Arxiv
4 İyul 2019, 17:09 | REPORTAJ
Əli Əliyevin keçmiş xanımı müraciət yaydı - Etibar Məmmədova sərt İTTİHAM

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəhbərliyi tərəfindən Vətəndaş və İnkişad Partiyası Partiyasının (VİP) sədri Əli Əliyevin keçmiş həyat yoldaşının 2005-ci ildə Etibar Məmmədova yazdığı məktubun 14 il sonra ictimailəşdirilməsi etirazla qarşılanıb. Ailə-məişət mövzusunda olan bir məktubun siyasi məqsədlər üçün istifadə olunması ictimaiyyət tərəfindən də tənqid olunub. Hətta məktubun müəllifi də buna etirazını bildirən bəyanat yayıb.


“Mən, Mirzəyeva Samirə Kərim qızı yazaraq bildirirəm ki, 2005-ci ildə yazdığım məktubu 14 ildən sonra siyasi məqsədlər üçün istifadə edilməsini şiddətlə pisləyir, qınayıram. AMİP liderinin bu hərəkətini əxlaqa və adət-ənənələrimizə zidd hesab edirəm. Yazdığım məktubun üzərindən 14 il keçib. Bu müddət ərzində mənim və ailəmin Əli Əliyevə qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcuddur”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin keçmiş həyat yoldaşı Samir Mirzəyeva Azərbaycan ictimaiyyəti üçün yaydığı müraciətdə bildirib.


O, müraciətində AMİP lideri Ertibar Məmmədovu sərt şəkildə ittiham edib:


“Bu illər ərzində bizim problemlərimiz onun (Əli Əliyevi nəzərdə tutur-red.) tərəfindən həll edilib. Etibar Məmmədov, kim sizə haqq verib ki, mənim və ailəmin adıyla siyasi alver edəsiniz? Bəlkə Əli Əliyevin siyasi nüfuzuna, intellektinə, apardığı mübarizəyə qısqanclıq edirsiniz? Özünüzü bu iqtidara təslim etdikdən sonra, iqtidara qarşı mübarizə apara bilmirsiz? Belə səviyyəsiz mübarizə aparılmaz.

 

Siyasi narazılığınız varsa, çağırın onu debata, siyasi arqumentlər qoyun ortaya, cəmiyyətdə aranızdakı fərqə qiymət versin. Əminəm ki, debatlarda Əli Əliyevin opponentlərinin düşdüyü vəziyyətdən siz də qorxursunuz. Belə olmasa idi, belə müxənnətlik etməzdiniz. Mübarizəni şərəflə apararlar, daha sizin kimi yox.

 

Cürətiniz varsa, onun qarşısına siyasətçi kimi çıxın. Mənim və ailəm adından bir daha sui-istifadə etməməyə dəvət edirəm sizi. Əks halda, sizin davranışınız məhkəmə predmeti olacaq və qarşınızda məni görəcəksiniz. Görünür, elə siz Əli Əliyə deyil, mənə cavab vermək səviyyəsindəsiniz”.


S.Mirzəyeva bildirib ki, o, əvvəl yazdığı bütün fikirlərindən imtina edir:


“Əli Əliyev yüksək mənəviyyatı və milli maraqlara sadiqliyi ilə seçilən bir insan və siyasətçidir. Biz hamımız Əli Əliyevlə fəxr edir, onun qətiyyəti, cəsarəti, savadı və ağlı ilə qürur duyuruq. Ona siyasi mübarizəsində vətəndaş olaraq dəstək verir, daim arxasında varıq. O çox gözəl atadır, hamıya qismət olsun.

 

Sonda isə sizə müraciət edirəm, Etibar Məmmədov! Bilməyiniz üçün yazıram ki, 14 il əvvəl yazdığım məktubdan, mənim fikrimi öyrənmədən sui-istifadəniz, ən azından tərbiyədən uzaq hərəkətdir! Siz əvvəl özünüzdə cəsarət tapıb prezident İlham Əliyevin adının baş hərfini səsləndirin, sonra onunla mübarizə aparanların “bostanına daş atın”. Bir də mənim, ailəmin adından danışıb tərbiyəsizlik etsəniz, cavabınızı ən sərt şəkildə özüm verəcəyəm.

 

Hörmətli həmvətənlər! Belə adamlar və əməllərdir ki, uzun illərdir Azərbaycanı inkişafdan saxlayır. Belə xəbis və dar düşüncəli şəxslər bu millətin yolunu kəsirlər.

