Modern.az

34 məhbus həbsxananı yandırıb qaçdı

34 məhbus həbsxananı yandırıb qaçdı

11 May 2019, 21:43

İndoneziyanın Sumatra adasında yerləşən Siak Sri İndrapura şəhərindəki həbsxanadan ən azı 34 məhbus qaçıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhbuslar həbsxananı qiyamdan sonra tərk ediblər.

 

Həbsxanada qiyam polis narkotik maddədən istifadə edən məhbuslardan birini saxladıqdan sonra başlayıb. Məhbuslar əvvəlcə həbsxanada yanğın törədib, sonra isə təhlükəsizlik xidmətinin əməkdaşlarını daşa basıblar. Bundan sonra 34 məhbus həbsxanadan qaçıb.

 

Yanğın söndürüldükdən sonra məhbuslar təxliyə edilib. Polis qaçan məhbusların axtarışını davam etdirir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı