Arxiv
26 Aprel 2019, 13:20 | MƏDƏNİYYƏT
Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Yeniyetməlik dövrü uşaqlarda şəxsiyyətin formalaşmağa başladığı dövrdür. Onlar bu dövrdə bir fərd kimi cəmiyyətdə özlərinə yer qazanmağa başlayırlar. Bu dövrü həm də  insan həyatında ən çətin psixoloji mərhələlərdən hesab olunur. Ona görə də, bəzən valideynlər uşaqlarla münasibətdə bir sıra çətinliklərlə üzləşirlər. Bu dövrdə uşaqların yaşadıqları problemlər, valideynlərin onlarla rəftarı, yeniyetmələrin dost seçimi – bu və digər suallarla bağlı psixoloq Lalə Hüseynova Modern.az-ın suallarını cavablandırıb.

 

- Gəlin, söhbətimizə yeniyetməlik dövrünün izahı ilə başlayaq. Yeniyetməlik hansı dövrdür? Bu dövrün əsas xüsusiyyətləri hansılardır?

 

- Psixologiyada yeniyetməlik dövrü “böhran dövrü” adlanır. Cücə qabıqdan çıxanda necə yenilənirsə, yeniyetməlik dövrü də bir insanın qabıqdan çıxmasıdır. Gəncliklə uşaqlıq dövrünün arasında qaldıqda isə şəxsiyyət tam formalaşmır. Şəxsiyyətin tam formalaşması yeniyetməlik dövründə başlayır. Ona görə də, özünü tanımayan insan qarşısındakına müxtəlif reaksiyalar verməyə başlayır. Həmin dövrdə psixoloji və fizioloji əlamətlər özünü biruzə verir. Fizioloji əlamətlər qan damar sisteminin ürəkdən daha tez inkişaf etməsilə əlaqədardır. Bu zaman qanı damarların mənfəzindən itələmək üçün yeniyetmənin ürəyinə əlavə güc düşür və gərginlik yaranır. Psixoloji əlamətlərə isə əsəbilik, gərginlik, aqressiya, özgüvənin formalaşması və sair aiddir. Yeniyetmələrin fərqli dünyaları var, hər zaman ətrafdakıların onları görmələrini istəyirlər. Fikir vermisinizsə, yeniyetmələr avtobusda yüksək səs tonu ilə danışırlar. Elə hesab edirlər ki, hamı onlara baxır və onlardan nə isə gözləyir.

 

- Valideyn-övlad arasında normal münasibət olduqda bir çox məsələlər asanlıqla həll oluna bilər. Təəssüf ki, bəzən bu münasibətlər düzgün qurulmur. Bəs niyə valideynlərlə övladlar arasında problemlər ən çox yeniyetməlik dövründə ortaya çıxır?

 

- Yeniyetməlik dövründə özünü göstərən neqativ hallar uşaqlıq dövrü ilə birbaşa bağlıdır. Ailə bu baxımdan uşağın həyatında mühüm rol oynayır. Ailədə şiddət görən, avtoritar mühitdə böyüyən uşaq yeniyetməlik dövründə əsəbi olacaq, valideyninə cavab qaytarmağa, kobudluq etməyə başlayacaq. Belə bir deyim var “nə tökərsən aşına, o da çıxar qaşığına”.

 

- Ailədə övladların sayı artdıqca valideynlərin də çətinlikləri artır. Sizcə, övladlara diqqət necə bölünməlidir?

 

- Uşaqlar daha çox anlayış istəyirlər. Onlar elə düşünürlər ki, ataları və ya anaları onları başa düşmür. Onlara anlayış göstərmək, dinləmək lazımdır. Bəzən valideynlər iş və ya digər səbəblərlə əlaqədar uşağa vaxt ayırmırlar. Halbuki hər şeydən öncə övlada vaxt ayırmaq, onu dinləmək lazımdır. Uşağı dərslə yükləmək, onun problemlərini dinləməmək və ya dinləyirmiş kimi göstərib reaksiya verməmək çox pis sonluqla nəticələnə bilər.

 

- Bəzi şagirdlər abituriyentlik dövrlərində də narahat, əsəbi və səbirsiz olurlar. Bütün bunların öhdəsindən necə gəlmək olar?

 

- Karyeramın başlanğıcında mənə iki uşaq müraciət etmişdi və mən onlarda şəxsiyyət pozuntusu görürdüm. Valideynləri onları o qədər yükləmişdilər ki, mənim yanıma gələndə artıq robotlaşmışdılar. İmtahan qabağı stress 3 sferada - düşüncə, duyğu və davranış sferasında özünü göstərir. Düşüncələrində uşağı uğursuzluq fikirləri narahat edir, həyəcanlandırır, davranışları da artıq aqressiv olmağa başlayır. İmtahan qabağı stress özü böyük problemdir və yeniyetməlik dövründə baş verərsə, daha böyük psixoloji problemlər yarana bilər. Bu müddətdə ən önəmli şey vaxtın düzgün bölünməsi və qidalanmadır. Misal üçün, adi vaxtlarda banan və ya digər meyvələr yeməyən uşağı imtahan ərəfəsi daha çox qidalanmağa məcbur edirlər ki, bu da mədədə problemlər yaradır, qan dövranına təsir edir və psixoloji problemlər özünü göstərməyə başlayır.

 

- İnsanın ətrafı da onun davranışlarına təsirsiz ötüşmür. Elə bundan narahat olan valideynlər bir çox hallarda övladlarının dost seçiminə müdaxilə edirlər...

 

- Bəli, dost seçimi çox vacibdir. Bəzən görürsən ki, çox yaxşı ailədən çıxan yeniyetmə müəyyən pis qruplara qoşulur və müxtəlif pis vərdişlər qazanır. İlk növbədə, valideyn uşağın ətrafı ilə maraqlanmalıdır. Ən yaxşı variantlardan biri də, uşağın dostlarının evə qonaq çağırılmasıdır. Valideyn onları  küçədə tanıya bilməz. Evə dostlarının çağırılması zamanı uşaqlar səmərəli vaxt keçirməklə yanaşı, valideynlərin onlarla maraqlandığını anladıqları üçün dost seçimində də məsuliyyətli olacaqlar.

 

- Elə uşaqlar olur ki, nə qədər desən də, dost seçimində yanlışlığa yol verirlər. Onlarla necə davranmaq lazımdır?

 

- Həyatda heç nə anidən baş vermir. Dişin çürüməsi və iltihabı belə birdən-birə olmur. Uşaq bir anın içərisində hansısa qruplara qoşulub siqaret çəkmir və ya intihar həddinə də birdən-birə çatmır. Hər şey müəyyən vaxt ərzində yığılır və arzu olunmayan nəticəyə gətirib çıxarır. Bəzən valideynlər övladlarının gələcəyi üçün çox çalışdıqlarını düşünürlər, lakin mənəvi tərəfi unudurlar, uşağın ruhunu qidalandırmırlar. Uşaq ruhun qidasını tapmırsa, onu kənarda axtaracaq. Valideyn bunu başa düşəndə çox gec ola bilər.

 

- Müasir gənclikdə aqressivlik meyllərini tez-tez müşahidə edirik. Bəzən adi fikrə görə kəskin etirazla qarşılaşa bilərik. Uşaqlarda aqressiyanı necə aradan götürmək olar?

 

- İlk növbədə, aqresiyyanın hansı dərəcədə olduğunu bilmək lazımdır. Bu yaxınlarda mənə 15 yaşlı qız müraciət etmişdi. Anası deyirdi ki, o artıq qızı ilə bacarmır, hamıyla dalaşır, əsəbləşdikdə pəncərələri qırır. Anasından qızı haqqında məlumat verməsini istədikdə ancaq mənfi şeylər dedi. Halbuki onun yaxşı əl işləri, rəsm və dizayn bacarığı olduğunu öyrəndim. Onun daxili aləminə yaxınlaşmağa başladım və o qədər gözəl şeylər kəşf etdim ki. Sonda qızın anasına verdiyi reaksiyanın səbəbinin uşaqlıqda anasının qızına etdikləri olduğunu öyrəndim. Yəni, yeniyetməlik dövrünün birdən-birə aqressiv vəziyyətə gəlib çatması mümkün deyil. Bəzən valideyn öz övladını düzgün tanımır. Valideyndən övladının mənfi xüsusiyyətlərini soruşduqda, inanın, bütün vərəqi doldurur. Lakin müsbət xüsusiyyətlərini saymasını istəyəndə “heç bu haqda düşünməmişdik” cavabını alırıq.

 

- Müəllimlərin də yeniyetmələrin həyatında yeri danılmazdır. Hətta belə deyirlər ki, yaxşı müəllim həm də psixoloq olmalıdır...

 

- Müəllim bizim həyatımızda böyük əhəmiyyət daşıyır. Hazırda Azərbaycan məktəblərində kişi müəllimlərin az olması oğlanların psixologiyasına mənfi təsir edir. Çünki qızın qadın kimi, oğlanın kişi kimi formalaşmasına bu amil də təsir edir. Müəllim psixologiyası olduqca böyük faktordur. Çünki elə fənn olur ki, yeniyetmə həmin fənni müəllimə görə sevir. Elə fənn də var ki, müəllimə görə ona nifrət edir.

 

- Həyatımızın bəzi dönəmlərində travma almış oluruq. Yeniyetməlik dövründə yaşadığımız travmalar sonrakı həyatımıza necə təsir edir?

 

- Əgər insan hər hansı bir dövrünü düzgün yaşamır və travma alırsa, bu, başqa bir dövrdə - lap 50 yaşı olsa belə, özünü göstərəcək. Məsələn, fikir vermisinizsə, 45-50, hətta 50 yaşdan yuxarı insanlar yeniyetməlik dövrünün çılğın rənglərindən istifadə edir. Bu o deməkdir ki, onlar həmin dövrü düzgün yaşamayıblar. Travma elə bir şeydir ki, şüuraltıda qalır və başqa bir dövrdə üzə çıxır.

 

- Bəs yeniyetməlik travmalarını aradan qaldıra bilərikmi?

 

- Bunun ən yaxşı çıxış yolu danışmaqdır. Bəzən deyirik: ”sözümü dedim sakitləşdim”, ”ürəyimdən tikan çıxdı” . Travma elə bir şeydir ki, beynin müəyyən hissəsinə yığılaraq qalır. Psixologiyada ona “cəhənnəm” deyirlər. O, danışdıqca aradan qalxır. Amma elə insana danışmalısan ki, o səni anlasın və o hissəni doldura bilsin.

 

Aliyə İlyasova,

Bakı Dövlət Universetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi 24 Avqust 2019, 10:23 Hirkan Milli Parkında yanğın tam söndürülüb 24 Avqust 2019, 10:04 Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır 24 Avqust 2019, 09:55 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Avqust 2019, 09:40 İstirahət günləri hava necə olacaq? - PROQNOZ 24 Avqust 2019, 09:24 Xəzər dənizində zəlzələ olub 24 Avqust 2019, 09:06 Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu 24 Avqust 2019, 08:55 Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30