Arxiv
17 mart 2019, 11:54 | MƏDƏNİYYƏT
Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA  

Ölkə prezidentinin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında bir sıra ilahiyyatçı və dindarların da adları var.

Belə ki, əfv sərəncamı ilə “Nardaran hadisələri”nə görə tutulmuş Zülfüqar Mikayılzadə, Elman Ağayev, Elxan Həsənov, Ruzi İsmayılov azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Taleh Bağırovun lideri olduğu Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov da əfv olunan dindarlar sırasındadır. O, 2015-ci ilin payızında həbs olunub.

Bundan başqa, azadlığa buraxılanlar arasında 2015-ci il Nardaran hadisələri zamanı və ondan sonra həbs olunmuş Rasim Cәbrayılov, Elvin Bünyatov, Lәtif Әhmәdov, Qorxmaz Cәlalov da var.

Daha bir dindar məhbus Әlimxan Hüseynov da azadlığa buraxılanlar arasındadır.

Azadlığa buraxılan məhkumlar arasında 2012-ci il “Eurovision” mahnı yarışması ərəfəsində həbs olunmuş “Azadxeber” saytının baş redaktoru Nicat Əliyevin adı da var.

Həmin şəxslər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmişdilər.

Modern.az-ın əldə etdiyi məlumata görə, dindarların əfvi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Prezident yanında Əfv Komissiyasına müraciət edib. Komissiya əfv sərəncamı üçün məhkumların siyahısını hazırlayarkən şeyxin müraciətini nəzərə alıb. Ölkə başçısı da bu müraciəti dəyərləndirib.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev ölkə prezidentinin əfv sərəncamı ilə bir qrup dindar məhkumun azad olunmasına münasibət bildirib. O, Modern.az-a açıqlamasında deyib ki, Allahşükür Paşazadə hər zaman mərhəmətin və humanizmin tərəfdarıdır:

“Allahşükür Paşazadə təkcə dindarlarla bağlı deyil, digər şəxslər barədə də cənab prezidentə müraciət edib".

Ə.Nuriyev şeyxin konkret olaraq kimlər üçün müraciət etməsi haqda əlavə məlumat verməyib:

"Bu barədə ancaq müraciət edən insanlar məlumatlı ola bilər, nəsə söyləyə bilər. Mən hər hansı formada nəsə deyə bilmərəm. Konfidensiallığı poza bilmərəm. Allahşükür Paşazadə hər zaman cətin vəziyyətə düşənlərin hüquqlarını müdafiə edib. Hər zaman onların azad olunmasının tərəfdarı olub".

Qeyd edək ki, ölkə başçısının dünən imzaladığı əfv sərəncamı ümumilikdə 431 məhkuma şamil olunub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orta məktəb dərslikləri Milli Məclisdə tənqid olundu 17 Sentyabr 2019, 16:22 Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Ol yeni vəzifəyə təyin olundu 17 Sentyabr 2019, 16:20 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13 Oyuncağa dönən mitinq məsələsi... 17 Sentyabr 2019, 14:56 Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI - 66 faizi kişilərdir 17 Sentyabr 2019, 14:56 Ceyhun Bayramov  Basqalda orta məktəbinin AÇILIŞINDA 17 Sentyabr 2019, 14:36 Niyazi Bayramov Edvard Karvardini qəbul edib 17 Sentyabr 2019, 14:20 Ordumuzun təlimləri davam edir - VİDEO 17 Sentyabr 2019, 14:17 Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq 17 Sentyabr 2019, 14:13 ŞAH MAT Teatrı “Qodonun intizarında”... 17 Sentyabr 2019, 14:11 Bakı Uşaq Teatrı yeni mövsümə başlayır 17 Sentyabr 2019, 13:47 Mədəniyyət komitəsi 11 qanun layihəsini müzakirəyə çıxardı 17 Sentyabr 2019, 13:33 İlham Əliyev gürcü naziri qəbul edib 17 Sentyabr 2019, 13:25 Bakıdakı açılış dünyanın gözünü Azərbaycana YÖNƏLDİB 17 Sentyabr 2019, 13:18 Kulis.az-dan şeir MÜSABİQƏSİ - 1000 manat mükafat 17 Sentyabr 2019, 13:11 UNEC-in ikili diplom proqramlarının sərgisi keçiriləcək 17 Sentyabr 2019, 13:07 Sabahın HAVASI: 32 dərəcə isti olacaq 17 Sentyabr 2019, 13:05 9 yaşlı uşağı vurub öldürən sürücü tutuldu 17 Sentyabr 2019, 12:56 Komitə sədri büdcədən mədəniyyət sahəsinə ayırmaların artırılmasını istədi 17 Sentyabr 2019, 12:56 Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT 17 Sentyabr 2019, 12:49 Sərnişinlə dolu yük maşını uçuruma yuvarlandı: 20 ölü 17 Sentyabr 2019, 12:47 “Başımın üstündə qurğuşun əritdi, bədənimə dağ basdı” - Çildağdan REPORTAJ 17 Sentyabr 2019, 12:36 Onlar nə əxlaqsızdılar, nə dəli, nə bisavad... 17 Sentyabr 2019, 12:26 Kirayə evlər ucuzlaşacaq 17 Sentyabr 2019, 12:21 Ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək! 17 Sentyabr 2019, 12:13 Azərbaycan güləşçisi Tokio Olimpiadasına lisenziya qazandı 17 Sentyabr 2019, 12:09