Arxiv
16 May 2018, 15:20 | MÜSAHİBƏ
Elçin Əfəndiyev: “Vəzifə kiminsə boyuna biçilməyib” - MÜSAHİBƏ + VİDEO  

Xalq yazıçısı: “Haqqımda yazılan böhtanlara, şayiələrə cavab vermirəm”


“Artur Rasizad
ə milli və ləyaqətli insandır”


Xalq yazıçısı, baş nazirin sabiq müavini Elçin Modern.az saytına geniş müsahibə verib.

Müsahibə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda baş tutub. Qeyd edək ki, mayın 13-də Elçin Əfəndiyevin 75 yaşı tamam olub.

Modern.az saytı Elçinlə müsahibəni təqdim edir.


- El
çin müəllim, doğum günü ərəfəsində prezident İlham Əliyev sizi “Şöhrət” ordeni ilə təltif etdi. Belə yüksək ordenə layiq görülməyinizi necə qiymətləndirirsiz?

- Fürsətdən istifadə edib cənab prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçüncü ordenimdir.  “İstiqlal” ordeni, “Şərəf” ordeni və “Şöhrət” ordeni!  Bunu çox yüksək qiymətləndirirəm. Müstəqil Azərbaycanın 3 ordenini almışam, gizlətmək istəmirəm, bu, mənə çox böyük qürur verir. Mən 25 il Baş nazirin müavini vəzifəsində çalışmışam.  Bu, Ginnesin rekordlar kitabına düşəcək rəqəmdir. Sizə deyim ki, 25 ili həyatımda çox əlamətdar dövr hesab edirəm. Ona görə ki, bir var Azərbaycanın  müstəqillik uğrunda apardığı mübarizəyə kənardan baxasan, bir də var ki, bilavasitə bu işlərin içində olasan. 25 ilin 10 ilini ulu öndər Heydər Əliyevin dövründə işləmişəm. 1993-cü ildən 2003-cü ilə qədər... Heydər Əliyevin şəxsiyyətinin miqyası olduqca böyükdür. Heydər Əliyev məktəbi çox zəngin bir məktəbdir. 15 il isə cənab İlham Əliyevin Respublikaya rəhbərliyi dövründə çalışmışam. Bu da unudulmaz illərdir. İlham Əliyev Azərbaycan xalqının müstəqilliyi, azadlığı, ərazi bütövlüyümüz  uğrunda  böyük mübarizə, mücadilə aparır. Hazırda dünyanı idarə edən ikili standartlar siyasəti mövcuddur. İlham Əliyevin  həmin ikili standartlara qarşı apardığı mübarizə isə tarixi mübarizədir. Yenə də fürsətdən istifadə edib Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə bağlı xidmətlərini xüsusi qeyd etmək istəyirəm.

- Mərhum Heydər Əliyevlə ilk tanışlığınız nə vaxta təsadüf edir?

- 1975-ci ilin oktyabrında Nizami adına Ədəbiyyat İnstitutunda çalışırdım. Cavan oğlan idim. O zaman Heydər Əliyev  ilk dəfə məni qəbul etdi. Rəhmətlik İmran Qasımov Azərbaycan Yazıçılar İttifaqında 1-ci katib idi. O, Yazıçılar İttifaqına katib gəlməyimi istəyirdi. Amma bir qrup yazıcı – rəhmətə getdikləri üçün ad çəkmək istəmirəm- mənim İttifaqa gəlməməyimə görə təzyiq göstərirdilər. İmran Qasımov isə Yazıçılar  İttifaqında yeniliyə, gəncləşməyə  çalışırdı. Heydər Əliyev o görüş  zamanı dedi ki: “İmran Qasımov Yazıçılar İttifaqını cavanlaşdırmaq istəyir. Bu çox yaxşıdır. Məsələnin digər tərəfi də var. Yenilənmə... Ədəbiyyat ocağına gedirsənsə, ədəbiyyatda yenilənmə etməlisiniz”.
1975-ci ildən Yazıçılar İttifaqına getdim. Sonra “Vətən” cəmiyyətini yaratdıq. Daha sonra isə Nazirlər Kabineti....



- 25 il
çox böyük rəqəmdir. Dediyiniz kimi, 25 il Ginnesin rekordlar kitabına düşəcək tarixdir.  İnsan müəyyən müddətdən sonra eyni işdən, eyni vəzifədən  yorulur. Sizdə isə eyni proses 25 il davam etdi. “Səhər işə get, axşam evə gəl”. Bezib usanmadınızmı?

- Bezib yorulmaq söhbəti deyil, mən harda işləsəm də, ilk növbədə yazıçıyam. O vəzifədə ki çalışırdım, bu, yazıçı üçün çox böyük material idi. Cəmiyyətin müxtəlif təbəqələri ilə təmasda olurdum. İnsanların problemləri, xoşbəxtliyi, faciəsi... Mən gördüyüm, ərsəyə gətirdiyim işləri reklam etməyi sevmirəm. Adətən səhərlər erkən yuxudan dururam, saat 5-də, zəngli saatsız.  Saat 5-9 arası yaradıcılıq işlərimdir. Ümumiyyətlə, mən səhərlər yazıram.  Amma çox yazarlar axşam yazır. Məsələn, rəhmətlik İsa Hüseynov gecə 12-dən, 1-dən sonra, İlyas Əfəndiyev də axşamlar yazıb səhərlər redaktə edirdi. Gündəlik yaşayışım bu cür formalaşıb. Səhər saat 9.30-da işdə olurdum. İş vaxtı 6-da qurtarsa da, müəyyən işlərə görə evə gec də gedə bilirdim. Bu, işin çoxluğundan asılı idi. Əlbəttə, hər bir vəzifə zaman məsələsində yazıçının vaxtını alır.

- Amma yaradıcı insana vəzifə verilən zaman  təbrik edənlər çox olsa da,  təəssüf məqamı həmişə var. Çünki vəzifə yaradıcı insanı sadə vətəndaşın arasından tamamilə qoparır deyirlər. Maraqlıdır, yaradıcı insanlara vəzifə verilərkən onlar nəyi itirib, nəyi qazanırlar?

- Bu, həmin insandan asılıdır. Özümü müqayisə mənasında demirəm, ancaq Şah İsmayıl Xətai böyük imperiyanın başında dayanmışdı. Eyni zamanda, böyük şair idi. Yaxud da Molla Pənah Vaqifi nümunə gətirək. Bir tərəfdən qoşmalarında, gəraylılarında gözəlləri vəsf edirdisə, o biri tərəfdən də dövrün ağır proseslərində, siyasi həyatında çox aktiv iştirak edirdi. Qarabağ xanının vəziri idi. Dediyim odur ki, hər şey şəxsin özündən asılıdır. Əgər şəxs həqiqi yazıçıdırsa, onun üçün mövzu qıtlığı olmamalıdır. Hər adam onun üçün maraqlı olmalıdır. Həyatda bir-birinin eyni olan iki adam yoxdur. Hətta, əkizlər belə zahiri olmasa da, daxili aləmlərinə görə bir-birindən fərqlənir. Bunu görməyi bacarmaq lazımdır. Əgər bunları görə bilirsənsə, bu sənin yazıçı missiyana kömək edəcək.

- “Ölüm hökmü”, “Mahmud və Məryəm”,  “Ağ dəvə” kimi iri romanlarınızı, bir çox hekayələrinizi Sovet dövründə qələmə almısız. Maraqlıdır ki, Sovet dövrü ilə müqayisədə indiki əsərlərinizdə mövzu fərqliyini hiss edə bilirsinizmi?

- Heç bir fərq hiss etmirəm. Sovet dövründə yazdıqlarımın  içində müstəqil Azərbaycan vətəndaşından gizlədiləcək bir mövzum yoxdur. Bu gün də Sovet dövründə çap olunan adını çəkdiyiniz romanların hər birini, bir yerini dəyişmədən, ixtisar etmədən oxucuya təqdim edirəm.

- Bəs Qarabağşəhidlər mövzusu Elçin müəllimin yaradıcılığında necə yer alıb?

- “Bayraqdar” povestim, qaçqınların həyatından bəhs edən hekayələrim var. “Qarabağ şikəstəsi” adlı böyük  hekayəm var və s. İndi hansı qəzeti, yaxud jurnalı əlinə götürsən, şəhidlər, Qarabağ haqqında yazılar görəcəksən. Təəssüf ki, o yazıların böyük əksəriyyəti bədiilik baxımından  şəhidlərin ruhuna layiq səviyyədə deyil. Bir məqamı deyim. Sovet dövründə mövzu arxasında gizlənənlər vardı. Traktordan, pambıqdan, camışçılıqdan yazırdılar. Öz istedadsızlığını bu mövzuların arxasında gizlədirdilər. İndi bizdə də bunun əks tərəfi baş verib. Oxucu üçün müqəddəs olan mövzuların arxasında gizlənirlər.

- İndi çox şeyə “don geyindirənlər” tapılır. Fikir vermisinizsə, son dönəmlərdə cəmiyyət sadə hadisələri belə sakit qarşılaya bilmir. Bunun səbəbləri nədir?

- Cəmiyyət  ayrıca bir qurum deyil. Müxtəlif təbəqələrin, müxtəlif düşüncəyə sahib olanların toplusudur. Cəmiyyətdə formalaşan insanların arasında savadlı və savadsız, nələrdənsə incik düşən, səhv edən,  yaxud etməyən  kəsim mövcuddur. Bu məsələlərə diferensial, soyuqqanlı  yanaşmaq lazımdır. Bəzi qələm  dostlarımdan  fərqli olaraq, mən haqqımda yazılan böhtanlara, şaiyələrə, naşı yazılara  cavab yazmıram. Səviyyəsizlik həmişə olub və olacaq.


- Bir vaxtlar haqq
ınızda belə sözlər yazılırdı. Sizdən söz düşəndə o məsələ mütləq gündəmə gəlir. “Elçin baş nazirin müavini olduğu üçün pyesləri Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulur”. Yəni sizin yazıçılığınız yox, vəzifəniz qabardılırdı.

- Əgər mənim yaradıcılığım bu cür fikirlərə dözməyəcəksə, o zaman yaxşı edib yazırlar. Özümü müqayisə etmirəm, ancaq  baxın, Azərbaycan mətbuatında Cəlil Məmmədquluzadənin və onun “Molla Nəsrəddin” jurnalı haqqında nələr yazmayıblar?!. Üzeyir Hacıbəyov haqqında nələr yazmayıblar?! Yaşayan kimdir?! Yaşayan yenə də Cəlil Məmmədquluzadə,  Üzeyir Hacıbəyovdur. Təsəvvür edin, mənim pyeslərim Londonda bir neçə dəfə tamaşaya qoyulub. O zaman zəng etməliyəm Kraliçaya ki, danışan baş nazirin müavinidir. Əsərimi orada tamaşaya qoyun?  Nyu-Yorkda “Şekspir” pyesim tamaşaya qoyulanda mənim üçün sürpriz olmuşdu. Deməli, Amerika prezidentinə zəng etməliyəm ki, baş nazirin müaviniyəm. Əsərimi tamaşaya qoyun?! Gülünc bir şeydir.   Əgər bir pyesi teatra təqdim edəcəmsə, onu uzun müddət saxlayıram, oxuyuram. Fikrinə inandığım insanlara oxumaq üçün təqdim edirəm. Əgər hiss etsəm ki, cüzi narazılıq var, heç vaxt o əsərin tamaşa qoyulmasına razı olmaram.  Azərbaycanın teatrları yaxşı əsəri heç vaxt geri qaytarmaz. Yaxşı əsərə həmişə ehtiyac var. Mən, Ərəbzəngi kimi deyirəm ki, kimsə “Azdrama”ya pyes təqdim etməsin?! Gülüncdür. “Elçin vəzifəsindən istifadə edib əsərlərini tamaşaya qoydurur”. Bu,  o qədər cəfəng söhbətdir  ki, üzərində dayanmağa ehtiyac yoxdur.

- Yeri gəlmişkən, bir məqama da toxunaq. Tez-tez vəzifədə olan, vəzifədən gedən məmurlar haqqında faktlara əsaslanan yazılar yazılır. “Filankəs, filan yeri monopoliyaya alıb. Filan sahə onun inhisarındadır” tipli məsələlər cəmiyyəti narahat etməkdədir. Bu məsələlərlə bağlı hər hansı narahatlığınız yoxdur ki?

- Qətiyyən! Heç bir narahatlığım yoxdur. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Azərbaycan mətbuatında böyük vəzifə ajiotajı var. “Filankəsi sabah vəzifədən çıxaracaqlar. Filan yer boşdur. Mötəbər mənbələrdən eşitmişik ki, bunun yerinə filankəsi qoyacaqlar” və sairə. Azərbaycan mətbuatında bu dərəcədə vəzifə aludəçiliyi yerə-göyə sığmır. Şayiələr mətbuatda yerə-göyə  sığmır. Düzdür, bu cür hallar mətbuatda həmişə olub, ancaq bu, təsginlik deyil.

