Arxiv
28 Avqust 2019, 09:07 | ANALİTİKA
İmamoğlu - Ərdoğan savaşı başlayır

Şahin Cəfərli,
Siyasi icmalçı

İstanbul Böyükşəhər Bələdiyyəsi AKP-yə yaxın 6 vəqflə (QHT) imzalanmış və bu qurumlara bələdiyyə büdcəsindən maliyyə ayrılmasını nəzərdə tutan protokolları ləğv edib. Bu vəqflərdən ikisi (TÜRGEV və TÜGVA) bilavasitə prezidentin övladları tərəfindən idarə olunur. Oğlan uşaqlarına təcavüz hadisələri ilə gündəmə gələn Ənsar Vəqfi də yardım alan qurumlar arasında olub. İndiyədək bu vəqflərə bələdiyyədən toplam 357 milyon 453 min lirə pul ayrılıb.

Başqa bir qərarla adı çəkilən vəqflər üçün İBB tərəfindən inşa olunan binalar, ofislər, idman obyektləri, avtoparklar onlara verilməyəcək və bələdiyyə balansında saxlanılacaq. Bu tikintilər üçün bələdiyyə 165 milyon lirə xərcləyib.

İmamoğlu-Ərdoğan rəqabəti mövzusunda bu gün yayılan digər məlumat isə son günlərin tətil (istirahət) mübahisələri ilə əlaqədardır. Ərdoğan bir neçə gün əvvəl İstanbuldakı sel zamanı İmamoğlunun tətildə olduğunu söyləyərək onu qınamış və bildirmişdi ki, özü istər bələdiyyə başqanlığı zamanı, istərsə də prezidentlik dövründə tətilə getməyib. Lakin İBB-dən mediaya ötürülən informasiyaya əsasən Ərdoğan 55 aylıq (4 il 7 ay) bələdiyyə başqanlığı dövründə 10 ay (302 gün) müxtəlif səbəblərdən (tətil, ezamiyyət, həkimdən arayış və s.) işdə olmayıb.

Əslində hazırda Türkiyə siyasətində qəbul olunan qərarlara, atılan addımlara, səslənən bəyanatlara növbəti prezident seçkiləri kontekstində yanaşmaq lazımdır. Baş verənlər qarşıdakı (erkən də ola bilər) seçki kampaniyasının prelüdiyasıdır. İmamoğlu ciddi xətalara yol verməsə və 23 iyun öncəsində onun ətrafında formalaşmış rəsmi və qeyri-rəsmi ittifaqlar (Millət İttifaqı + kürdlər) qorunub saxlanılsa, Ərdoğan qarşısında ən güclü namizəd o olacaq. (CHP-də M.İncənin də iddiası var.) Hökumətin HDP-li 3 böyükşəhər bələdiyyə başqanını vəzifədən kənarlaşdırması da məhz bu ittifaqları parçalamağa yönəlib və terrorla mübarizə ilə əlaqəsi yoxdur. Yaxşı düşünülmüş gedişdir:

- Əvvəla, aydındır ki, millətçi İyi Parti bu qərara qarşı çıxmayacaq, çünki əks təqdirdə, partiyanın bölünməsi riski realdır. (İyi Parti daxilində 2 qrupun - mərkəzçilərin və radikal millətçilərin mübarizəsi var və Meral Akşener partiyanın bütövlüyünü çətinliklə qoruyur.)

- İkincisi, plan belədir ki, CHP çətin seçim qarşısında qalsın: qərara sərt və birmənalı şəkildə etiraz etsə, HDP ilə eyni cərgədə dayanmış olacaq, bu isə nəinki İyi Partinin, CHP-nin öz içərisindəki ulusalcıların da dəstəyini itirmək riski yaradır. Yox, etiraz etməsə, bu, növbəti seçkilərdə HDP seçicilərindən dəstək ala bilməmək mənasına gəlir. Yəni Ərdoğan və Bahçelinin hesablamaları belədir ki, CHP hansı addımı atsa, vəziyyətdən itki ilə çıxır.

İndi Cumhur İttifaqının da, prezident Ərdoğanın da reytinqi 50%-in altındadır. İtkiləri kompensasiya etmək üçün milliyyətçi-mühafizəkar kəsimləri təkrar bir araya gətirməyə ehtiyac var. Əvvəlki kimi, toplumu sağ-sol zəminində qütbləşdirmək effekt vermir, həm Millət İttifaqı, həm də daha dərin səbəblər (məsələn, nəsil dəyişikliyi) bu siyasəti pozur. Ona görə də yeni qütbləşdirməni "terrora qarşı olanlar - terrorun yanında yer alanlar" zəminində yaratmağa cəhd edirlər. Bununla yuxarıda qeyd etdiyimiz məqsədlərdən əlavə, AKP daxilində səfləri sıxlaşdırmaq və yeni partiyanın (Gül-Babacan) bu hovuzdan pay götürməsini əngəlləmək də nəzərdə tutulur.

Türkiyə müxalifəti yeni sınaq qarşısındadır, amma ağırlaşan iqtisadi böhran iqtidar üçün ciddi başağrısıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:41 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzlətmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?