Modern.az

ABŞ-ın İrana sanksiyaları Azərbaycana necə təsir edəcək? - İqtisadçı ŞƏRHİ  

ABŞ-ın İrana sanksiyaları Azərbaycana necə təsir edəcək? - İqtisadçı ŞƏRHİ  

23 Aprel 2019, 17:32

ABŞ İrana qarşı sanksiyaları daha da sərtləşdirməyi düşünür. Rəsmi Vaşinqton Türkiyə də daxil olmaqla 8 ölkədən İranla neft müqavilələrini ləğv etməyi istəyir. Əks təqdirdə, onlar da təzyiq altına düşəcəklər. İrana tətbiq edilən sanksiyalar Azərbaycana necə təsir edəcək?

 

Məslə ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, İrana qarşı sanksiyaların dərinləşməsi və kəskinləşməsi bir çox məsələlərə təsir edəcək:

“İranla iqtisadi əməkdaşlıq edən şirkətlərə və ölkələrə daha ciddi nəzarətin və cəzaların olma ehtimalı var. Amma nə qədər qəribə səslənsə də, bir tərəfdən də bunun Azərbaycana pozitiv təsiri ola bilər. O mənada ki, bu qərarın açıqlanmasından sonra neftin kəskin bahalaşmasını gördük. Neft təqribən 4 faizə yaxın bahalaşaraq, 74 dollara yaxınlaşıb. Azərbaycanın əsas ixracat məhsulu olan neftin qiymətinin qalxması iqtisadiyyata müsbət təsir göstərəcək. Azərbaycanla İranın iqtisadi əlaqələri var, bir neçə infrastruktur layihələrində birlikdə fəaliyyət göstəririk. Əsasən də Şimal-Cənub dəmiryolu dəhlizinin açılması layihəsində. Düşünürəm ki, bu sanksiyalar birgə layihələrin axsamasına və ya təxirə salınmasına da səbəb ola bilər”.

 

İqtisadçı deyib ki,  Amerikanın bu qərarına Avropa ölkələrinin və digər ölkələrin qoşulub-qoşulmamasına da baxmaq lazımdır:

“Əgər Avropa Birliyi ölkələri, Türkiyə, Çin bu qərara qoşulmayacaqsa, o zaman Azərbaycan üçün də müəyyən fürsətlər açılacaq ki, iqtisadi münasibətləri davam etdirsin”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir