Arxiv
22 May 2019, 15:12 | İQTİSADİYYAT
Vergilər Nazirliyinin əməkdaşlarına cinayət işi açıldı - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya və mənimsəmə hallarına qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.

 

Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin Modern.az-a daxil olan birgə məlumatına görə, Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Aparılmış araşdırmalarla 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldaraq, həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Bundan başqa, Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun eyni qaydada rayon Maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ümumilikdə 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan material üzrə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla həmçinin, 5 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi Eldəniz Əzizov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi Elnur Mənsimovun eyni qaydada müvafiq maliyyə idarələrindən daxil olmuş ödəniş sənədlərinin (qəbzlərin) işlənilməsi zamanı 38 min manat vəsaiti faktiki ödəniş təyinatından yayındırmaqla ayrı-ayrı vergi ödəyicilərindən nağd şəkildə alınmış və büdcəyə ödənilməmiş vəsait əvəzinə onların şəxsi hesab vərəqələrinə vergi ödənişi kimi qeydiyyatını aparmaqla vergi ödəyicilərindən vergi ödənişi kimi nağd şəkildə alınmış həmin məbləği mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb.

Göstərilənlərlə yanaşı, 13 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Ziya Paşayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2017-2018-ci illər ərzində Qax rayon Maliyyə İdarəsindən təhvil aldığı vergi və rüsumlarla bağlı 47 min manat dəyərində ödəniş qəbzlərini skan edərək ora əvvəldən tanıdığı bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi kodu, ödəyicinin adı, VÖEN və vergi məbləği haqda yenidən qeydiyyat apararaq rəsmi sənədi saxtalaşdırmasına əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Vergilər Nazirliyi üzrə əmrlərlə xidməti fəaliyyətlərinin icrası zamanı yol verdikləri qanunazidd əməllərə görə müvafiq Ərazi Vergilər İdarələrinin 4 əməkdaşının vergi orqanlarında xidmətlərinə xitam verilib, 4 əməkdaş isə müvəqqəti olaraq tutduqları vəzifədən kənar ediliblər.

Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı bundan sonra da Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi davam etdiriləcəkdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məölub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00