Modern.az

Sumqayıtda ağır qəza

Sumqayıtda ağır qəza

16 İyun 2019, 23:37

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

Belə ki, "KİA Optima" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı dirəyə çırpıb. Zərbənin təsirindən avtomovil çevrilib. Yolda tıxac yaranıb və yol polisinin müdaxiləsindən sonra hərəkət bərpa olunub.

Hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi