Arxiv
10 Noyabr 2018, 17:47 | ƏDƏBİYYAT
Türkün nişanəsi   

Azad Müzəffərli

 (hekayə)    

-      Sən... Sən... Sən... Sən... Sən,- deyə beləcə düz  27 nəfəri ayağa qaldırdı. Yerindən qalxanların da “düzdü” anlamında qafalarını yırğalamaqdan başqa çarəsi qalmırdı. Növbəti möcüzə göz önündəydi. Hamı ağzıaçıla, gözləri bərələydi. Salondakı yüzdən çox insanın içərisindən türkləri yenə də zərgərdəqiqliyi ilə müəyyənləşdirə bilmişdi. İllər bir-birini əvəzləsə də, onun bu fitri istedadından kimsə axıra qədər baş aça bilmirdi. Çoxları bunu Tanrı vergisi bilsə də, bəziləri burada hansısa sadə bir sirrin olduğu qənaətindəydi. Elə əsas məsələdə bundaydı, axı, nədən ibarətdir o sirr?! İllər bir-birini əvəzləsə də, Şalomun bu “matah”ından kimsə baş aça bilimirdi ki, bilmirdi.

         Dünyaya Azərbaycanda göz açmışdı, uca dağlar qoynunda, təbiətin səfalı guşələrindən birində. Dağ yəhudisiydi. Ali təhsilli psixoloq idi. Di gəl, onun heç diploma da ehtiyacı yoxdu, elə, anadan psixoloq doğulmuşdu. Pulu-parası da saya gəlmirdi. Tanrı təpəsindən tökürdü. Çörəyi türklərdən çıxırdı. Fərq etməzdi haranın türkləridir, Azərbaycan, Türkiyə, Türkmənistan və ya digər türkdilli ölkələrdən olsun. Sorağı dünyanın dörd-bir tərəfindən gəlirdi. Ələxüsus da, türkdilli ölkələrlə yanaşı İsraili, yəhudilərin geniş yayıldığı Amerikanı, Avropanı da ayaqaltı eləmişdi. Ən məşhur televiziyaların mütamadi qonağı olardı. Ötən müddətdəki seansları saya gəlmirdi. Zəhməthaqqı olmayan yerə qədəm belə basmazdı. 

        Görünüşcə oxşar yüzlərlə, minlərlə insanın arasından məhz türkləri heç bir səhvə yol vermədən ən uzağı yarımca saatın içərisində ayırdı edə bilirdi. Fərq təkcə ondaydı ki, qıyıq gözlü türklərin seansı ayrıca olardı. Həmin tədbirlərə onların özlərinə oxşar millətlərin nümayəndələri dəvət olunardılar. Lap, məəttəl qalınası işdi. İnsanda fərasətə bax, əsrlər boyunca yəhudilərin başına gələn əhvalatlar əsasında məhz türkləri başqalarından  seçə biləsən. Onu gözbağlayıcı, ekstrasens sayanlar da az deyildi. Fikirlər haçalanırdı. Di gəl, heç kəs Şalomun bu “nömrə”lərinin mahiyyətinə vara bilmirdi.

      Həsəd aparılası, sirli-sehrli nitqi vardı. Sanki, ozandı, qopuzu sinəsindən əskilməzdi. Səsi musiqiliydi, insanı yerindən oynadan əks-sədası vardı. Azərbaycan təbiətinin şəhdi-şirəsi onun səsinə hopmuşdu. Təşkilatçılar ciddi-cəhdlə seçdikləri bir-birinə bənzər yüzlərlə iştirakçını salona toplayardılar. Seçim üstə əsim-əsim əsərdilər. Müxtəlif ölkələri təmsil edən iştirakçıların kəlmə də kəsməyə ixtiyarları yoxdu. Seans zamanı yalnız dinməz-söyləməz Şalomun söylədiyi həyat hekayətlərinə qulaq kəsilməliydilər. Hekayətlər əsrlər boyunca yəhudilərin başına gələnlərdən olardı. Mövzular çeşidbəçeşiddi. Hitlerin xeyir-duası ilə yəhudilərin başına açılan amansız oyunlardan tutmuş onların müdrikliyi, qəhrəmanlıqlarından bəhs edilən həyati səhnələrə qədər. Hamısı da ustalıqla seçilmişdi, çox təsirliydi, ürəkdağlayanları da, heyrət doğuranları da qəlbəyatımlıydı, insanın iç dünyasını yerindən oynadırdı. Bu hekayətlər Şalomun avazında daha anlamlı keyfiyyətə köklənərdi.

       Şalomun dillər əzbəri olan möcüzəsi kimsəyə rahatlıq vermirdi. Ta onun 60 illik yubileyi keçirilənə qədər heç nə dəyişmədi ki, dəyişmədi. Hamılıqla baş sındırsalar da, onun sirrini tutmaq kimsəyə müyəssər olmadı. Nəhayət,  etiraf məqamı yetişdi.

      Şalomun boya-başa çatdığı kənddə toy-bayramdı. Elə ölkə tapılmazdı ki, oradan qonaq gəlməsin. Şalomun sorağı ötən müddətdə Arktika və Antarktidanı belə ayaqaltı eləmişdi.  Eşidən-bilən yəhudilər, cuhudlar da Azərbaycanın dağlar qoynundakı təkrarolunmaz mənzərələrinin dadını çıxarmaq fürsətini fövtə verməmişdilər.

