Modern.az

Bir şəklin tarixçəsi - Dini-mənəvi dəyərlərə böyük hörmət və ehtiram

Bir şəklin tarixçəsi - Dini-mənəvi dəyərlərə böyük hörmət və ehtiram

8 İyun 2019, 11:22

Azərbaycanda dini-mənəvi dəyərlərə böyük önəm verilir. Ümumiyyətlə, hər bir ölkənin uğurlu inkişafı üçün din-dövlət əlaqələri çox böyük əhəmiyyət daşıyır və bu əlaqələrin sağlam zəmində qurulması cəmiyyət üçün vacib şərtdir. Azərbaycanda bu məsələlərin yüksək səviyyədə qurulmasında və inkişafında ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müstəsna xidmətləri var.

Ölkə rəhbərliyi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan məscidlərin bərpası ilə bağlı böyük işlər görməkdəddirlər. Azərbaycanda 2 minə yaxın məscid fəaliyyət göstərir. Təkcə son 10 il ərzində 100-dən çox məscid tikilib. . Məscidlərin bir hissəsi dövlət, bir hissəsi dini icmalar, bir hissəsi isə Heydər Əliyev Fondu tərəfindən tikilib və təmir edilib. 


Modern.az
saytının mütəmadi olaraq təqdim etdiyi “Bir şəklin tarixçəsi” rubrikasında yayımladığı budəfəki şəkil Bakıdakı ibadətgahlardan birində lentə alınıb.

Zaman - 22 dekabr 2011-ci il... Məkan Bakı şəhəri Əjdərbəy məscidi...


Prezidentin ehtiyat fondunun vəsaiti hesabına əsaslı təmir olunan və yenidən qurulan məscidin açılış mərasiminə Azərbaycan dindarları ilə yanaşı, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri də təşrif buyurublar.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidin açılışı mərasiminə qatılan qonaqlar arasındadırlar.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinə və xanımına məsciddə görülmüş işlər barədə məlumat verir.

Bildirir ki, Əjdərbəy məscidi 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdərbəy Aşurbəyov tərəfindən tikilib. Günbəzi göy rəngdə olduğuna görə xalq arasında “Göy məscid” kimi də tanınan və Bakının memarlıq incilərindən sayılan bu məbəd əvvəllər 400 nəfərin ibadəti üçün nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Buna görə də məsciddə təmir-bərpa ilə yanaşı, genişləndirmə işlərinə də zərurət yaranmışdı.

“Məhz milli mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevin təşəbbüsü ilə bu tarixi abidəyə yeni həyat verildi”, - Allahşükür Paşazadə qeyd edir.

Mərasimin sonunda şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə müqəddəs Qurani-Kərim hədiyyə edib. 




A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir