Modern.az

Türkiyədə sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

Dünya

24 Sentyabr 2023, 12:05

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var.

 

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Ərzurum şəhərinin Horasan rayonunda qeydə alınıb.

 

İlkin məlumata görə, 3 nəfər ölüb, onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər ikisi isə Horasan Dövlət Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq vəfat edib.

 

Qəzada yaralanan sürücü və 21 nəfər xəstəxanalara çatdırılıb.

Sizə yeni x var
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?