Modern.az

Deputat: Türkiyə Amerikanı qıcıqlandırmamaq üçün S-400-ləri Naxçıvada yerləşdirə bilərdi 

Deputat: Türkiyə Amerikanı qıcıqlandırmamaq üçün S-400-ləri Naxçıvada yerləşdirə bilərdi 

15 İyul 2019, 13:59

Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin komponentlərinin bir hissəsi artıq Türkiyədə gətirilir.

 

ABŞ Türkiyəyə “Patriot” raket sistemini satmaqdan imtina etdikdən sonra Türkiyə Rusiya istehsalı olan S-400 zenit-raket kompleksini almağa qərar verdi. Bir müddət əvvəl Türkiyənin bu raket sistemlərini Azərbaycan ərazisində yerləşdirməsi ilə bağlı iddialar var idi. Bəs görəsən Türkiyənin aldığı S-400-lər Azərbaycanın da müdafiəsi üçün istifadə edilə bilər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, Türkiyənin S-400 almasının Azərbaycana bilavasitə təsiri yoxdur.

 

“Türkiyə həmin kompleksləri birtərəfli qaydada Naxçıvanda yerləşdirə bilməz.  Ona görə ki, həmin silahlar satılan zaman müqavilədə, silahların satıcının razılığı olmadan başqa yerlərdə yerləşdirməyin qadağan olunduğu qeyd olunur. Yəni Rusiya buna razılıq verməlidir.

 

Türkiyə Amerikanı qıcıqlandırmamaq naminə həmin silahları Naxçıvanda yerləşdirə bilərdi.

 

Oradan həm Türkiyə ərazilərini, həm də Azərbaycan ərazilərini qorumaq olardı. Ancaq bunlar hamısı fərziyyədir. Azərbaycan Türkiyənin ərazisindən kimdən qoruna bilər? Rusiyanın satdığı silah Azərbaycanı Rusiyadan qoruyacaq?”

 

R.Musabəyov bildirib ki, həmin silahlar 400 kilometr məsafəni əhatə edir.

 

“Onu Ankarada yerləşdiriblərsə, o, Azərbaycanı qoruya bilməz”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir