Arxiv
30 May 2019, 17:12 | ANALİTİKA
Saakaşvilinin Ukraynaya qayıdışı Azərbaycanın xeyrinədir - TƏHLİL

Ukrayanın yeni seçilən prezidenti Vladimir Zelenski Gürcüstanın esk-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilini yenidən Ukraynaya qayıdışına şərait yaratdı, vətəndaşlığını geri qaytardı.

Modern.az saytının xəbərinə görə, “Atlas” araşdırmalar mərkəzi mövzunu analiz edib.

 

Zelenski nədən bu addımı atdı?

 

Təhlildə bildirilib ki, birincisi, Zelenski bu qərarı ilə keçmiş prezident Petro Poroşenko və onun tərəfdarlarına zərbə vurmuş oldu.

“Çünki Saakaşvilini Ukraynadan Petro Poroşenko qovmuş, pasportunu əlindən almışdı. Bununla Poroşenko problemdən qurtulduğunu zənn edirdi. Zelenski isə Saakaşvilini qaytarmaqla parlament seçkisi öncəsi Petro Poroşenkonun mövqelərinin zəiflətməyə çalışacaq. Çünki geri qayıdan Saakaşvili hər yerdə Poroşenkonun və onun komandasının korrupsioner olduğunu gur səslə deyəcək. Zelenskiyə də elə bu lazımdır”.

 

Daha sonra bildirilib:

 

“İkincisi, Zelenski oliqarxlardan asılı olmaq istəmir. Ancaq yeni prezidentin oliqarxları siyasətdən uzaqlaşdırması çətin olacaq. Ona bu işdə güclü müttəfiqlər lazımdır. Saakaşvili məhz belələrindəndir. Mixail Saakaşvili var gücüylə Ukraynada oliqarxik sistemin ortadan qaldırılmasında Zelenskiyə kömək etməyə çalışacaq. Zelenski oliqarx Kolomoyskinin İsraildən Ukrayana geri qayıdışına şərait yaratdı. Kolomoyskinin Saakaşvilidən xoşu gəlmir. Buna baxmayaraq, Zelenski Saakaşvilini də geri qaytardı ki, “Kolomoyskinin adamı” imicindən qurtulsun. Digər tərəfdən Zelenski Saakaşvili vasitəsilə daxili işlər naziri Arsen Avakovun ambisiyalarını da tənzimləyəcək. Avakovun da Kolomoyski kimi Saakaşvilidən xoşu gəlmir, hətta hökumətin iclasında onu təhqir etmişdi. Avakov Zelenskinin prezident seçilməsinə şərait yaratdı, seçki məntəqələrində saxtakarlığa şərait yaratmadı. Ancaq Zelenski bu yaxşılığına görə Avakovdan asılı olmaq istəmir.

 

Üçüncüsü, Saakaşvili öz sözlərinə görə Ukraynada nə deputat, nə baş nazir olmaq, nə də bir başqa rəsmi vəzifə tutmaq istəyir. Yəni onun siyasi ambisiyası yoxdur. Özü Kiyevə qayıtdıqdan sonra belə deyib: “Mən Gürcüstanın prezidenti və Odessa qubernatoru olmuşam. Bu mənə bəsdir. Mən daha vəzifə istəmirəm. Amalım sadəcə Zelenskiyə dəstək verib, Ukraynanı inkişaf edən ölkəyə çevirməkdir”. Yəni Saakaşvili rəsmi vəzifəyə iddialı deyil, islahat mərkəzi təsis edib Zelenskiyə dəstək vermək istəyir".

 

Qeyd olunub ki, buna baxmayaraq, Saakaşvilinin lderi olduğu “Yeni Qüvvələr” Partiyası parlament seçkilərinə hazırlaşır.

"Doğrudur, bu partiyanın 5 faizlik səddi keçəcəyi hələ sual altındadır. Ancaq bu baş verərsə, kim bilir bəlkə Zelenski Saakaşviliyə baş nazir vəzifəsini təklif etdi. Zelenskinin “Xalqın Xidmətçisi” Partiyası Saakaşvilinin partiyası ilə ittifaq da qura bilər. Əlbəttə, burada başqa məqama da diqqət yetirmək lazımdır. Saakaşvili xaraktercə ipə-sapa yatmayan şəxsdir. Yəni Saakaşvili bu gün Zelenskini dəstəkləyirsə, sabah mövqeyini 180 dərəcə dəyişə də bilər. Saakaşvili-Poroşenko ittifaqı da belə dağılmışdı. Bu mənada mümkündür ki, Saakaşvili Zelenskiyə kənarda dəstəkçi kimi lazım olsun. Saakaşvili buna da razıdır.

 

Mixail Saakaşvilinin Ukraynaya qaydışı iki səbəbdən Azərbaycanın da maraqlarına cavab verir. Birincisi, Azərbaycanda Saakaşviliyə böyük rəğbət var. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə şəxsi dostluğu mövcuddur. Bu baxımdan Saakaşvili Ukraynada Azərbaycan maraqlarının dəstəkçisi kimi də çıxış edə bilər. Erməni lobbisinin güclü olduğu Ukraynada bu cür dəstəkçiyə ehtiyacımız var. İkincisi, Saakaşvilinin Ukraynaya geri dönüşü Gürcüstanın indiki hakimiyyətini yaman qorxudub.

 

Çünki Saakaşvili Gürcüstan sərhədlərinə yaxınlaşıb. Əgər Saakaşvili Ukraynada islahatların həyata keçirilməsində uğur qazanarsa, onun Gürcüstandakı reytinqi artacaq və onun ana vətəninə geri dönüb hakimiyyət uğrunda mübarizəyə başlaması aktuallaşacaq. Bunun özü də Azərbaycanın xeyrinədir. Gürcüstanın hazırki hakimiyyəti məbəd məsələsində görə Azərbaycanla münasibətləri gərginləşdirmək yolunu seçib. Azərbaycanın dostu olan Saakaşvilinin fəallaşması Gürcüstanın indiki prezidenti Salome Zurabişvili və onun arxasındakı gücləri Azərbaycanla münasibətlərdə ehtiyatlı mövqeyə sövq etməlidir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Trampdan İrana növbəti hədə 22 Oktyabr 2019, 00:51 Putin Makronla Suriyadakı vəziyyəti müzakirə etdi 22 Oktyabr 2019, 00:30 Röya “Xalq artisti” fəxri adı almasından DANIŞDI 22 Oktyabr 2019, 00:14 Göygöldə ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 23:59 Jurnalist Putinin müşaviri oldu 21 Oktyabr 2019, 23:42 Heydər Əliyev Fondu azərbaycanlıları sevindirdi - FOTO 21 Oktyabr 2019, 23:27 Soçidə qazaxlarla ermənilər arasında dava - VİDEO 21 Oktyabr 2019, 23:15 Prezidentdən Universitetə yubiley təbriki 21 Oktyabr 2019, 22:57 Məcburi köçkün uşaqlar Beynəlxalq Qızlar Gününü qeyd etdi 21 Oktyabr 2019, 22:42 "Traktor" qələbə qazanaraq liderlə xallarını bərabərləşdirdi 21 Oktyabr 2019, 22:24 Pakistan prezidenti bu həftə Bakıya gələcək 21 Oktyabr 2019, 22:06 Terrorçular fəhlələri atəşə tutdu 21 Oktyabr 2019, 21:53 Prezident çağırış etdi - Digər pensiyaçı məmurlardan kimlər istefa verəcək?.. 21 Oktyabr 2019, 21:44 90 sahibkarlıq subyektinə 7,2 milyon manat ixrac təşviqi ödənilib 21 Oktyabr 2019, 21:29 Prezident Hacıbala Abutalıbova: “Hesab edirəm ki, 70 yaşını keçən iqtidarda təmsil olunanlar da sizin nümunənizi təkrar edəcəklər” - YENİLƏNİB 21 Oktyabr 2019, 21:14 İran da Türkiyəyə qarşı çıxır 21 Oktyabr 2019, 21:13 Baş Nazirə qarşı homoseksual zorakılıq İTTİHAMI 21 Oktyabr 2019, 20:58 Əli Həsənov işdən çıxmaq ərizəsi yazıb: “71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz”  - YENİLƏNİB 21 Oktyabr 2019, 20:47 Vitse-prezident Azərbaycana gəlir 21 Oktyabr 2019, 20:30 Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü 21 Oktyabr 2019, 20:17 Bu ölkədə milyarderlərin sayı il ərzində 50 faiz artıb 21 Oktyabr 2019, 20:06 Yarmarkaya buraxılmayan balların aqibəti necə oldu? 21 Oktyabr 2019, 20:00 Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq 21 Oktyabr 2019, 19:49 "Heç bir pataloji hal aşkar edilməyib" - DİN rəsmisindən Tofiq Yaqublu AÇIQLAMASI 21 Oktyabr 2019, 19:40 UNEC-də “Elm həftəsi”nə start verilib - FOTO 21 Oktyabr 2019, 19:31 ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI 21 Oktyabr 2019, 19:22 İstanbul Konvensiyasının imzalanmasına dair təkliflər paketi hökumətə təqdim olunub - Dövlət Komitəsi 21 Oktyabr 2019, 19:13 Mübariz İbrahimovu təhqir edən  psixoloqa cəza istənilib - 3 il 21 Oktyabr 2019, 19:04 “Qarabağ” - APOEL oyunu slovakiyalı hakimlərə tapşırıldı 21 Oktyabr 2019, 18:55 Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri bitib - VİDEO - FOTO 21 Oktyabr 2019, 18:46 XİN Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına münasibət bildirdi 21 Oktyabr 2019, 18:37 Qeydiyyatda olan narkomanların sayı AÇIQLANDI 21 Oktyabr 2019, 18:28 Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib - FOTO 21 Oktyabr 2019, 18:19 AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı 21 Oktyabr 2019, 18:10 Ülvi Quliyev: “Seçicilərim adından icazəsiz aksiyaları pisləyirəm” 21 Oktyabr 2019, 18:03