 

Etibar Məmmədov Əli Əliyev kompleksi yaşayır. Onun Əli Əliyev haqda təşkil etdikləri şantajdan başqa iş deyil. Mən tam məsuliyyəti ilə deyirəm ki, Əli Əliyevin apardığı mübarizə saf, təmiz və ülvi hisslərlə müşayiət olunur. O inanılası şəxsiyyət və çirkablardan yuxarıda duran bir Azərbaycan kişisidir. Ona bütün işlərində müvəffəqiyyət arzu edirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM kolleclərə qəbul olmaq istəyənlərə müraciət etdi 21 Sentyabr 2020, 14:48 Ağdaşdan olan hərbi vəzifəlilər təlimlərə yola düşdü - FOTO 21 Sentyabr 2020, 14:42 Abşeronda liftin 5 min manat dəyərində mühərriki oğurlandı 21 Sentyabr 2020, 14:36 Azərbaycan ordusunun əsgəri yaralandı - Prokurorluq cinayət işi açdı 21 Sentyabr 2020, 14:30 İlham Əliyevin xəbərdarlığı Yerevanı QORXUYA SALDI: “Dərhal görüşməyə hazırıq”                  21 Sentyabr 2020, 14:25 Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi”  keçirilir 21 Sentyabr 2020, 14:20 Şəhid hərbçimizin evinin qarşısında izdiham - FOTOLAR   21 Sentyabr 2020, 14:16 Komitə sədri: “1548 məsələ öz həllini tapıb” - FOTO 21 Sentyabr 2020, 14:11 Azyaşlı qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edildi 21 Sentyabr 2020, 14:07 Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq 21 Sentyabr 2020, 14:03 DİN-dən Vəfa Nağınının paylaşımına REAKSİYA 21 Sentyabr 2020, 14:00 Namiq Abdullayev millimizin baş məşqçisi təyin olundu 21 Sentyabr 2020, 13:56 Mətbuat Şurası jurnalistlərə çağırış etdi 21 Sentyabr 2020, 13:50 Hərbçilərin pensiya təyinatı avtomatlaşdırılır - RƏSMİ 21 Sentyabr 2020, 13:45 Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir? 21 Sentyabr 2020, 13:40 Avropa Birliyi Belarusla viza rejimi ləğv edə bilər 21 Sentyabr 2020, 13:36 Əsgər salamı ilə məşhurlaşan uşaq: “Atam məni hərbi məktəbə qoyacaq!” 21 Sentyabr 2020, 13:30 Azərbaycanda saxta peyğəmbər bibisini öldürdü - VİDEO 21 Sentyabr 2020, 13:24 Sabah yağış yağacaq, dolu düşəcək 21 Sentyabr 2020, 13:18 Milli Qəhrəmanlar: “Müharibəyə çağırış çoxdan olmalı idi” 21 Sentyabr 2020, 13:13 Ali məktəblərə qəbulun nəticələri bu tarixdə AÇIQLANACAQ 21 Sentyabr 2020, 13:10 “Ali təhsil haqqında” qanun layihəsi hazırlanır 21 Sentyabr 2020, 13:07 Belarusda daha 442 nəfər saxlanıldı 21 Sentyabr 2020, 13:05 Kolleclərə daxil olanların qeydiyyatı davam edir 21 Sentyabr 2020, 13:00 Deputat Qubanın 3 kəndinə su çəkdi - FOTO 21 Sentyabr 2020, 12:54 “Qapıya yazsınlar ki, “şortiklə girmək qadağandır!” - Şortik qalmaqalına REAKSİYA 21 Sentyabr 2020, 12:48 Şəhid olan hərbçimizin FOTOSU 21 Sentyabr 2020, 12:45 Qida zəhərlənmələrindən necə qorunmalı... 21 Sentyabr 2020, 12:40 Bakıda kişini elektrovoz vuraraq öldürdü 21 Sentyabr 2020, 12:37 Deputatlar səfərbərliyə hazırdımı... 21 Sentyabr 2020, 12:33 Əhliman Əmiraslanov: “Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr möhkəm təməl üzərində qurulub” 21 Sentyabr 2020, 12:30 Qaxda 2 ton narkotik vasitə məhv EDİLDİ 21 Sentyabr 2020, 12:25 Xarici İşlər Nazirliyi şəhid hərbçimizlə bağlı məlumat YAYDI 21 Sentyabr 2020, 12:20 “Funda” tibb mərkəzində vergi müfətişləri ilə MÜBAHİSƏ 21 Sentyabr 2020, 12:15 Prezident Badamdar qəsəbəsi ilə bağlı sərəncam imzaladı 21 Sentyabr 2020, 12:10