Modern.az

Rusiyada ən çox kitabı satılanlar – Azərbaycanlı yazar “Forbes”in siyahısında

Rusiyada ən çox kitabı satılanlar – Azərbaycanlı yazar “Forbes”in siyahısında

18 Yanvar 2017, 15:10

“Forbes” jurnalının Rusiya versiyası 2016-cı ildə ölkədə ən çox satılan kitabların siyahısını dərc edib. Modern.az jurnala istinadən xəbər verir ki, siyahıya azərbaycanlı yazıçı Elçin Səfərliininrus dilində yazdığı  “Mənə dənizdən danış” kitabı da daxil olub. Ötən il Rusiyada bu kitabın 37500 nüsxəsi satılıb.

 

Siyahının zirvəsində “Harri Potter və lənətlənmiş uşaq” (307,6 min nüsxə), “Şantaram-2. Dağın zirvəsində” (187 min nüsxə) və “Səndən sonra” (130,5 min nüsxə) kitabları yer alıb.

 

Elçin Səfərli 1984-cü ildə Bakıda anadan olub. Bakıda Beynəlxalq Universitetini bitirib və 12 yaşından mətbuatda çap olunub. Onun “Bosforun şirin duzu” və “Geriyə dönmədən ora” kitabları da populyarlıq qazanıb.

 

Vüqar İSMAYILOV   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi