim evimizi, Vətənimizi Ermənistan işğal edib, daha doğrusu Sizin də bildiyiniz güclər bizim torpaqları işğal edib Ermənistana verib.


Təsəvvür edə bilirsinizmi, mən 30 ildir öz evimizə gedə bilmirəm. Anam o yerlərin xiffəti ilə dünyasını dəyişdi. Atam ahıl yaşında öz doğma yurdunun həsrətində qovrulur.


Sizsə çox asan şəkildə mənim doğulduğum yerlərdən reportaj hazırlayırsınız. Bilirəm, jurnalist olaraq oraya gəldiyinizi deyəcəksiniz. Ancaq siz həm də dünyanın qayda-qanununu, beynəlxalq hüququ bilən olmalısınız.


Haradan reportaj hazırladığınız, o yerin hansı xalqa, dövlətə aid olduğu, gördüyünüz viran edilmiş evlərin sahibləri barədə də obyektivlik naminə heç düşünüdünüzmü?


Bir anlıq təsəvvür edin ki, İngiltərə 30 ildir Fransa ərazisinin 20 faizini işğal edib. Qaçqın həyatından bezmisiniz, öz evinizə qayıtmaq istəyirsiniz. Bu istəyinizə görə ingilislər sizi güllələyir.


Əcnəbi jurnalistlər İngiltərədən icazə alıb sizin işğal altında olan tarixi yerlərinizdən reportajlar hazırlayır, o yerlərin İngiltərəyə aid olduğunu tirajlayırlar. Belə jurnalistika olurmu? Əgər olursa, onda bunun adı jurnalistikadırmı? Və buna sizin reaksiyanız necə olar?


Yəqin ki, bütün bunların fərqindəsiniz.


Siz bizim doğma yerlərdə olarkən ayaqlarınız altında sızlayan ruhlarımızı görmədinizmi?


Heç olmasa dağıdılmış evlərin kimə məxsus olduğunu sizi ora aparanlardan soruşmadınızmı?


İnanın ki, bu dünya həm də bumeranq dünyadı.


Sabah bizim aqibəti Fransa da yaşaya bilər, başqa haqsızlıq edənlər də...


Deyin ki, Allahdan qorxsunlar!


Allah hər şeyi görür. Allah heç vaxt ölmür, Allah gecə də, gündüz də oyaq olur.


Hər şeyin geci-tezi olur.


Tezliklə doğulduğum Qarabağın Ermənistanın işğalından azad olunmasını, sizin sağalmağınızı və sizi öz doğma evimdə qonaq etməyi çox istəyirəm.

Almaniya və Türkiyə "Taliban"la bağlı razılığa gəldi 16 Oktyabr 2021, 19:36 Hikmət Hacıyev: “Prezidentin yenidənqurma-bərpa layihələri misilsizdir” 16 Oktyabr 2021, 19:27 Meşələrin İnkişafı Xidmətində yoxlamalar 16 Oktyabr 2021, 19:11 İspaniyalı diplomat Azərbaycana gəlir 16 Oktyabr 2021, 18:56 İşçilərin maaşı gecikdirilib - Xidmət AŞKARLADI 16 Oktyabr 2021, 18:41 Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21 “Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01