Arxiv
23 İyul 2019, 15:13 | AKTUAL
Beş güləşçimiz EYOF-un finalında  

Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır.

 

Modern.az-ın məlumatına görə, yarışın üçüncü günündə son 7 çəki üzrə mübarizə baş tutur. Kənan Heybətov debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısına heç bir şans tanımayan Kənan yarımfinala yüksəlib. Yunan güləşçini də vaxtından əvvəl yenən Heybətov finala çıxıb.

 

Cəbrayıl Hacıyev ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb. Türkiyə pəhləvanını 1 dəqiqə ərzində diz çökdürən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb. Cəbrayıl yarımfinalda İsveçrə idmançısına da güzəştə getməyib.

Elmir Əliyev ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub. Yarımfinalda gürcü rəqibini "tuşe" ilə devirən həmyerlimiz adını finala yazdırıb.

Xasay Həsənli ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan Həsənli finala yüksəlib.

Birgül Soltanova startda Rusiya güləşçisinə uduzub.

 

Elnurə Məmmədova gərgin keçən qarşılaşmada macar rəqibindən üstün olub. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan Elnurə finala adlayıb.

Nigar Mirzəzadə yarışa alman rəqibini yenməklə başlayıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Nigar britaniyalı güləşçiyə rahat qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Qeyd edək ki, medal qarşılaşmaları saat 16:00-da başlayacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib 13 İyul 2020, 10:16 Bərdə sakini həmkəndlisini ov tüfəngi ilə GÜLLƏLƏDİ 13 İyul 2020, 10:04 Bakıda soyğunçuluq 13 İyul 2020, 09:46 Neft yenidən ucuzlaşdı 13 İyul 2020, 09:40 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı 13 İyul 2020, 09:34 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 13 İyul 2020, 09:28 Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya gəlir 13 İyul 2020, 09:22 Ordumuzun baş leytenantı ŞƏHİD OLDU 13 İyul 2020, 09:16 Bakıda sex yandı, yaralanan var 13 İyul 2020, 09:10 Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirdi - VİDEO 13 İyul 2020, 09:04 Ombudsmandan cəbhədəki təxribatla bağlı AÇIQLAMA 13 İyul 2020, 09:00 Qocaman jurnalist dünyasını dəyişib 13 İyul 2020, 08:50 Bu ölkədə koronavirusa görə alkaqol satışına qadağa qoyuldu 13 İyul 2020, 08:39 Azərbaycanın görkəmli memarı vəfat edib 13 İyul 2020, 08:37 Türkiyədən qardaş dəstəyi - “Azərbaycanın yanındayıq" 13 İyul 2020, 08:22 Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ 13 İyul 2020, 08:00 Tovuz təxribatının baiskarı olan erməni general - FOTO 13 İyul 2020, 05:08 “Düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görülür” - Müdafiə Nazirliyi 13 İyul 2020, 01:06 Şəhidlərimizin cənazəsi alqışlarla qarşılandı - VİDEO 13 İyul 2020, 00:47 Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - RƏSMİ 13 İyul 2020, 00:26 Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır 13 İyul 2020, 00:24 Motosiklet yolu keçən qadını vurub öldürdü 13 İyul 2020, 00:13 Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO 12 İyul 2020, 23:53 Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB 12 İyul 2020, 23:36 Tovuz sakinlərindən ordumuza dəstək - FOTO 12 İyul 2020, 23:07 DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb 12 İyul 2020, 22:41 Üç şəhidimizin ad-soyadı AÇIQLANDI 12 İyul 2020, 22:26 Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR 12 İyul 2020, 22:23 “Ordumuz düşmənə layiqli cavabını verməli idi və verdi” - Jalə Əliyeva 12 İyul 2020, 22:16 Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu 12 İyul 2020, 22:04 Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini 12 İyul 2020, 21:48 Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO 12 İyul 2020, 21:31 Yaponiyada virusa yoluxanların sayı artır 12 İyul 2020, 21:23 “Hər birinizi əmin edirəm ki, düşmənə ağır zərbə vurulub” - Qənirə Paşayeva 12 İyul 2020, 21:09 Bakıda iki dost güllələndi 12 İyul 2020, 20:53