Arxiv
14 İyun 2019, 11:09 | DİASPOR
Fuad Muradovun Baltikyanı ölkələrə səfəri başa çatıb - FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri başa çatıb.

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri Litvada Vilnüs Universiteti ilə tanışlıqdan başlayıb. Komitə sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətini və Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevi universitetin rəhbərliyi qarşılayıb. Universitetin tarixi, strukturu, müəllim-tələbə heyəti barədə qısa məlumat verildikdən sonra qonaqlar burada fəaliyyət göstərən Azərbaycan auditoriyası ilə tanış olublar. Tanışlıq zamanı azərbaycanlı tələbə və müəllimlər haqqında məlumat verilib, gələcəkdə daha çox soydaşımızın bu tədris ocağında təhsil almasına dair fikir mübadiləsi aparılıb, auditoriyaya kitablar hədiyyə olunub.   

 

Daha sonra bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılarla görüş keçirilib. 60 nəfərə yaxın soydaşımızın qatıldığı tədbir Dövlət Himninin səsləndirilməsilə başlayıb. Tədbirdə Azərbaycan diasporu və Diaspor Komitəsinin fəaliyyətilə bağlı infoqrafik video-çarx nümayiş etdirilib.

 

Səfir Tamerlan Qarayev çıxış edərək, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib, diqqəti diaspor hərəkatında canlanmanın müşahidə olunduğuna cəlb edib. O, Litvadan 2 nəfərin Diaspor Gənclərinin II Yay Düşərgəsinə seçildiyini qeyd edərək, onlar haqqında  da qısa məlumat verib.

 

Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin qarşılıqlı anlaşmaya və dostluğa söykəndiyini xatırladan Dövlət Komitəsinin sədri bildirib ki, soydaşlarımız diaspor hərəkatının gücləndirilməsi, birgə fəaliyyətin təmin olunması naminə müxtəlif ölkələrdə Koordinasiya Şuraları təsis edirlər. Bu, birgə fəaliyyət üçün çox vacibdir. Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası da buna nümunədir. Şuranın artıq əlaqələndiriciləri də seçilib və ümid edirəm ki, bu Şura soydaşlarımızın daha səmərəli və aktiv fəaliyyətinə dəstək olacaqdır.

 

Qeyd edək ki, Baltikyanı ölkələrdə yaşayan soydaşlarımızın birgə toplantısı keçirilib. Riqada keçirilən toplantıda soydaşlarımız Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi ilə bağlı qərar qəbul ediblər.

 

Konfransda Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Baltikyanı ölkələrdə yaşayan 100-ə yaxın soydaşımız və diaspor rəhbərləri iştirak edib. Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlardan, diaspor siyasətinin uğurlu nəticələrindən, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və vahid ideya ətrafında birləşməsinin əhəmiyyətindən danışıblar.

 

Komitə sədri bildirib ki, “biz müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuralarının toplantılarına dəvət alırıq və imkanlarımız daxilində çalışırıq ki, bu cür tədbirlərdə iştirak edək. Bu günkü təsis yığıncağı da Latviya, Litva və Estoniyadakı diaspor təşkilatlarını əhatə edir”.

 

Diaspor rəhbərləri və soydaşlarımız çıxış edərək Baltikyanı ölkələrdə mövcud olan diaspor təşkilatlarının fəaliyyəti və yeni yaradılan Koordinasiya Şurasının işinin səmərəli təşkili ilə bağlı təkliflərini səsləndiriblər. Çıxış edənlər Azərbaycanın diaspor siyasətini dəstəklədiklərini bir daha diqqətə çatdırıblar.

 

Toplantıda maraqlı və geniş fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə qadın baltalanaraq qətlə yetirilib 28 Fevral 2020, 00:43 Bu komandalar Avropa Liqasının 1/8 finalında 28 Fevral 2020, 00:30 Bakıda “Bakubus” avtobusları dezinfeksiya edilir 28 Fevral 2020, 00:17 DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrindən 32 il ötür 28 Fevral 2020, 00:01 Alimlər havasız yaşaya bilən canlı aşkarladılar 27 Fevral 2020, 23:22 Sabirabadda müəllimə bıçaqlandı 27 Fevral 2020, 23:06 Azərbaycanda koronavirusa görə məktəblər bağlanacaq? 27 Fevral 2020, 22:48 Daşkəsəndə gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb 27 Fevral 2020, 22:33 Bu ölkədə koronavirusdan ölənlərin sayı 17-yə çatdı 27 Fevral 2020, 22:19 WhatsApp qruplarının təhlükəsizlik problemi 27 Fevral 2020, 22:01 “Ermənicə-Azərbaycanca lüğət” çap edildi 27 Fevral 2020, 21:46 İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir 27 Fevral 2020, 21:32 Avropadan Türkiyəyə qarşı gözlənilməz addım 27 Fevral 2020, 21:18 “Azərbaycan İranla sərhəddə səyyar  hospitallar təşkil edir”  - RƏSMİ 27 Fevral 2020, 21:02 Yaponiyanın Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib 27 Fevral 2020, 20:45 Azərbaycanlı şahmatçı birinci oldu 27 Fevral 2020, 20:29 “Koronavirusun pandemiyaya keçmək ehtimalı davam edir” - ÜST 27 Fevral 2020, 20:14 Şura SƏLİS-ə yeni xidmətlər əlavə edəcək - FOTOLAR 27 Fevral 2020, 20:00 Prezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun” 27 Fevral 2020, 19:58 Azərbaycanda koronavirusa görə qərargah YARADILDI 27 Fevral 2020, 19:50 Mobil səhra laboratoriyası koronavirusla bağlı hazır vəziyyə gətirildi - Əhaliyə çağırış 27 Fevral 2020, 19:46 MŞ-da Xəzəryanı ölkələrin jurnalistlərinin görüşünün təşkili müzakirə olundu 27 Fevral 2020, 19:40 Turizm Agentliyi koronavirusla bağlı vətəndaşlara müraciət ETDİ 27 Fevral 2020, 19:29 İranda universitetlərdə də dərslər dayandırıldı - Koronavirusa görə 27 Fevral 2020, 19:16 Doğum gününü 4 ildən bir qeyd edən AZƏRBAYCANLILAR 27 Fevral 2020, 19:03 Partiyalar hökumətdən ofis istəyib – Pənah Hüseynin PA-dakı görüşünün sirrləri 27 Fevral 2020, 18:48 Rusiya sabahdan İranla hava əlaqəsini məhdudlaşdırır 27 Fevral 2020, 18:43 DİN və Baş Prokurorluqdan Yardımlıdakı cinayətlə bağlı AÇIQLAMA 27 Fevral 2020, 18:36 İranın vitse-prezidenti də koronavirusa yoluxdu 27 Fevral 2020, 18:18 Keçmiş səfir koronavirusdan öldü 27 Fevral 2020, 18:16 Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub - FOTO 27 Fevral 2020, 18:07 Sumqayıt hadisələri barədə obyektiv yazı erməniləri TƏŞVİŞƏ SALDI 27 Fevral 2020, 18:00 UNEC-də beynəlxalq konfrans - FOTO 27 Fevral 2020, 17:56 Pənah Hüseyn Prezident Administrasiyasındakı görüşdə 4 partiyanı təmsil edib 27 Fevral 2020, 17:50 BMU-də icbari tibbi sığorta  ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTO 27 Fevral 2020, 17:44