- Yeni formalaşan Nazirlər Kabinetində artıq yoxsunuz...

- 25 ildən sonra, eyni vəzifədən getməyim təbiidir. Yeni tərkibdə olmamağıma son dərəcə təbii hadisə kimi baxıram. Vəzifə kiminsə boyuna biçilməyib.

- Nazirlər Kabinetinin yeni tərkibində gənclərin sayı üstünlük təşkil edir. Hökumətdə gənc kadrların yer almasını necə qiymətləndirirsiniz?

- Gənclərlə işləmək çox yaxşıdır. Formalaşan yeni kabinetdə yer alan gənclərin bir qismini tanıyıram. İndiki vergilər naziri Mikayıl Cabbarovla hələ təhsil naziri olduğu vaxtlarda bir yerdə çalışmışıq. Çox qabiliyyətli insandır. Öz vəzifəsinin öhdəsindən gələ biləcək. Buna şübhəm yoxdur. Etimadı doğruldacaq.
Yeni təhsil naziri Ceyhun Bayramova da yaxşı tanıyıram. Onunla bir neçə ay birgə çalışmışıq. O da məndə xoş təəssürat yaradıb. İşgüzar, dünyagörüşü olan gəncdir. O birilərini yaxşı tanımıram. Sadəcə olaraq gənclərin hər biri ilə bağlı arzum odur ki, prezidentin etimadını doğrultsunlar. Prezidentin etimadını doğrultmaq o deməkdir ki, həm də xalqın etimadını doğruldurlar. Xalqın rifahı üçün çalışsınlar və bu etimadı doğrultsunlar.

- Hər kəsi bir sual düşündürür. Elçin Əfəndiyev 25 illik qaynar fəaliyyətdən sonra yeni vəzifə gözləyirmi?

- Mənim ən böyük vəzifəm yazıçı olmağımdır.

- Sabiq baş nazir Artur Rasizadə ilə əlaqə saxlayırsınızmı?

- Əlbəttə, elə dünən telefonla danışmışıq.

- Razılaşarsınız ki, Artur Rasizadə çox tənqid olunan hökumət adamlarından olub. Xüsusən də, onun öz ana dilində danışa bilməməsi qınaq obyektinə çevrilib.


- Artur müəllim haqqında bu tipli  yazılanlarda böyük yanlışlıq var. Bu da onu tanımamaqdan irəli gəlir. Əlimərdan bəy Topçubaşov Azərbaycan dilini çox pis bilirdi. Lakin bu onun böyük fəaliyyətini azaldırmı?  Rasizadə  rus təhsili alıb. Sizə bir söz deyim:  Artur müəllim, Azərbaycan dilini də çox yaxşı  bilir. Onunla həmişə Azərbaycan dilində danışmışam. Rasizadənin yaşının çox olmasına  baxmayaraq, kobud səslənsə də, onun zehni kompyuter kimi çalışır. O, iqtisadiyyatı, sənayeni, maliyyə məsələlərini dərindən bilən adamdır.  O, çox təcrübəli şəxsdir. Artur Rasizadə milli və ləyaqətli insandır.

- Azərbaycanda yeni yazarlar nəsli formalaşmaqdadır. Gənclərdən kimləri oxuyursuz?

- Misal üçün, Mübariz Cəfərlinin, Şərif Ağayarın  əsərlərini oxuyuram. Qan Turalının məqalələri, esseləri xoşuma gəlir. İstedadlı adamdır. Xüsusilə, qadın şairələr var. Hətta, onlar haqqında böyük məqalə yazdım. Misal üçün, Hədiyyə Şəfaqət və başqaları...

- Yaradıcılığınızda uşaqlar üçün yazdığınız maraqlı  hekayələr var. “Aysunun, Humayın, Günayın nağılları hekayəniz daha çox diqqət çəkir. Hekayəyə qızlarınızın adını vermisiz. 3 qız atasısız. Nədir qız atası olmağın üstünlükləri?

- O qızlara malik olmağın özü elə üstünlükdür.


- Ad
ətən, qız uşaqlarının atasına daha yaxın olduğu söylənilir. Sizdə vəziyyət necədir?

- Qızlarımla ilk növbədə dostam. Məncə, bu yetər.

- Bir ara Yazıçılar Birliyinin sədri Anarla münasibətlərinizin soyuq olduğu deyilirdi. İndi münasibətlər necədir?

- Anarla münasibətlərimiz həmişəki kimidir. Biz həmişə dost olmuşuq. Bizi birləşdirən bir çox cəhətlər var. Ailələrimiz bir-birlərini tanıyıblar. Anarla 50 ildir ki, dostluğumuz var. Anar mənim üçün məhrəm bir adamdır. Ola bilsin ki, ayrı-ayrı vaxtlarda aramızda um-küsü olub. Amma sərhədi keçmək söhbəti olmayıb. Bizə görə kimsə nigaran olmasın.  Hətta, sizinlə görüşdən yarım saat qabaq telefonda danışdıq. Oljas Süleymanovla  nahara  dəvət etdi. Sizinlə görüşüm, sonra da rayona səfərim olduğu üçün, gedə bilmədim.

- Bir qədər də pedaqoji fəaliyyətinizdən danışaq. Bundan sonra yazıçı Elçin tələbələr qarşısında tez-tez görünə biləcəkmi?

- Bakı Dövlət Universitetinin professoruyam. Auditoriya qarşısına çıxıb-çıxmamağımla bağlı fikirləşirəm. Amma cavanlarla işləmək mənim üçün də maraqlıdır. Növbəti dərs mövsümünə qədər bu barədə düşünmək istəyərəm. Hələ ki, qərara almamışam.

- Yeni iş təklifləri olurmu?

- Həm Azərbaycan, həm də Türkiyə universitetlərindən  dəvətlər gəlir. Xüsusilə, Türkiyənin Yedi Təpə Universiteti orada mühazirələr oxumağımı istəyir. Ancaq hələ ki  bir az başım qarışıqdır.  Bu günlərdə Rus Dram Teatrı “Absurd” pyesimin tamaşasının  məşqlərinə başlayıb. Bir müddət bundan qabaq Londondan  xəbər gəldi. İngilis bəstəkar “Cəhənnəm sakinləri” pyesim əsasında muzikl  yazıb. Bu muzikl  mənim üçün gözlənilməz oldu. İngilis bəstəkar Azərbaycan yazıçısının pyesi əsasında muzikl yazıb və əsəri Cənubi Koreyanın Opera və Balet Teatrı sifariş edib. Seulda tamaşaya qoyuldu. Təəssüf ki, o tamaşaya baxa bilməmişəm. İndi Londonda tamaşa hazırlanır.

- Bir vaxtlar “Vətən” Cəmiyyətiniz vardı. Orada sədr idiniz. İndi o cəmiyyət fəaliyyət göstərirmi?

- O cəmiyyət artıq öz missiyasını başa vurub.

- Yenidən elə bir cəmiyyətin yaranmasına ehtiyac duyursunuzmu?

-Hər şey Diasporla İş üzrə Dövlət Komitəsindən asılıdır.  Əgər bu komitənin işi geniş miqyas alarsa, hər hansı cəmiyyətin yaranmasına ehtiyac görmürəm. Çünki  dövlətin xüsusi bir komitəsi var. Komitə üzərinə düşən işi bundan sonra daha da yaxşı yerinə yetirməlidir.

- Son olaraq istirahətiniz barədə soruşmaq istərdim. Bu qədər gərgin işin içində necə istirahət edirsiz?

- Mənim istirahətim odur ki, səs salmayın işləyirəm.



VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47 Gələn il yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır 20 Avqust 2019, 16:33 5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq 20 Avqust 2019, 16:27 Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb 20 Avqust 2019, 16:22 Azərbaycana 7 ayda gələn turist sayı... 20 Avqust 2019, 16:14 Azərbaycanda Avrasiya Xalqları Günləri keçiriləcək 20 Avqust 2019, 15:56 Şuranın dəstəyi ilə grant.az saytı yaradılacaq 20 Avqust 2019, 15:53 Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin axtarışına qoşulanlara təşəkkür etdi 20 Avqust 2019, 15:36 Prezident ölkədə oliqarxların olmaması ilə fəxr etdi 20 Avqust 2019, 15:28 Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb 20 Avqust 2019, 15:15 Nursultan Nazarbayev klip çəkdirdi - VİDEO 20 Avqust 2019, 14:51 Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 20 Avqust 2019, 14:34