      Sağlıq-sağlığa qarışmışdı. Dillənən-dillənən Şaloma, bir də Azərbaycana ürək sözlərini, dualarını əskiltmirdi. Elə ki, növbə səbəbkara yetişdi, məclisə tam sakitlik çökdü. Hamılıqla ona qulaq kəsilmişdilər. Ünvanına söylənilənlərdən göylərdə cövlan edən Şalom təzəcə ürəyini boşaltdığı məqamda səbrini basa bilməyən ağsaqqallar, səbəbkara ərki çatanlar yerbəyerdən dilləndilər ki, qardaş, daha bəsdi “bizim başımıza corab hördüyün”, sənə and veririk Uca Yaradana, açıqla görək, bəs, necə olur ki, adicə yəhudi hekayətləri əsasında sən türkləri görünüşcə oxşar digər millətlərdən bu qədər dəqiqliyi ilə ayıra bilirsən?!   Bax, bizi maraqlandıran əsas məsələ budur, sən canın ürəyimizi çəkmə, de gəlsin, həqiqət anı yetişdi, burdan oyanası yoxdu?! Çıxılmaz vəziyyətə düşən Şalomun artıq itirəcəyi heç nə yox idi, bir də ki, indiyəcən qazandığını qazanmışdı, yığdıqları bundan belə qırx arxa nəslinə yetərliydi. Həm də yamanca yorulmuşdu, dünyanı qarışbaqarış gəzib dolaşmışdı. Reallığı göz önünə alıb məclis əhlinə işarət elədi ki, səbrli olun, indi növbəylə sizi hər şeydən agah edəcəm.

       Hamının qulağı ondaydı. Şalom silkinib mətləb üstə gəldi:

-      Əzizlərim, ədalət naminə bəri başdan ərz eləyim ki, biz - Azərbaycanda əsrlərdi yaşayan yəhudilər xoşbəxtliyin tamını burada qədərincə dadmışıq. Bura bizim ikinci Vətənimizdir. Azərbaycanda özümüzü cənnətdəki kimi hiss edirik... Qaldı ki, mənim seanslarımın sirrinə, bu, çox sadədir, sadədən də sadə. Əslində, heç psixoloqluğa da burada elə bir ehtiyac duyulmur. Əvvəlcədən onu deyim ki, mənim seans zamanı yalnız yəhudi hekayətləri söyləməyim yayındırıcı manevr məqsədi daşıyırdı. Mən bu yolla yəhudilərin, yəhudiliyin təbliği imkanını da əldən vermirdim. Türkləri digərlərindən ayırmağımın başlıca səbəbi isə onların göz yaşlarının ovucunun içində olması ilə bağlıdır. Ta körpəlikdən, ağlım kəsəndən bəri  bunun şahidi olmuşam. Türklər, fərq etməz Azərbaycan, Türkiyə və ya digər türkdilli ölkələrdən olsunlar, təkcə özünkünün deyil, hamının dərdinə də, sevincinə də şərikdilər, təbii ki, erməniləri çıxmaq şərtilə, bunun da babalı o yaramazların öz boynunadı.   Əsas odur ki, nəql edilənlər təsirli, ürəyətoxunan olsun, insanın iç dünyasını yerindən oynatsın, bəşəri, humanist amallara, Tanrının ümdə mətləblərinə söykənsin. Vəssalam, sadəcə bu qədər. Türklər adicə himə bənddi, ürəkləri yuxadı, zatən nəcibdilər. Tanrı işığı onların içindədir. Mən də həm seansların gedişində salondakılara diqqət yetirirdim, həm də seansdan sonra qəlbən, bütün varlığı ilə kövrələnlərin gözlərinə. Bununla da sıravi bir üsulla sərrafcasına türkləri anındaca müəyyənləşdirirdim. Türkün ovucunda olan göz yaşları digərlərininkinə qətiyyən bənzəməz. O göz yaşlarında bulaq hallallığı var.  Tanrı onları ta bünövrədən adam balası adam yaradıb!!!  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - FOTOLAR 20 Fevral 2020, 20:49 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39 MSK-nın 4.5 saat çəkən iclası başa çatdı 20 Fevral 2020, 20:37 “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev 20 Fevral 2020, 20:26 Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18 6 minə yaxın məhkəmə işinə xitam veriləcək 20 Fevral 2020, 18:00 Goranboyda vətənpərvərlik tədbiri keçirilib - FOTO 20 Fevral 2020, 17:54 Universitetdə karyera sərgisi təşkil olunub - Fotolar 20 Fevral 2020, 17:48 Azərbaycan Avstraliyaya 50 min manat yardım etdi 20 Fevral 2020, 17:42 İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu? 20 Fevral 2020, 17:39 Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI 20 Fevral 2020, 17:30 İlham Əliyev İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana dəvət etdi 20 Fevral 2020, 17:19 “Görüntüləri sosial şəbəkələrdə paylaşın ki, bizim də sözümüz olmasın”  - Məzahir Pənahov 20 Fevral 2020, 17:13 “Azərbaycan Diaspor Könüllüləri” Vikipediya təlimlərinə başladı - FOTO 20 Fevral 2020, 17:07 Baş Prokurorluq "orqan mafiyası" ilə bağlı məlumat YAYDI 20 Fevral 2020, 17:01 Azərbaycana keçirilən erməni malları MƏHV EDİLDİ - FOTOLAR 20 Fevral 2020, 16:56 Məzahir Pənahovla deputatlığa namizəd arasında MÜBAHİSƏ 20 Fevral 2020, 16:51 İşğalçıya tarixi dərs 20 Fevral 2020, 16:48 “Azəriqaz”da struktur dəyişikliyi - Yeni departament yaradıldı 20 Fevral 2020, 16:43 Prezidentlər mətbuata bəyanatla çıxış etdilər - FOTO 20 Fevral 2020, 16:37