Arxiv
2 İyun 2018, 15:02 | MÜSAHİBƏ
Qalmaqallı polkovnik-leytenant: “İstədim ki, hərbçilər seksə görə kitabımı maraqla oxusunlar” – MÜSAHİBƏ  

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə və KİV-də Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrinə paylanılan kitab müzakirələrə səbəb olub. Kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə “Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi”dir. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məslələr yer alıb.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a müsahibəsində kitabın müəllifi Əbülfəz Kazımov yazdığı fikirləri bu cür əsaslandırıb:

 

- “Mühərrik yağları konkret maşınlarda tətbiqi” adlı qalmaqallı kitabınızla bağlı məlumat verərdiniz?

 

- Kitab haqqında çox söz danışa bilərəm. Amma bu kitabı əldə edib, oxuyub, məlumatlansanız, sonra sizə burada yazdıqlarımı izah edə bilərəm. Kitabı oxumayanlar, haqqımda mənfi fikir söyləyirlər. Hamısı yalandır. Bir gün ərzində məni çox incitdilər.

 

- Kitabı əldə edə bilməyən və yazdıqlarınıza görə sizi təhqir edənlərə nə deyərdiniz?

 

- Mən Quran oxuyur, namaz qılıram. Düzdür, özümü dindar saymıram. Ancaq Allahın buyurduğu islam qaydalarına bacardığım qədər əməl edirəm. Mən kitabımda insanları islam əxlaqına səsləmişəm. Əsas məshəblərimdən biri bu olub.

 

Uzun illərdir insanlar arasında işləyirəm. Bilirəm ki, insanlar ən çox nələrə maraq göstərirlər. Kitab müəllif kitabıdır. Nə lazımdırsa orada yazmışam. Bu kitaba heç kim qadağa qoya bilməz. Məni şərləyirlər. Bu, mənə atılan ilk böhtan deyil. Son bir neçə ayda mənə çoxlu böhtanlar atılıb. Mən elm adamıyam. Tarix elmləri namizədiyəm. 

 

- Sizin bundan başqa kitablarınız var?

 

- Bəli, özüm 7 kitabın müəllifiyəm. Bundan əvvəl də iki kitabımda ədəbi mozaika janrından istifadə etmişəm. Bu 3-cü kitabımdır ki, sekslə bağlı fikirlərdən istifadə etmişəm. Mənə atılan böhtanlar kitaba görə deyil. Sadəcə düşmənlərim çoxalıb.

 

- Bu kitabları yazmağa sizi ancaq əxlaqınız məcbur etdi?

 

- Mən kitablarımda insanlara çox şeyi başa salmağa çalışmışam. Heyvanların adını çəkmişəm. Müqayisə elə, ay insan, sən hara gedirsən? Sən kimsən, vəhşiləşirsən? Adamlar elə hərəkət edir ki, görürsən ki, insanlar vəhşiləşməyə doğru gedir. Kitabımda bunu yazmışam da, ay qardaş.

 

- Bəs maşın yağı ilə seksin nə əlaqəsi var?

 

- Bax siz jurnalistsiz. Ədəbi mozaika deyilən bir janr var. Bu texniki kitab olduğuna görə sekslə bağlı fikirlər səsləndirmişəm. Məqsədim budur ki, kitabımı oxuyan adam darıxmasın və yorulmasın. Digər tərəfdən mən zabit kontingenti ilə çalışıram. Maxe, gizirlər onsuzda kitab oxumurlar. Onların maraqlarını mən bilirəm. Mən ona görə belə yazmışam ki, heç olmasa hərbçilər bu amilə görə kitabımı maraqla oxusunlar. Maşın yağı ilə seksin əlaqəsini də onların kitaba olan maraqlarının artması üçün yazmışam. Həmçinin, burada atalar sözləri, hədislərdən də istifadə etmişəm.

 

- Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarında bu kitablar dərslik kimi yığışdırılıb?

 

- Bu kitab dərslik üçün nəzərdə tutulmayıb, dərs vəsaiti deyil, müəllif kitabıdır. Kitabım bir aydır çapdan çıxıb. Ancaq yaxın tanışlara hədiyyə etmişəm. 

 

- Məlumat yayılıb ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olan kitabınızla bağlı sizi işdən azad edib. Bu barədə nə deyə bilərsiz?

 

- Xeyir, vəzifəmdən azad olunmamışam. Sadəcə olaraq mənə öz xoşumla məcburi ərizə yazdırmaq istəyirlər. Ancaq mən isə ərizə yazmaqdan imtina edirəm. Çalışırlar ki, məni razı salsınlar. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda elektrik stansiyada partlayış baş verib 4 İyul 2020, 19:40 Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu 4 İyul 2020, 19:27 KİVDF qəzetlərə maliyyə yardımı ayırdı - SİYAHI 4 İyul 2020, 19:01 Paytaxtın 544 küçəsi dezinfeksiya olundu 4 İyul 2020, 18:16 Türk əsgərinin qatilləri 30 il sonra YAXALANDILAR 4 İyul 2020, 18:10 Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57