Arxiv
23 May 2019, 14:39 | MƏDƏNİYYƏT
Fuad Poladovun 71 illiyinə

Hər ömrün əvvəli olduğu kimi bir sonu da vardır. Hər kəs nə vaxtsa qazandıqlaqını, lap elə sonuncu arzu və istəklərini də bu dünyada qoyub gedir. Özüylə apara biləcəyi yalnız çiyinlərində gəzdirdiyi əməllərin siyahısı olur. Xeyir əməllərin siyahısını sağ, bəd əməllərin isə sol çiynində. Onun çiyinlərində nə apardığını Allahdan başqa kimsə bilə bilməz. Bu dünyada qoyub getdiklərindən isə hamının məlumatı vardır. Azərbaycan kino, teatr tarixində yaratdığı obrazlar, bir insan kimi ifadə etdiyi fikirlər həmişə yaddaşlarda qalacaq…

Bu dünyada parlaq istedadlı aktyorlar az olmayıb. Amma mükəmməl şəxsiyyət kimi yadda qalanları çox deyil. Bəli, Fuad Poladov şəxsiyyət kimi ürəklərdə yuva qurmağı bacaran sənətkarlardan idi. Onun adı hələ uzun müddət ehtiramla yad ediləcək, ruhuna rəhmətlər dilənəcək. Axı insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür. 
Yüz il bundan sonra onu şəxsən tanıyacaq kimsə həyatda olmayanda ifa etdiyi rollar, yaddaşa köçürülən verilişlərdəki çıxışları dil açıb danışacaq. Gələcək nəsillərə onun barəsində məlumat ötürəcək. Təkcə necə aktyor olduğu barədə yox, həm də onun şəxsiyyəti, insanlığı haqqında fikir formalaşdıracaq. Azərbaycan kişisinə xas olan keyfiyyətləri özündə ehtiva etdiyinə, bu yükün altında ləyaqətlə dayana bildiyinə görə…

Yaşasaydı mayın 24-də 71 yaşını qeyd edəcəkdi. Yəqin ki, yenə də məğrur davranışı, yüksək mədniyyəti ilə təbrikləri cavablandırıb hamıya minnətdar olacaqdı. Amma nə etmək olar, hər kəsə ömür təyin edən Allah vardır. Onun qarşısında hamımız acizik. Bəli, hər insan öz taleyini yaşayır. Bizə yalnız aramızdan köçmüş yaxşı insanlara Allahdan rəhmət diləmək qalır. 
Ruhun şad olsun, böyük insan!



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub - FOTOLAR 19 Avqust 2019, 11:35 Təhsil şöbəsinin müdiri işdən çıxarılıb 19 Avqust 2019, 11:16 “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi DANIŞDI 19 Avqust 2019, 11:09 Tramp: “İranlılar çox məğrur millətdir amma ...“ 19 Avqust 2019, 11:00 “Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə... 19 Avqust 2019, 10:45 Deputatın oğlu və 5 qohumu saxlanıldı  19 Avqust 2019, 10:41 “Qaçqınkom”un Nərimanov və Sabunçu üzrə sektor müdirləri cəzalandırıldı 19 Avqust 2019, 10:34 Ermənistan atəşkəsi 23 dəfə pozub 19 Avqust 2019, 10:25 Şəmkirdə ərinin yandırdığı arvad Bakıda öldü - FACİƏ 19 Avqust 2019, 10:05 Bu gün abituriyentlərin elektron ixtisas seçimi başa çatır 19 Avqust 2019, 10:04 “Azərsu” sədri 36 vətəndaşın müraciətini dinlədi 19 Avqust 2019, 09:58 Bakıda yol polisi avtomobili qəzaya düşdü 19 Avqust 2019, 09:52 Cəbhədə vəziyyət gərgin olaraq qalır 19 Avqust 2019, 09:50 Dövlət qulluğuna qəbul imtahanından keçən şəxslərin NƏZƏRİNƏ 19 Avqust 2019, 09:49 Şəmkirdə evində yandırılan qadın xəstəxanada öldü 19 Avqust 2019, 09:40 İcra başçısı şikayətləri yerində həll etdi 19 Avqust 2019, 09:36 Rafael Hüseynov: ““Kommunist” qəzetindən aldığım məktubu açanda gözlərimə inanmadım” - MÜSAHİBƏ 19 Avqust 2019, 09:24 Manatın bugünkü məzənnəsi açıqlandı 19 Avqust 2019, 08:31 İş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayır 19 Avqust 2019, 08:30 Suriya ordusu hərəkətə keçdi 19 Avqust 2019, 00:33 Sakit Okeanda güclü zəlzələ 19 Avqust 2019, 00:14 Qax sakini Şəkidə faciəvi şəkildə öldü 18 Avqust 2019, 23:52 Xəzərdə batan 2 əcnəbi xilas edildi 18 Avqust 2019, 23:38 Təhsil eksperti ilə vəkil arasında QALMAQAL: “Onun barəsində “Mafioz vəkil”...” 18 Avqust 2019, 23:15 Psixiatriya xəstəxanasının pasienti 4 nəfəri öldürdü 18 Avqust 2019, 23:02 Almaniyada insanlara bıçaqla hücum: 2 ölü 18 Avqust 2019, 22:43 “Səbail”  “Zirə”ni məğlub etdi 18 Avqust 2019, 22:17 İsgəndər Həmidovun məhkəməsində çıxış əvəzi LƏTİFƏ  18 Avqust 2019, 22:03 Azərbaycan güləşçisi erməniyə qalib gəldi 18 Avqust 2019, 21:38 Futbolda qanlı olay: 3 nəfər öldü 18 Avqust 2019, 21:19 Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01