Modern.az

Rusiyada Ermənistana qarşı hibrid müharibə aparılır - Harutyunyan

Rusiyada Ermənistana qarşı hibrid müharibə aparılır - Harutyunyan

Dünya

24 Sentyabr 2023, 08:52

Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Harutyunyan Rusiya mətbuatının Ermənistana qarşı “hibrid müharibə" apardığını bildirib.

 

Modern.az xəbər verir ki, o, bu barədə erməni jurnalist Georq Xaçaturyanın NTV telekanalına açıqlamasında deyib.

 

“Görünür, Rusiya mətbuatının Ermənistana qarşı açdığı hibrid müharibədə məşhur nağılda olduğu kimi, söz veriblər ki, kim daha çox yalan danışırsa, o, Sarayın/Kremlin yarısını alacaq", - o qeyd edib.

 

Harutyunyan Ermənistandakı aksiyalarla bağlı Rusiya mətbuatında yayılan bəzi xəbərləri dezinformasiya adlandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!