Modern.az

Mir Şahin gizli videoarxivi açdı - VİDEO

Mir Şahin gizli videoarxivi açdı - VİDEO

26 May 2019, 21:11

"Real" telekanalında Qarabağ müharibəsini əks etdirən nadir kadrlar yayımlanıb.

Modern.az xəbər verir ki, “Mir Şahinin vaxtı"nda Qarabağ müharibəsi ilə bağlı 1992-1993-cü illərə aid heç yerdə yayımlanmayan  videokadrlar göstərilib. Videogörüntüləri jurnalist Mir Şahinin qonağı, hərbi operator İlham Ələkbərov təqdim edib. Söhbət əsnasında kadrların Ağdərə və Kəlbəcər rayonlarında çəkildiyi məlum olub.

Mir Şahin verilişə bu sözlərlə başlayıb:

"Allahsız yerdə otur, böyüksüz yerdə yox-deyiblər. Amma bizim Allahımız da var, böyüklərimiz də. Bütün Qafqazın Şeyxinin açdığı iftar süfrəsində Prezidentin etdiyi çıxış ətrafında ölkədəki mənəvi-ruhani vəziyyət təhlil ediləcək.

Ermənistanın müdafiə siyasətində tərəddüd və qorxu doktrinası. Qorxudur və qorxur – misalının yeni formada təcəssümü. Mxitaryan faktoru Antiazərbaycan təbliğatının tərkibi kimi.

Bloger Fuad Abbasov məsələsi. Rusiyada yaşayan azərbaycanlıların Fuad davası. Başqa ölkələrin vətəndaşları sayılan azərbaycanlılar niyə əksər hallarda həmin ölkələrin vətəndaşı ola bilmirlər?

Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması. Ən yaxın tarixin təqdimatına başlayırıq. Tariximizin qızıl fondu REAL Təhlil və informasiya Mərkəzində. Özünü gələcək kimi göstərənlərin əslində keçmiş olduqlarını gözlərinizlə görəcəksiniz".

Modern.az “Mir Şahinin vaxtı” verilişinin videoyazısını təqdim edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi