Arxiv
5 Sentyabr 2019, 14:23 | ANALİTİKA
Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanına səfəri hansı mesajları daşıyır?

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanına səfəri bir sıra məqamlarına görə diqqət çəkir.


Azərbaycanla Krallıq arasında dostluq münasibətləri hər iki ölkənin ümumi mənafelərinə cavab verir. Nüfuzlu beynəlxalq təşkilatlarda Səudiyyə Ərəbistanı Azərbaycanın maraqlarını daim müdafiə edib.  Bu müstəvidə dini əlaqələrdə əməkdaşlıq da problemsizdir.  


Hər il Azərbaycandan minlərlə zəvvar müqəddəs Kəbəni ziyarət etmək üçün Məkkəyə gedir. Bu ziyarətin baş tutmasında Qafqaz Müsəlmanları İdarəsi ilə Krallığın müvafiq nazirliyi arasındakı çoxillik əməkdaşlığa əsaslanan təcrübə durur.  Səudiyyənin dini qurumları ilə Azərbaycan arasında əlaqələr ötən əsrə təsadüf edir. Xoşməramlı və qardaş münasibətlərinə söykənən bu tərəfdaşlığın yaranmasında Qafqaz Müsəlmanları İdarəsi mühüm rol oynayıb.


QMİ sədri Allahşükür Paşazadənin Səudiyyəyə səfəri bu baxımdan əlaqələrin davamlı inkişafı üçün mühümdür. Səfər protokolunu QMİ sədrinə olan etimadın aynası saymaq olar.


Səfərin zirvəsi kral Salman bin Əbdüləziz Al Səudun Şeyxülislamla görüşü idi. Bu qəbul təkcə bir din xadiminin deyil, onun timsalında Azərbaycan prezidentinin yürütdüyü tolerantlıq siyasətinə olan etimadın nümayişi saymaq olar. Şeyxülislamla görüşdə təkcə müvafiq dini idarənin rəhbərləri oturmamışdı. Xarici və daxili işlər nazirinin, digər rəsmi post sahiblərinin siyasi təmsilçiliyi Krallığın Azərbyacana, onun bölgədəki roluna və Şeyxə olan münasibətinin göstəricisi idi.


Kral Salman bin Əbdüləziz Al Səud A.Paşazadəyə özünün dostu və qardaşı adlandırdığı Prezident İlham Əliyevin islam həmrəyliyinin möhkəmləndirilməsi uğrunda atdığı nümunəvi addımları alqışladığını deyib. Bu, dövlət başçısının illərdir dünyaya elan etdiyi tolerantlıq və birgəyaşayış prioritetlərinə verilən yüksək qiymətdir.   


Yaxın Şərqdə islam ölkələri içərisində iddialı dövlət olan Səudiyyə bu gün müsəlman dünyasının üzləşdiyi təfriqə və parçalanmanın ağrısını yaşayır.  Böyük güclərin müsəlman dünyasında məzhəb davalarını körükləmək cəhdi  uzağı görən ruhanilərin sayəsində baş tutmasa da,  buna cəhdlər səngimir. Bu baxımdan Azərbaycanın islam dünyasını vəhdətə çağıran mesajları region üçün əməkdaşlıq fürsətlərini yaradır. QMİ sədrinin mövqeyinin Səudiyyə Kralı tərəfindən dəstəklənməsi Azərbaycanın nüfuzunu yüksəltməklə yanaşı, eyni zamanda ölkəni müsəlman dövlətləri arasında birlik ideyasının gerçək müəllifinə çevirir.


Şeyxülislam Kral Salmanla görüşdə bu siyasətin prioritetlərini bir daha xatırladıb və qeyd edib ki, Azərbaycan müsəlmanları bu gün  mənəvi renossans dövrünə qədəm qoyub. Ölkəmizdə başqa dinə qulluq edənlər də öz ibadətlərində azaddır. Bu ilin noyabr ayında Dinlərarası sammitin Bakıda keçirilməsi də məhz Azərbaycana olan beynəlxalq etimaddan xəbər verir.


Burada maraq doğuran məqam sekulyar sistemli Azərbaycanda yürüdlən tolerantlıq siyasəti, hakimiyyətin din və inanca olan yanaşması  idi.  Aparılan danışıqlar göstərdi ki, bu siyasət tam dəstəklənir.


Görüşdə Azərbaycanın ərazi bütövlüyünün Krallıq tərəfindən birmənalı olaraq tanınması, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsinə dəstək  çağırışları ölkəmizə müsəlman dünyasının əsas dövlətlərindən sayılan Səudiyyənin açıq dəstəyi baxımından mühüm mesajdır.

 

Belə səfərlər həmçinin regionda dini təhlükəsizliyi möhkəmləndirən amildir. İnancından asılı olmayaraq, bütün vətəndaşların azad və rahat yaşadığı ölkəmiz zaman-zaman dini öz xəbis məqsədinə çevirərək onu geopolitik döyüşün qırmancına çevrimək istəyən qüvvələrə həddini göstərə bilib.


Bakı müsəlman aləmində bütün inanc qardaşlarına qucaq açmaqla əməli fəaliyyətində məzhəb ayrılıqları üzərində siyasət quranlara layiqli cavabını verib. A. Paşazadənin Səudiyyəyə səfəri   göstərdi ki, Azərbaycan məzhəblərarası münasibətlərin fövqündə dayanmağı bacarır və  din möhtəkirlərinin fitnə saldığı yerlərdə barışdırıcı missiyanı üzərinə götürə bilər. Kralın qəbulunda səslənən birlik mesajları bu baxımdan çox önəmlidir.


Kral Salman Azərbaycanın bu siyasətini dəstəklədiyini bəyan etməklə həmçinin bu tezislərin yürüdülməsində vacib qurumlardan olan QMİ-yə etimadını nümayiş etdirdi.  İlk növbədə səfərin yüksək səviyyədə təşkili, qəbul və diqqət onu göstərir ki, Səudiyyədə Azərbaycanla bağlı əlaqələrdə dini faktor da mühüm detaldır.  Səudiyyə sarayı A.Paşazadənin regionda və ölkədə nufuzunu nəzərə alır və onu çağdaş dünyanı bu gün başına götürmüş dini motivli problemlərin həlli üçün etimad doğuracaq nufuzlu lider hesab edir.


Belə isti qarşılanma göstərdi ki, hər iki dövlət  xaricdən körüklənən hər hansı təfriqə cəhdlərinə rəğmən bir yerdədir və bunun üçün açıq mesaj verdilər.  Bu baxımdan  QMİ sədrinin bu səfəri özünün təkcə dini deyil, həm də ictimai yükü ilə seçilir. 


A.Paşazadənin Kəbə örtüyü hazırlanan fabrikə baş çəkməsi mötəbər qonağa hörmətin təcəssümü oldu.  QMİ sədrinin səfəri Səudiyyənin KİV-lərində geniş işıqlandırıldı və ən nufuzlu media qurumlarında təhlil olundu.


QMİ sədrinin  həmçinin mənzil-qərargahı Məkkə şəhərində yerləşən İslam Aləmi Liqası təşkilatının Baş Katibi Məhəmməd bin Əbdülkərim əl İsa ilə görüşündə maraqlı məqamlarla zəngin oldu. Azərbaycanla İslam Aləmi Liqası arasında uzun illərdən bəri davam edən əlaqələrin həm ölkəmiz, həm də təşkilat üçün qarşılıqlı önəm və fayda daşıdığı, bu münasibətlərin gələcəkdə də davam etməsi perspektivləri görüşdə əsas müzakirə mövzusu olub.


Səudiyyə Bakı ilə münasibətlərdə daim birmənalı mövqe tutub. Burada A.Paşazadənin nüfuzlu islam təşkilatlarında tutduğu mövqeyini,  ölkədə yürüdülən siyasətin beynəlxalq müstəvidə təqdimatı üçün apardığı işi qeyd etməmək olmaz.


Bütövlükdə Səudiyyə Krallığına edilən səfəri uğurlu saymaq olar.


A.Səfərli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Quba yolunda ağır QƏZA - VİDEO 22 Noyabr 2019, 09:56 Nazirlər Kabineti ixtiralarla bağlı yeni qaydanı təsdiq etdi 22 Noyabr 2019, 09:52 Zəhərlənmiş tələbələrdən yeni XƏBƏR  22 Noyabr 2019, 09:29 Azərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi açdı - FOTOLAR 22 Noyabr 2019, 09:27 Erməni snayperlər mövqelərimizi atəşə tutdu 22 Noyabr 2019, 09:25 Tələbələr bizə yad olan “suşi” kimi yeməklərdən istifadə edirlər” - Etibar Əliyev 22 Noyabr 2019, 09:20 Oqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıb 22 Noyabr 2019, 08:39 Moskvadakı Azərbaycan diasporu:  Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır? 22 Noyabr 2019, 08:19 Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatır 22 Noyabr 2019, 00:52 Nadir mavi almaz 14,9 milyon dollara satıldı 22 Noyabr 2019, 00:32 Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı 22 Noyabr 2019, 00:15 Gəncədə məmur komaya düşdü 21 Noyabr 2019, 23:57 Azərbaycan nefti bahalaşdı 21 Noyabr 2019, 23:43 Ad gününüz mübarək, professor! 21 Noyabr 2019, 23:33 Mövludun mübarək, Həsən Məmmədov! 21 Noyabr 2019, 23:30 Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə edildi 21 Noyabr 2019, 23:19 "Ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb" - Mehriban Əliyeva 21 Noyabr 2019, 23:01 Qaladakı qəzada ölən bir ailənin dörd üzvü dəfn edilib - FOTO, VİDEO 21 Noyabr 2019, 22:46 Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59 Bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 20:44 İlham Əliyev AXC-Müsavat dövründən danışdı: “Yalvarırdılar, mən bunun şahidiyəm” 21 Noyabr 2019, 20:29 Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca - VİDEO 21 Noyabr 2019, 20:16 “Erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər”  - İlham Əliyev, YENİLƏNİB     21 Noyabr 2019, 20:00 Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı evdən apardılar 21 Noyabr 2019, 19:55 Ağcabədidə toy karvanında qəza olub, ölən və yaralananlar var – FOTO 21 Noyabr 2019, 19:47 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18