Modern.az

Ülvi Quliyev Prezidenti və Birinci vitse-prezidenti təbrik etdi - FOTOLAR 

Ülvi Quliyev Prezidenti və Birinci vitse-prezidenti təbrik etdi - FOTOLAR 

23 May 2017, 15:00

“Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları gözlənildiyi kimi yüksək səviyyədə keçirildi. Kütləvi beynəlxalq yarışları təşkil etməkdə peşəkar təcrübəyə yiyələnən Azərbaycan bu dəfə də dünyanın idman mərkəzlərindən biri olduğu iddiasını ortaya qoydu”.

Bunu Modern.az saytına açıqlamasında 4-cü İslam Həmrəyliyi Oyunlarının yekunlarını qiymətləndirən Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev deyib. 

Ülvi Quliyev bildirib ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və Birinci vitse prezident, 4-cü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehrban xanım Əliyeva bu yarışların yüksək səviyyədə keçirilməsinə nail olmaqla dövlətimizin beynəlxlaq nüfuzunü möhkəmləndirdilər.


“4-cü İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri də daxil olmaqla, yarış zallarında yaradılmış şərait və turnirlərin lazımi qaydada təşkili iştirakçı ölkələr tərəfindən alqışlandı. Təşkilat Komitəsinin sədri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında yüksək səviyyədə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları bu nüfuzlu yarışların tarixində fərqli iz qoydu”.


Millət vəkilinin sözlərinə görə, 2015-ci ildə Bakıda I Avropa Oyunları, ardından 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunları kimi mötəbər beynəlxalq turnirlətin təşkilinin Azərbaycana həvalə olunması milli, dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə daşıyırdı və ölkəmiz bu sınaqlarda üzüağ çıxmağı layiqincə bacardı.

“Ölkə idmanının tarixinə qızıl hərflərnən yazılan 4-cü İslam Həmrəyliyi Oyunlarında əldə olunan böyük zəfər münasibətilə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevi və Birinci vitse prezident, 4-cü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehrban xanım Əliyevanı səmimi qəlbdən təbrik edir, uğurlu fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram”.

 

Xatırladaq ki, Azərbaycan idmançıları tarixi zəfər nümayiş etdirərək, 75 qızıl, 50 gümüş və 37 bürünc olmaqla ümumilikdə 162 medal qazanaraq 4-cü İslam Həmrəyliyi Oyunlarını 1-ci pillədə başa vurdular.











Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir