Arxiv
14 Avqust 2019, 13:41 | ANALİTİKA
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR

“Azərbaycan və İran prezidentlərinin son telefon danışığı ondan xəbər verir ki, Moskvada üçlü – Rusiya, Azərbaycan və İran zirvə görüşünün təxirə salınmasının səbəbkarı nə Bakıdır, nə də Tehran”.

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O xatırladıb ki, Moskvada Azərbaycan və İran prezidentləri ayrıca görüşməli idilər və bunun anonsu günlər öncədən verilmişdi:

“Onlar bu görüşdə maraqlı idilər, ancaq onlardan asılı olmayan səbəbdən (Kremlin elan etdiyi “texniki səbəb”) görüş baş tutmadı. Ona görə də İran və Azərbaycan prezidentləri heç olmazsa telefonla fikir mübadiləsi aparmağa ehtiyac duydular.

Amerikanın ağır sanksiyalarının təsiri altında olan İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığa daha artıq əhəmiyyət verməyə başlayıb. Bunu İran prezidenti Həsən Ruhaninin azərbaycanlı həmkarı İlham Əliyevə telefonla söhbətdə işlətdiyi ifadələr də göstərir. İlham Əliyev də əməkdaşlığın inkişafının əleyhinə deyil, tam əksinə, İranı Ermənistanla birgə layihələrdən uzaqlaşdırmaq rəsmi Bakının əsas vəzifələrindən biridir. Sadəcə, Həsən Ruhanin telefonda söylədiyi bir cümlə diqqəti cəlb edir. İkitərəfli təmaslardan məmnuniyyətini dilə gətirən Həsən Ruhani deyib: “İki ölkə arasındakı razılaşmaların yerinə yetirilməsinin sürətləndiriləcəyinə ümid edirəm””.


Elxan Şahinoğlu prezidentlərin danışğındakı pərdəarxası məqamlara da toxunub:

“Hansı razılaşma ləng həyata keçirilir ki, Həsən Ruhani sürətin artırılmasını arzu edir? Bəlkə söhbət Azərbaycanın Rəşt-Astara dəmiryolunun tikintisinə ayırmalı olduğu 500 milyon dollar razılaşmasından gedir?

Amerika İranla bank köçürmələrinə qarşı sanksiyalar tətbiq edir. Ona görə də krediti ayırmaq asan məsələ deyil. Azərbaycanla İran arasında kredit razılaşması ABŞ prezidenti Barak Obamanın dövründə əldə olunub. Həmin dövrdə isə ABŞ-ın İrana qarşı indiki sanksiyaları qüvvədə deyil, əksinə, nüvə razılaşması əldə olunmuş və İran iqtisadi inkişafa ümid edirdi. Donald Trampın prezident seçilməsi ilə bütün razılaşmalar pozuldu. Əlbəttə, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə düşməsində maraqlı olan ölkədir, ancaq bizdən asılı olmayan reallıqlar da yaranıb ki, Tehran bunu nəzərə almalıdır. Bu reallıqlarla hətta bəzən Rusiya hesablaşır. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Məhəmməd Zərif ilə görüşdən bir neçə gün sonra belə ifadə işlətmişdi: “Biz yanğınsöndürən maşın deyilik ki, hər yerə özümüzü çatdıraq”. Yəni Putin demək istəyirdi ki, əlbəttə, Rusiya İranla tərəfdaşlığına və əməkdaşlığına davam edəcək, ancaq İranı Amerikanın sanksiyalarından qurtara bilməyəcək. Putinin təbirincə desək, Azərbaycan da yanğınsöndürən maşın deyil”.


Xatırladaq ki, Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək Soçi görüşü təxirə salınıb. 

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılmış Sammiti texniki səbəblərə görə başqa vaxta keçirilir”, - deyə D.Peskov bildirib.

 

Görüşün təxirə salınmasından sonra Azərbaycan prezidenti İlham Əliyev və İran lideri Həsən Ruhani arasında telefon danışığı olub. Həsən Ruhani telefon danışığı zamanı Azərbaycanı qardaş ölkə adlandırıb.

“Tehran Azərbaycanla əlaqələrin genişlənməsinə böyük önəm verir. Azərbaycan  bizə dost və qardaş ölkədir və əməkdaşlığımız daha da dərinləşəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qusarda qarlı hava qəzaya səbəb oldu 24 Yanvar 2020, 15:17 Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ! 24 Yanvar 2020, 15:04 ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm” 24 Yanvar 2020, 14:58 AzTU-da yeni şöbə müdiri təyin edildi 24 Yanvar 2020, 14:52 Yardımlı yollarında - FOTO 24 Yanvar 2020, 14:46 “Azneft”də yeni TƏYİNATLAR - FOTO 24 Yanvar 2020, 14:40 Musa Qasımlı görüşlərini davam etdirir - FOTOLAR 24 Yanvar 2020, 14:33 İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb 24 Yanvar 2020, 14:26 İcra başçısı Şağlaser kəndində görüş keçirib - FOTO 24 Yanvar 2020, 14:20 Parlamentdə uşaqlar - Milli Məclis necə olmalı 24 Yanvar 2020, 14:15 Cavanşir Paşazadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 24 Yanvar 2020, 14:09 Polis cərimələnməmək üçün baqajlarını açan sürücülərə görə hərəkətə keçdi - Agentlik cərimələdi 24 Yanvar 2020, 14:02 Çin təhlükəli virusun ilk fotosunu YAYDI 24 Yanvar 2020, 13:56 Eks-prezident ifadəyə vermək üçün məhkəməyə gəldi 24 Yanvar 2020, 13:50 Nazirliyin əməkdaşları qəzaya düşən şagirdlərə baş çəkdilər - FOTO 24 Yanvar 2020, 13:45 BMU məzunu nüfuzlu Vistula Universitetinə qəbul olub 24 Yanvar 2020, 13:39 Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşüb - FOTO 24 Yanvar 2020, 13:33 Nazirlik: “Xəzərdə dalğanın hündürlüyü 3.2 metrə çatıb” 24 Yanvar 2020, 13:28 Xadimə işlədiyi evdən 5000 manatlıq qızıl oğurladı 24 Yanvar 2020, 13:22 Bakılı Leyla Məmmədzadə Dmitri Medvedevlə bağlı AÇIQLAMA VERDİ 24 Yanvar 2020, 13:19 Ziyafət Əsgərov Astaranın daha bir kəndində görüş keçirdi - FOTOLAR 24 Yanvar 2020, 13:18 Giləzi sakinindən döyüş sursatları tapıldı - FOTO 24 Yanvar 2020, 13:12 Sabahdan məktəblərdə qış tətili başlayır 24 Yanvar 2020, 13:11 Bakıya və rayonlara qar yağacaq - 8 dərəcə şaxta olacaq   24 Yanvar 2020, 13:07 Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir - VİDEO   24 Yanvar 2020, 13:01 “Bir” Tələbə-Könüllü proqramı 24 Yanvar 2020, 12:59 "Bakıda bu gün sulu qar yağsa da..." - Nazirlikdən AÇIQLAMA 24 Yanvar 2020, 12:57 Maliyyə Nazirliyindən QHT-lərə xəbərdarlıq  24 Yanvar 2020, 12:51 Polis məktəbdə uşaq oğurlamaqda ittiham olunan qadını tapdı - YENİLƏNİB - FOTO 24 Yanvar 2020, 12:51 Mingəçevirdə həbs olunanlar var - Baş Prokurorluqdan AÇIQLAMA 24 Yanvar 2020, 12:45 Türkiyə Avropa Birliyindən 6 milyard avro TƏLƏB EDİR 24 Yanvar 2020, 12:42 Nəsiman Yaqublu Nizami rayonunda seçicilərlə görüşüb - FOTO 24 Yanvar 2020, 12:40 Sevinc Orucova “Azərbaycan naminə” müsabiqəsindən danışdı 24 Yanvar 2020, 12:35 Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur - FOTO   24 Yanvar 2020, 12:28 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-da Azərbaycan xalçalarının sərgisi açılacaq  24 Yanvar 2020, 12:22
SORĞU Yeni parlamentdə kimlər olsun?