Modern.az

“Xərçəng bu əlamətlərlə başlayır, hamı bilməlidir” - MÜSAHİBƏ  

“Xərçəng bu əlamətlərlə başlayır, hamı bilməlidir” - MÜSAHİBƏ   

23 Mart 2017, 09:01

Bir neçə gündən sonra Türkiyədə xərçəng xəstəlikləri ilə baglı tədbirlər başlayacaq. Bu xəstəliyi tədqiqi edən həkimlər bilgilərini və araşdırmalarını paylaşacaqlar. Tədbirlərdən öncə professor doktor Ahmet Balık bu xəstəliklə ilgili fikirlərini Modern.az-a açıqlayıb:


- Xərçəng nədir?


- Xərçəng vücuddakı hücyrələrin anormal və kontrolsuz bir şəkildə çoxalması ilə bir qrup xəstəliyin ortaq adıdır. Xərçəng günümüzün ən önəmli sağlıq problemlərindən biridir. Bu xəstəliklə tez-tez rastlaşırı və öldürcüdür. Artıq xalq sağlıgı problemi yaranıb. Siqaret, kimyasal maddələr, radioloji, viruslar, hormonal nədənlər, imminitet pozğunluğu və diğər genetik səbəblər xərçəngin yaranmasına yol açır.


- Xərçəng niyə bu qədər qorxuludir? Tibb bu qədər inkişaf edib. Amma bu xəstəliyə əlac tapa bilmir...


- Xərçəng insanların yaşamını azaldır. Həm də sürətlə sonlandırır. Ürək xəstəlikləri və xərçəng artıq ğlüm səbəbləri arasında eyniləşib. Hər il dünyada 10 milyon insan bu xəstəliyə yoluxur. Onlardan sağlıgına qovuşan da var. Xərçəng xəstəliyi tez anlaşılırsa, müalicəsi də olur. Amma bir neçə gün gecikmə belə, xəstəliyin müalicəsini uzadır, bəzən isə istədiyimiz nəticəni əldə edə bilmirik. Maləsəf, xəstəlik çox zaman özünü gizlədir.


- Xərçəngi necə anlayacağıq?


- İdrarda dəyişiklik, uzun sürən və sağalmayan yaralar, gözlənilməyən qanamalar, məmə və başqa orqanlarda əllə hiss edilən şişlər, udqunma zorlanması və həzmsizlik, üzündə və vücudunun başqa yerlərindəki xalda dəyişiklik, səsdə qısıqlıq və öskürək xərçəngin göstəricisi ola bilər.


- Bir sualı yenidən verəcəm. Çünkü insanlar bu xəstəliyə tutulanda artıq həyatdan ümidlərini kəsir. Beləmi qəbul edək, yoxsa müalicəsi varmı?


- Bütünlüklə nəzərdən keçirsək, uşaqlarda 77, böyüklərdə 60 faiz sağalması mümkündür. Amma xəstəliyin cinsi, yayılması müalicə şansına təsir edir. Yenə vurğulayım bu xəstəlik tez anlaşılmalıdır. Məsələn, məmə və uşaqlıqboyunu xərçəng müalicə edilə bilir. Ümumiyyətlə, sadəcə şikayəti olan deyil, sağlam insanlar da müayinə olunmalıdır. Tarama testləri erkən təhçizə səbəb olur. Birinci dərəcəli qohumlarda bu xəstəlik varsa, 30 yaşına qədər dogum etməyibsə onlarda, eyni zamanda siqaret və içki içənlərdə, yağlı yemək yeyənlərdə bu xəstəlik çox görünür.
Müntəzəm idman etmək, artıq çəkini atmaq, siqaret və içki alışqanlığına yoluxmamaq lazımdır. Qadınlar 40 yaşından etibarən mütəmadi həkim müayinəsinə getməlidirlər. 2 ildən bir mamoqrofiyə edilməlidir. Çünkü qadınlarda ən cox yayılan xəstəlikdir. Başlayar və hətta 10-15 il anlaşılmaz olur. Bu, eyni zamanda uşaqlıqboynu xərçəngə də aiddir. Tam toplasaq, insanlar 6 ayda bir həkim müayinəsindən keçməlidir.



Məhsəti Şərif

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?