Arxiv
11 İyul 2019, 08:45 | ANALİTİKA
ATƏT PA: İşğal olunmuş ərazilərin sakinlərinin hüquqları bərpa olunmalıdır

ATƏT Parlament Assambleyasının (PA) Luksemburqda keçirilən 28-ci illik sessiyası “Təlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Parlament Assambleyasının Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsində ATƏT regionunda mövcud konflikt və ziddiyyətlərin davam etdiyi bir şəraitdə insan hüquqlarının qorunması vəziyyəti və iştirakçı ölkələrə çağırışlar müzakirə olundu. Komitənin 102 paraqrafdan ibarət olan qətnamə layihəsində ATƏT regionunda insan hüquqları ilə bağlı mövcud vəziyyətin daha da yaxşılaşdırılması üçün çağırışlar öz əksini tapıb.


Qətnamə layihəsində Azərbaycan üçün əsas maraq kəsb edən məsələlərdən biri Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların humanitar sferada pozulmuş hüquqlarının, Ermənistan-Azərbaycan sərhədyanı bölgələrində yaşayan insanların isə təhlükəsiz yaşamaq hüquqlalarının qorunmasının və bərpa edilməsinin vacibliyinin Yekun Deklarasiyada öz əksini tapması idi. Qətnamə layihəsində konflikt zonalarında və işğal edilmiş ərazilərdə insanların humanitar sferada əsas azadlıq və hüquqlarının qorunması öz əksini tapsa da, mövcud yanaşma Azərbaycanı tam qane etmirdi. Çünki bu yanaşma Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində münaqişə zonalarında yaşayan insanlarla yanaşı, münaqişə nəticəsində əraziləri tərk etmiş qaçqın və məcburi köçkünlərin humanitar hüquqlarının qorunması və bərpa edilməsini əhatə etmirdi. Azərbaycan nümayəndə heyətinin (Müəllif: Bahar Muradova) qətnamə layihəsinə müvafiq təklifi artıq qeydiyyata alınmışdı və əvvəlcədən də dəyişiklik ətrafında müzakirələrən gedəcəyi gözlənilirdi. Təklifin əsas mahiyyəti münaqişə zonalarında və işğal olunmuş ərazilərdə insanların humanitar hüquqlarının qorunması ilə yanaşı, münaqişənin və ərazilərin işğal olunması nəticəsində insanların humanitar sahədə pozulmuş hüquqlarının qorunmasından ibarət idi.

Dəyişikliyin əhəmiyyəti əsasən 5 iqtiqamətdə idi:


- Ermənistanın işğal etidiyi Dağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar yaşamır. Humanitar sahədə insan hüquqlarının qorunmasının universial olması Azəbaycanın əsas mövqeyidir və bu mövqe beynəlxalq normalara əsaslanır. Dəyişiklik Azərbaycanın bütün vətəndaşlarının, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının, işğal olunmuş rayonların qaçqın və məcburi köçkün əhalisinin humanitar sahədə pozulmuş hüquqlarının qorunmasını əhatə edirdi.


- Ermənistan-Azərbaycan münqaşəsi Dağlıq Qarabağ ətrafından başqa, Azərbaycanın digər bölgələrində də insanların təhlükəsiz yaşamaq kimi humanitar hüquqlarının pozulmasına səbəb olub. Bu mənada təklif edilən dəyişiklik onların da humanitar sahədə hüquqlarının qorunmasını, yəni işğalçı Ermənistanın siyasətinin qəbul olunmazlığını əhatə edirdi.


- Dəyişiklikdə münaqişə zonası ilə yanaşı, “ərazilərin işğal olunması” termininin öz əksini tapması Azərbaycan ərazilərinin işğal olunması faktını bir daha vurğulayırdı.


- Ərazilərin işğal olunması nəticəsində humanitar sahədə hüquqları pozulmuş insanların hüquqlarının qorunmas və bərpa edilməsi – onların daimi yaşadıqları ərazilərə geri dönməsi anlamına gəlir ki, bu da işğala son qoyulmasına çağırış demək idi.

- Qətnamə layihəsində beynəlxalq hüquq normalarını pozaraq, digər ölkələrin ərazilərini işğal edən, ordakı şəhələri xarabalıqlara çevirən ölkələrlə təcili surətdə işğal olunmuş ərazilərin qanuni sakinlərinin hüquqlarının bərpa olunmasına çağırış da öz əksini tapmışdı.


Komitədə müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin sayının çox olması və qətnamə layihəsinin müəllifinin də Azərbaycanın mövqeyini dəstəkləməsi dəyişikliyin əleyhinə çıxan Ermənistan nümayəndə heyətini geri çəkilməyə məcbur etdi. Və beləliklə Azəbaycanın təklif etdiyi dəyişiklik qətnamə layihəsinə yekdilliklə qəbul edildi və ATƏT PA-nın Yekun Deklarasiyasında öz əksini tapdı.

 

Tahir Mirkişili

ATƏT Parlament Assambleyasında

Nümayəndə heyəti rəhbərinin müavini

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51