Arxiv
20 Sentyabr 2019, 08:11 | REPORTAJ
Ad günündən sonra şəhid olan leytenant - Hüseyn Əkbərlinin “SON ZƏNG”İ

Modern.az saytında şəhidlərimizlə bağlı olan “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.

 

Rubrikanın növbəti təqdimatı şəhid zabit Hüseyn Əkbərliyə həsr olunur.

 

Arayış: Hüseyn Zakir oğlu Əkbərli 21 iyul 1993-cü ildə Cəlilabad rayonunun Eçara kəndində dünyaya gəlib. 2000-ci ildə birinci sinifə Eçara kənd tam orta məktəbində  başlayıb. 2008-ci ildə 9-cu sinifi bitirərək, Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub və buranı çox yüksək qiymətlərlə, elmi dərəcəylə bitirib. Daha sonra zabit kimi hərbi hissəyə təyinat alıb. Qazax rayonunda – ön cəbhədə yerləşən hərbi hissədə xidmət edib.
Müdafiə Nazirliyinin məlumatına görə, 2017-ci iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 24 yaşlı leytenant Hüseyn Əkbərli şəhid olub. 


Modern.az-ın Hüseyn Əkbərli ilə bağlı suallarını şəhidin qardaşı İzzət Əkbərli və anası Səyyarə xanım cavablandırıb.

 

Şəhidin qardaşı:



“Qardaşım döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib. O, elə bir oğul, elə bir zabit idi ki, əsgərlərini qoruyardı, düşmənlə döyüşə birinci özü çıxardı. Hüseyn uşaqlıqdan vətənpərvər oğlan idi.

Hüseyn həm də ailəcanlı idi, ailə qədri bilən idi. Ümumiyyətlə, şəhidlik zirvəsinə ucalmalı oğul olub. Çünki şəhid olan bütün igidlərimiz sanki seçilmişlər olur”.

Hüseyn Əkbərli sonuncu dəfə doğma kəndinə - evlərinə qardaşı Azərin toyunda iştirak etmək üçün gəlibmiş. 2017-ci il iyulun 11-də qardaşı Azərin toyunu yola verdikdən sonra, ayın 19-da ailə üzvlərilə birgə doğum gününü qeyd edib. Əslində Hüseynin doğum günü iyulun 21-i olsa da, o, ayın 20-də hərbi hissəyə qayıtmalıymış. Buna görə də evdəykən qərara gəliblər ki, onun doğum gününü 2 gün əvvəl qeyd etsinlər.

“İyulun 20-də qardaşımı özüm yola saldım. Bizə sonuncu zəngi də iyulun 28-də oldu. Həmişəki kimi evlə maraqlandı, evdəkiləri soruşub, hal-əhval tutub sağollaşdı. O zəng zamanı çox danışmadıq ”.

 

Söhbətimizin ardını şəhidin anası Səyyarə xanımla davam edirik. Şəhid anası üçün danışmaq çox çətin idi. Dəfələrlə kövrəldi, qəhər onu boğduğundan danışa bilmədi, sonra da göz yaşlarına hakim kəsilə bilmədi:

 


“Hüseyn çox mehriban uşaq idi. O, çox ailəcanlı, valideyn istəyən oğul idi. Bacıya, qardaşa, qohuma-əqrəbaya yardım etməyi sevən, hər kəsin yanında olmağa çalışan oğul idi. Bacılarını xüsusən çox istəyərdi, onları qoruyub-qovlayardı. Orta məktəbi yüksək qiymətlərlə oxudu və öz istəyi il Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu. Düzü, seçdiyi peşəyə mənim könlüm yox idi, amma gördüm özü çox həvəslidi, heç bir şey demədim.
Hüseyn Qazaxda xidmət edirdi, qardaşı də həmin dönəmlərdə Ağstafada əsgərlikdəydi. O, bizi bir dəfə də qoymadı qardaşının yanına gedək. Özü qardaşından muğayət olurdu”.

 

Səyyarə xanım oğlunun son günlərindən qəlbindəki ağrını, acını hiss etdirərək danışır:

 

“İyulun 19-da ad gününü qeyd etdik. Amma sonradan ara söhbətlərindən eşitdim ki, əvvəlcədən doğum günü qeyd etmək uğursuzluq gətirirmiş. Həmin gün həyətdə oturub söhbət edirdik. Soruşdum ki, “ay oğul, erməni ilə sizin aranızdakı məsafə nə qədər olur?”. Dedi ki, hardasa 20 metr. Məni narahatçılıq bürüdü. Dedi ki, “ana, narahat olma”. Sonra üzünü mənə tutub soruşdu ki, “ana, mən şəhid olsam nə  edərsən?”. O qədər pis oldum ki, cavab verə bilmədim, dedim ki, elə demə.
İyulun 20-də Hüseyni hərbi hissəyə yola salanda arxasınca su tökdüm, üzündən-gözündən öpüb yolladım. Tez-tez telefonla danışırdıq. İyulun 29-dan 30-na keçən gecə düşmənlə gedən döyüşdə qəhrəmancasına şəhid oldu”.


P.S. Şəhid ailəsi ilə əlaqənin qurulmasındakı iştiraka görə, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinə təşəkkür edirik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50 Conson Avropa İttifaqından xahiş etdi 20 Oktyabr 2019, 09:27 Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 20 Oktyabr 2019, 09:14 Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15