Arxiv
21 İyun 2019, 15:36 | ANALİTİKA
Ermənistanın mövqeyi Qarabağda müharibə riskini artırır

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin Avropanın nüfuzlu "Modern Diplomacy" nəşrində məqaləsi dərc olunub.

Modern.az-ın məlumatına görə, məqalə Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. 

Həmin yazını Azərbaycan dilində təqdim edirik. 

 

Dağlıq Qarabağa görə iki Cənubi Qafqaz ölkəsi olan Ermənistan və Azərbaycan arasında yaranmış münaqişə regionda qeyri-sabit vəziyyətin yaranmasına gətirib çıxaran ən faciəli və uzun müddət davam edən münaqişələrdən biridir.

 

1994-cü ildə Dağlıq Qarabağ münaqişəsini dayandırmaq üçün tərəflər arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra Azərbaycan və Ermənistan bu qanlı münaqişəni sülh yolu ilə həll etmək məqsədi ilə diplomatik səylərə start verdilər.

 

Lakin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa və Rusiya) vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh danışıqları onilliklər ərzində davam edir və bu proses sülhə nail olmaq istiqamətində hələ heç bir ciddi nəticə vermir. Münaqişə zonasında mövcud status-kvonun saxlanılması Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətinin davam etdirilməsi və işğalçılıq siyasətinin legitimləşdirilməsi məqsədi ilə bu günə kimi əsasən Ermənistan rəhbərliyi tərəfindən dəstəkləni.

 

Lakin 2016-ci ilin aprelində baş vermiş “4 günlük müharibə” mövcud status-kvonun nə qədər təhlükəli olduğunu nümayiş etdirib. 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilab” nəticəsində “Qarabağ klanı”nı təmsil edən Serj Sarkisyan hökumətinin devrilməsindən sonra yeni baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Yerevanda yeni hökumətin əvvəlki işğalçı siyasətinə son qoyaraq sülhü seçəcəyinə dair ümidlər var idi. Ermənistanda baş vermiş “məxməri inqilab” dan sonra iyul ayının 11-də 2018-ci ildə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Brüsseldə ilk görüşü keçirildi. Görüş zamanı əsasən mövcud danışıqlar formatının davam etdirilməsi, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara dair fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk rəsmi görüşü mart ayının 29-u 2019-cu ildə Vyanada baş tutub.

 

Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində “Biz insanlararası təmaslar zamanı etimad tədbirlərinin möhkəmləndirilməsinə dair məsələləri müzakirə etdik. Əsas odur ki, danışıqların formatı dəyişilməz qalır. Danışıqlar uzun illər olduğu kimi, Ermənistanla Azərbaycan arasında aparılır”,- deyə bildirib Təəssüf ki, bütün yuxarıda qeyd olunan danışıqlara və müsbət fikirlərə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə ilə bağlı işğalçılıq siyasətini davam etdirməyə üstünlük verdi. Daha sonra o, hətta "sülh üçün torpaq" müzakirəsinə razılaşmayacağını vurğuladı. N.Paşinyanın işğal olunmuş ərazilərdə yaradılmış separatçı rejimi (tanınmamış Dağlıq Qarabağ Respublikasını) danışıqlar prosesinə cəlb edilməsi tələbi ilə münaqişə zonasında status-kvonu qorumaq məqsədi daşıdığı aydın görünür. Proseslər aydın şəkildə göstərir ki, Ermənistandakı yeni hökumət Azərbaycanla sülh əldə etmək üçün kompromisə hazır deyil. Konstruktiv danışıqlar əvəzinə onlar nifrətə üstünlük verirlər. Buna misal olaraq, 29 may 2019-cu il tarixində Bakıda keçirilən UEFA Avropa Liqasının finalında “Arsenal” Futbol Klubunun erməni əsilli futbolçusu Henrik Mxitaryan Azərbaycan hökumətinin zəmanət verdiyi yüksək təhlükəsizlik təminatına baxmayaraq, Bakıya səfər etməyib. Futbolçunun seçimi yalnız "çirkli" siyasi oyunun bir hissəsi kimi qəbul edilib. Nikol Paşinyan da hətta öz “twitter” səhifəsində Mxitaryanın mövqeyini yüksək qiymətləndirib. Baxmayaraq ki, bir çox erməni idmançıları Bakı 2015 Avropa Oyunlarında və Azərbaycanda təşkil edilmiş bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər və onlar üçün heç bir təhlükə yaranmayıb.

 

Ümumiyyətlə, idmançılar münaqişə və nifrət halları zamanı çox müsbət rol oynaya bilərlər. Misal üçün, Stenford Universitetinin tədqiqatçıları qeyd edirlər ki, “Liverpul”un Misir əsilli futbolçusu Məhəmməd Salahın müsbət təsiri meydandan kənarda da olub. 2017-ci ilonun u futbol klubu ilə müqavilə imzalamasından sonra “Liverpul” ətrafında nifrət və islama qarşı mənfi yanaşma azalıb. O, hər atdığı qoldan sonra şükür səcdəsinə gedir və “Liverpul” azarkeşləri isə “əgər o çox qol vursa, mən də müsəlman olacağam” oxuyaraq dəstək olurlar. Henrik Mxitaryan da Bakıya gəlməklə digər ermənilərə sülh mesajı çatdıra bilərdi. Ermənistanın Azərbaycana qarşı təxribatı davam edir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri zamanı 30 may 2019-cu il tarixində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan ordusunun zabiti şəhid oldu. 9 iyun 2019-cu il tarixində isə düşmən tərəfindən açılan snayper atəşi nəticəsində başqa bir əsgər şəhid olub və Ermənistan Müdafiə Nazirliyi Azərbaycan əsgərini öldürən şəxsi mükafatlandırıb. Bu hadisələr Ermənistan tərəfdə də oxşar itkilərə səbəb olub.

 

Bundan əlavə, 12 iyun 2019-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları zamanı Ermənistan Silahlı Qüvvələri “Osa” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrini vurmağa cəhd edib.. Yuxarıda sadalanan bütün faktlar təsdiq edir ki, Ermənistanın yeni hökuməti köhnə mexanizmə sadiqdir və de-fakto Dağlıq Qarabağı müstəqil tərəf kimi təqdim etməklə danışıqlar formatını dəyişmək və münaqişədə status-kvonu saxlamağa çalışır.

 

Hesab edirəm ki, bu münaqişə hər iki xalqın iztirabına səbəb olub və müharibə davam etdiyi müddətdə hər iki tərəfdən itkilər yenə olacaq. Ermənistanlı jurnalist, ictimai xadim Suzan Caginyan qeyd edib ki, Sarkisyan və Koçaryan xalqı məhv edir, əgər onlar öz hakimiyyətlərini davam etdirsələr, gələcəkdə erməni xalqı olmayacaq. “Məxməri inqilab”dan sonra erməni xalqı bir rejimi dəyişdirməyə müvəffəq olubm və indi Ermənistanın yeni hökuməti əhalini sülhə hazırlamaq və regional iqtisadi əməkdaşlıqdan faydalanmaq üçün bütün imkanlara malikdir.

 

Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra erməni xalqı Azərbaycanın mövcud regional iqtisadi əməkdaşlıq imkanlarından digər tərəfdaşlarla birgə faydalana biləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnsanları işə düzlətmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:19 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22 Sabiq prezident vəfat etdi 24 İyun 2021, 12:16 Qubadlını azad edən hərbçilərə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 12:10
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?