Arxiv
22 Avqust 2019, 14:36 | İQTİSADİYYAT
Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Cari ildən hüquqi şəxslərin elektron qeydiyyatının sadələşdirilməsi ilə elektron imza olmadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı imkanının yaradılması bu xidmətdən istifadə edənlərin sayının sürətlə artması ilə nəticələnib.

 

Modern.az xəbər verir ki, bu ilin 7 ayında Azərbaycanda 7.116 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb və onlardan 6.167-si elektron qeydiyyat xidmətindən istifadə ediblər. Hesabat dövründə elektron qeydiyyatdan keçənlərin xüsusi çəkisi artaraq 86,7 faizə yüksəlib.

İlin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və həmin sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə zərurət olmur. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə İnternet Vergi İdarəsində "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı" (elektron imza olmadan) təlimatı yerləşdirilib.

 

Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Bütün bunlar vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07 “Çaylarda zərərli maddələrin miqdarı normadan artıqdı” 18 Sentyabr 2019, 17:03 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu 18 Sentyabr 2019, 16:43 Nazirlik: 250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb   18 Sentyabr 2019, 16:40 “Restoranlarda qiymətlər od tutub yanır” – Araz Əlizadə 18 Sentyabr 2019, 16:34 Xalq artisti Murad Dadaşovun NƏZƏRİNƏ 18 Sentyabr 2019, 16:24 İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar 18 Sentyabr 2019, 16:18