Arxiv
20 May 2019, 11:40 | REPORTAJ
Rafiq Hüseynlinin xanımına axırıncı sözü qızı ilə bağlı olub - Məşhurların son günü

Modern.az saytı “Məşhurların son günü” rubrikasına davam edir. Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.

Rubrikamızın  ikinci təqdimatı Azərbaycan Televiziyasının məşhur diktoru, mərhum Xalq artisti, professor, Dövlət Mükafatı Laureatı  Rafiq Hüseynliyə həsr olunur.

Rafiq Hüseynli 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışmağa başlayır. Və televiziyaya elə bağlanır ki, buranı tərk etməyi ağlından belə, keçirmir. 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayır. Beləcə AzTV-də diktor olaraq qalan Rafiq Hüseynli bütün varlığını seçdiyi peşəyə həsr edir. İllərdən sonra öz səsiylə tamaşaçıların sevimlisinə çevrilir... Və Xalq artisti fəxri adı da alır. Ona professor elmi adı verilir, Dövlət Mükafatı Laureatı olur.

Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynli bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur...

Rafiq müəllim 26 oktyabr 2017-ci ildə xərçəngdən dünyasını dəyişib. Leyli adlı qızı yadigar qalıb. 

“Rafiq Hüseynlinin son günü” barədə Modern.az-a həyat yoldaşı Səbinə Hüseynli danışır…


Səbinə xanım deyir ki, Rafiq müəllim çox maraqlı insan olub. Ondan dostlarıyla bağlı çox maraqlı xatirələr qalıb:

“Dostlarına çox bağlı insan idi. Demək olar ki, bütün maraqlı xatirələri elə məhz dostlarıyla əlaqədardır. Rafiq Hüseynli həm də çox ailəcanlı insan idi”.


Həyat yoldaşının sözlərinə görə, qızını dəlicəsinə sevən Rafiq müəllim demək olar ki, onunla nəfəs alırdı.


“Ailədəki Rafiq Hüseynli ilə efirdəki Rafiq Hüseynli bir-birindən fərqlənirdi. Təbii ki, evdəki rahatlığı efirdə etmək olmur. Rafiq Hüseynli çox səmimi və mədəni inan idi. İstər efirdə, istər dostlarıyla, istərsə də ailədə mədəniyyəti necə var idisə, eləydi. Rafiq Hüseynli olduğu kimi insan idi. Efirdə olduqca ciddi görünsə də, əslində zarafatcıl idi. Görünüşündə zəhmlilik vardı, lakin ailədə və dostlarıyıla çox şən, deyib-gülən idi”.


Səbinə xanım Rafiq müəllimin tələbəsi olub. O, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (İndiki Prezident yanında Dövlət İdarəçilik Akademiyası) təhsil alarkən Rafiq Hüseynli onlara “Nitq mədəniyyəti” fənnini tədris edirmiş.

“Hər kəs üçün Rafiq Hüseylinin mühazirələri çox maraqlı gəlirdi. Bəzi tələbələrimiz vardı, onlar mühazirələrdən sıxılar, dərsə girməzdilər. Amma “Nitq mədəniyyəti” fənninin mühazirələrini Rafiq Hüseynlinin oxuyacağını biləndə ilk gündən dərsi boş qoymadılar. Rafiq müəllim ilk gündən qrupa girəndə tələbələrə “uşaqlar, mən sizi incidən deyiləm. İstəyirsiniz oturun, dinləyin, dərsi müzakirə edək və söhbətləşək. İstəmirsinizsə çıxa bilərsiniz. İmtahanda gəlib dərsinizi danışsanız, qiymətinizi alacaqsınız” dedi.
O, sərbəstliyi sevən, ruhu azad insan idi. Rafiq müəllimin bu sözlərindən sonra bütün tələbələr onun mühazirələrində iştirak edirdir. Rafiq Hüseynli öz şəxsiyyəti və sevgisi ilə sənətinə maraq oyadırdı. Bunu hər adam bacarmır”.


Səbinə xanım deyir ki, Rafiq müəllimlə tanışlıqdan sonra o da televizyada işləmək istəyirmiş. 3-cü kursda oxuyarkən o vaxt fəaliyyət göstərən “Sara” televiziyasına gedib. 4 nəfər qız müsabiqədən keçiblər. Onlara deyilib ki, sizi ya diktorlar Roza Tağıyeva (Rafiq Hüseynlinin birinci həyat yoldaşı), ya da Rafiq Hüseynli hazırlayacaq.
Səbinə xanım insitutdan tanıdığı və pərəstişkarı olduğu müəllimini - Rafiq Hüseynlini seçir.

“3-4 ay idi ki, təlimlər davam edirdi. Bu vaxtlarda Rafiq Hüseynli artıq uzun müddət idi evliliyini bitirmişdi, azad insan idi. Bir müddət sonra onun mənə sevgi etirafı oldu”.

Rafiq Hüseynli evlilik təklifi ilə Səbinə xanımı şoka salmışdı: “Mən onsuz da onun pərəstişkarı idim. Onun həm özünə, həm sənətinə çox böyük hörmətim var idi”.

Rafiq Hüseynli 2013-cü ildən ağ ciyər xərçəngindən əziyyət çəkirdi. Xəstəlikdən gec xəbərdar olduğuna görə, bədxassəli şiş olduqca böyümüşdü. Həkimlər əməliyyat olunmasını məsləhət görürdülər.

Səbinə Hüseynli: “İlk gündən birinci xanım Mehriban Əliyeva bizdən kömyini əsirgəmədi. Bilən kimi “Rafiq Hüseynli ya ölkəmizdə, ya da xaricdə hansı klinikanı istəyirsə, oraya aparılsın. Təki Rafiq müəllim sağalsın” dedi. Buna görə ömrümün sonuna kimi Mehriban xanım Əliyevaya minnətdar olacam”. 

4 il müddətində (2013-2017) Heydər Əliyev Fondunun dəstəyi ilə Rafiq Hüseynli müayinələrdən keçirildi, müalicələr aldı, 3 dəfə əməliyyat olundu.


“Rafiq müəllimin 4 il müddətində həyatda qalması sanki Allah tərəfindən bir hədiyyə idi aləmiz üçün. Çünki qızımız Leyli hələ çox balacaydı o zamanlar. Onun sadəcə 12 yaşı var idi. Ən azından Leyli atasını 16 yaşına kimi görə bildi”. 


Xanımı deyir ki, Rafiq Hüseynli mübariz insan idi. Son anına qədər xəstəliklə mübarizə apardı. Heç vaxt ümidini üzmədi:

“Rafiq müəllim hələ 23 il əvvəl 17 yaşlı oğlunu itirmişdi. Onda 38-39 yaşı olarmış. O, Roza xanımla erkən yaşlarında ailə həyatı qurmuşdu. Bu xəstəliyini biləndən sonra deyərdi ki, “əgər 23 il əvvəl olsaydı, bəlkə də buna sevinərdim”. Oğlunu itirəndən sonra həyat ona çox mənasız gəlirdi. Lakin qızı Leyli anadan olandan sonra Rafiq müəllim həyata tutunmağa çalışırdı, istəyirdi daha çox yaşasın. Qızının böyüməyini, uğurlarını görmək istəyirdi. Təbii ki, hər bir ata qızının xoşbəxtliyini, uğurlarını, nailiyyətlərini görməyi arzulayar... Rafiq müəllim də həmçinin”.


Rafiq Hüseylinin Səbinə xanımdan yeganə istəyi məhz qızıyla, onun ali təhsil alması, bacarıqlarıyla bağlı idi. Çünki Rafiq Hüseynli balaca qızındakı istedadı görə bilirdi.


Leyli hazırda rəssamlıq üzrə təhsil alır və ingilis dilini öz ana dili kimi bilir.


Rafiq müəllim həyatının son günlərində Almaniyada xəstaxanada yatanda onun baş ucundan ayrılmayan Səbinə xanım həyat yoldaşı keçinəndən sonra bərk sarsıldı. Atasının ölümünü qızına 3 gün söyləməyən Səbinə xanım Bakıya dönməyi gözləyirdi. Çünki bu xəbər çox ağır olacaqdı 16 yaşlı Leyli üçün. Səbinə xanım qara xəbəri qızına səhər deməyi düşünürmüş. Amma gecə boyu atası üçün darıxıb yatmayan Leyli ondan “Ana, atanı niyə tək qoyub gəldin?” deyə soruşanda Səbinə xanım həqiqəti deməyə məcbur olur.

“Çox stressli günlər idi. Leylini atasının yoxluğuna alışdırmaq çətin idi”.

Rafiq müəllimin son günlərindən danışan Səbinə xanım deyir ki, Almaniyada olarkən məşhur diktor artıq danışa bilmirmiş:

“Axırıncı dəfə onun səsini Türkiyədə xəstəxanada olarkən eşitmişdim. Onun son sözləri “Səbinə, özündən də, qızımdan da muğayat ol” oldu”.

Səbinə xanım deyir ki, Rafiq Hüseynli şəxsiyyət olaraq özünü təsdiqləmiş, təkbaşına, sənətinə vurğunluğu və peşəkarlığı ilə “Rafiq Hüseynli məktəbi” yaratmışdı:

“Cavanlıqdan çox çətin günlər yaşamışdı Rafiq müəllim. Bəzən dost dediyi insanlar tərəfindən zərbələr almışdı. Bunlara baxmayaraq, o, bütün çətinliklərə sinə gərmişdi. Güclü şəxsiyyət idi. Rafiq Hüseynli həm də çox gözəl pedaqoq idi. Belə düşünürəm ki, Rafiq Hüseynlidən dərs alan tələbələr çox şanslı tələbələr olub”.



Nuranə Daxilqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çindən Azərbaycana gətirilən bu mallara qadağa qoyuldu - RƏSMİ 28 Yanvar 2020, 16:24 Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir danışdı 28 Yanvar 2020, 16:23 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - Fotolar 28 Yanvar 2020, 16:17 Baş Prokurorluq Hacıqabuldakı ölümlə bağlı açıqlama yaydı 28 Yanvar 2020, 16:12 Qədim Kiş kəndi seçkilərə hazırdır - FOTO 28 Yanvar 2020, 16:12 Azərbaycanda ən yüksək əməkhaqqı olan SAHƏLƏR 28 Yanvar 2020, 16:05 Türkiyə yenə silkələndi – 5,1 bal 28 Yanvar 2020, 16:00 Paşinyanın əsas tənqidçisi saxlanıldı - evindən silah tapılıb 28 Yanvar 2020, 15:53 Mentalitet unudulur? - “Artıq bizdə də cütlüklər əvvəlcədən birgə yaşayır, sonra evlənirlər” 28 Yanvar 2020, 15:46 Prezidentin səsləndiyi gənc Gədəbəy seçicisini ayağa qaldırdı - Elmar Musayevdən mesaj - VİDEO 28 Yanvar 2020, 15:40 Dəhşətli virusla bağlı Azərbaycan hökuməti təcili müşavirə keçirildi - Prezident tapşırıq verdi 28 Yanvar 2020, 15:34 Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək 28 Yanvar 2020, 15:28 Su sayğaclarını oğurlayanlar yaxalandılar 28 Yanvar 2020, 15:22 Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı 28 Yanvar 2020, 15:16 Kamran Bayramov Şəmkirin Quşçu və Çovdar kəndlərində görüşlər keçirib - Fotolar 28 Yanvar 2020, 15:10 Azərbaycanda yeni musiqi alətləri yaradıldı- “ay-ulduz”, “sevgililər”, “fitar”... 28 Yanvar 2020, 15:05 Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi 28 Yanvar 2020, 15:00 İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər 28 Yanvar 2020, 14:54 Ermənistan Konstitusiya Məhkəməsinin hakiminin oğlu oğurlanıb 28 Yanvar 2020, 14:48 İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı - koronavirusa görə 28 Yanvar 2020, 14:42 Moskvada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirildi 28 Yanvar 2020, 14:36 Vüqar Bayramov: “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” 28 Yanvar 2020, 14:30 Məlahət İbrahimqızı 3-cü mikrorayonun sakinləri ilə görüşüb - FOTO 28 Yanvar 2020, 14:25 Koronavirusdan qorunmaq üçün 5 MƏSLƏHƏT 28 Yanvar 2020, 14:20 Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI 28 Yanvar 2020, 14:16 Azərbaycan millisinin baş məşqçi postuna 32 namizəd 28 Yanvar 2020, 14:10 Yaşa görə pensiya hüququ qazana bilmək üçün lazım olan şərtlər - Rayonlar üzrə 28 Yanvar 2020, 14:07 AzTV aprel döyüşləri haqqında uşaqlar üçün cizgi filmi hazırlayır 28 Yanvar 2020, 14:00 Saleh Məmmədov: “12 rayonda yeni yollar çəkiləcək” 28 Yanvar 2020, 13:55 Azərbaycanda dəhşətli virusa qarşı bu tədbirlər görüləcək - SİYAHI 28 Yanvar 2020, 13:50 İcra başçısı növbəti dəfə vətəndaşlarla görüşüb 28 Yanvar 2020, 13:44 Azərbaycanda daha 6 "ASAN Xidmət" mərkəzi açılacaq 28 Yanvar 2020, 13:40 Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Koronavirusa yoluxanların real sayı 20 dəfə çoxdur 28 Yanvar 2020, 13:38 Blogger Fatimə saxlanılıb? - RƏSMİ AÇIQLAMA 28 Yanvar 2020, 13:34 Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır - DİQQƏT 28 Yanvar 2020, 13:30
SORĞU Yeni parlamentdə kimlər olsun?