Arxiv
20 May 2019, 15:59 | ANALİTİKA
Azərbaycan və Avropa Birliyi sazişinin regional iqtisadi tərəfləri - ŞƏRH

Tahir Mirkişili,
Milli Məclisin deputatı

Son zamanlar Avropa Birliyi və Azərbaycan arasında imzalanması planlaşdırılan strateji tərəfdaşlığa dair saziş haqqında müxtəlif müzakirələr aparılır. Öncə onu qeyd etmək lazımdır ki, 1999-cu ildən Avropa Birliyi və Azərbaycan arasında imzalanmış tərəfdaşlıq və əməkdaşlıq Sazişinin müddəti 2019-cu ildə başa çatır və onun yenilənməsi təbiidir. Digər tərəfdən, 2018-ci ildə Azərbaycan Prezidentinin Avropa Birliyinin mənzil qərargahına səfəri zamanı imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə yeni sazişin istiqamətləri dəqiq müəyyən olunub. Bu istiqamətlərdən mühüm olanlarından biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyidir ki sənəddə öz əksini tapıb. Əvvəlki müqavilədə olduğu kimi, imzalanacaq bu saziş də siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur.

Amma yeni sazişin müasir reallıqları və gələcək çağırışları da özündə ehtiva etməsi nəzərdə tutulur ki, məhs bu məqam ona hər iki tərəfdən diqqətlə yanaşmanı göstərir. Bu çağırışlar isə əsasən enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıqlarla bağlıdır. İlkin informasiyalara görə, hazırkı müzakirələr də məhs bu iki məqam üzərində gedir. Bunun səbəbləri aşağıdakılardır:

1) Azərbaycan artıq 1999-cu ildəki ölkə deyil, iqtisadi və siyasi cəhətdən regional güc mərkəzinə çevrilmiş bir respublikadır. Öz maraqlarını daha güclü şəkildə müdafiə etməsi təbiidir.

2) Avropa Birliyi də 1999-cu ildəki təşkilat deyil, keçən 10 il ərzində qurumda sarsıntılar baş vermiş, Brexit prosesi yaşanmış və üzv ölkələr arasında siyasi və iqtisadi fikir ayrılıqları daha də dərinləşmişdir. Bütün bunlarla yanaşı, Avropa Birliyi hələ də cəlbedici bazar və texnologiyaların məkanlarından biridir.

3) Azərbaycanın indidən sonrakı 10 il üçün aydın iqtisadi strategiyası var. Ölkə iqtisadiyyatı daha da güclənəcək və təbii olaraq iqtisadi subyektlərin iqtisadi və coğrafi mövqeyi daha da artacaqdır.

4) Avropa Birliyinin sonra 10 il üçün gələcək perspektivləri iqtisadi və siyasi cəhətdən çox da nikbin deyil. Birlikdə ciddi bürokratik islahatların gedəcəyi planlaşdırılır.

5) Azərbaycan növbəti 10 illər ərzdinə Avropa Birliyi üçün dayanıqlı və etibarlı enerji təhcizatçısı rolunu oynamaqla Avropa Birliyinin enerji təhlükəsizliyinə böyük dəstək verəcək. Bu dəstək eyni zamanda, Avropa Birliyinin özünün taleyinə mühüm dəstək olacaq

6) Azərbaycan sahib olduğu beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə Avropa və Asiya arasında mühüm iqtisadi qovşaq yaradaraq hər iki hissənin iqtisadi əlaqələrini intensivlinə dəstək verməkdədir. Yəni Azərbaycanın imkanları Avropa Birliyini Asiya bazarlarına yaxınlaşdırır.

7) Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77% -i Azərbaycanın payına düşür və Azərbaycanın da xarici ticarət həcmini 40%-i Avropa Birliyinin payına düşür.

8) Azərbaycan Çinin “Bir kəmər bir yol” layihəsində əsasə tərəfdaşlardan biridir.

Bütün bu yuxarıda sadaladıqlarım Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq sazişin bərabər hüquqlu və diqqətlə hazırlanmasını tələb edir. Burda əsas məsələ vaxt deyil, məzmun və keyfiyyətdir. Təcrübə göstərir ki, Avropa Birliyi kimi beynəlxalq təşkilatların tamamilə öz maraqlarına xidmət edən standart müqavilə şablonları olur, onları dəyişdimədən qısa müddə ərzində imzalmaq mümkündür, hasını ki, Gürcüstan və Ermənistan artıq imzalayıblar. 

Düşünürəm ki, Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq saziş hər iki tərəf üçün vacibdir. Hər iki tərəfin qarşında duran çağırışların həlli üçün qarşılıqlı maraqları özündə əks etdirən sazişə ehtiyac var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer saxlanıldı 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53