Modern.az

Slovakiyanın ilk qadın prezidenti and içdi

Slovakiyanın ilk qadın prezidenti and içdi

Dünya

15 İyun 2019, 21:31

Bu gün Slovakiya tarixində ilk qadın dövlət başçısı Zuzana Çaputovanın andiçmə mərasimi keçirilib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Z.Çaputova Slovak Filarmoniyasında parlament üzvlərinin iştirakı ilə keçirilən mərasimdə Konstitusiya Məhkəməsinin sədri İvan Fiaçan qarşısında and içib. Bununla da rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.

 

Qeyd edək ki, ixtisasca vəkil olan 45 yaşlı Zuzana Çaputova martın 30-da Slovakiyada prezident seçkilərinin ikinci turunda qalib gələrək, bu ölkədə ilk qadın prezident kimi tarixə düşüb.

 

Z.Çaputova ilk rəsmi səfərini iyunun 20-də Çexiyaya edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü