Arxiv
20 Sentyabr 2019, 15:00 | PARLAMENT
Deputat Rafael Cəbrayılov borc QALMAQALINDAN danışdı: “O adamla dostam” - YENİLƏNİB

Rəfael Cəbrayılov yeni açıqlama yaymaqla haqqında yazılan xəbərlərə münasibət bildirib.

Deputat Modern.az-a göndərdiyi açıqlamada  bildirib ki, son dövrlərdə “ona qarşı iyrənc ləkələmə kampaniyası” gedir:

“Təəssüf edirəm ki, bu iyrənc məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Araşdırma aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir. Son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşlarım, habelə özümlə bağlı reallığa uyğun olmayan məlumatlar müxtəlif saytlarda yayılır. Bu da ondan irəli gəlir ki, bir sıra insanların “mülkiyyətində” olan saytlar var. Bu saytlar əslində heç bir jurnalist fəaliyyəti ilə məşğul olmur, yalnız “sahibinin” iyrənc niyyətlərini həyata keçirmək üçün “vasitə” rolunda çıxış edirlər. Həmin şəxslərin iyrənc məqsədlərinin üzə çıxarılmasına nail olacağam. Mənim və qardaşlarım haqqında yayılan məlumatlara görə təəssüflənirəm. Azərbaycan Respublikasının informasiya məkanında belə informasiya vasitələrinin olmasına təəssüf edirəm. O adamla isə mən dostam və başqa heç nə danışmaq istəmirəm”.

Deputat borclar, hazırkı məhkəmə çəkişmələri və deputat vəsiqəsinin girov qoyulması ilə bağlı suallara cavab verməkdən imtina edib.

***

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

Bu barədə "Report" məlumat yayıb. Məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixində 300 min ABŞ dolları məbləğində borc alıb. Məlumata görə, ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Agentlik bildirib ki, deputat borcu vaxtında ödəyə bilməyib.

“R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub”, deyə yazıda vurğulaıb.

Məlumata görə, borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib.

“Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb”, - “Report” yazıb.


Modern.az saytı məsələ ilə bağlı deputat Rafael Cəbrayılovla əlaqə saxlamağa çalışıb. Hazırda ölkə xaricində olduğunu deyən deputat saytımıza açıqlamasında bu barədə geniş danışmayacağını bildirib:


“Bu tamam başqa məsələdir. O adamla mən dostam. Aramızda anlaşılmazlıq olub, dalaşmışıq. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək.  Bu, "qarantiya məktubu" kimi bir şeydir. Başqa heç nə danışmaq istəmirəm. Susuram”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYA 20 Noyabr 2019, 15:05 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək 20 Noyabr 2019, 15:04 İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı 20 Noyabr 2019, 14:59 Pərviz Şahbazov ABŞ-a gedib 20 Noyabr 2019, 14:54 Ölkədə muzdla işləyənlərin orta aylıq maaşında artım var 20 Noyabr 2019, 14:43 Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ   20 Noyabr 2019, 14:37 Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ 20 Noyabr 2019, 14:30 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 20 Noyabr 2019, 14:23 İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ... 20 Noyabr 2019, 14:16 Azərbaycanda bahalaşma - RƏQƏMLƏR 20 Noyabr 2019, 14:10 Prezident Beynəlxalq Türk Akademiyasının işinə qiymət verdi 20 Noyabr 2019, 14:04 Prezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAM  20 Noyabr 2019, 13:46 Hitlerin doğulduğu ev polis məntəqəsi olacaq 20 Noyabr 2019, 13:45 Bələdiyyə üzvlüyünə namizədlər RƏQƏMDƏ 20 Noyabr 2019, 13:43 AÇ-2020-yə vəsiqə qazanan 20 komanda - SİYAHI 20 Noyabr 2019, 13:38 Musa Quliyev “Şərəf” medalı ilə təltif olundu - FOTO 20 Noyabr 2019, 13:31 İvanişvili 140 milyon dollar İTİRDİ: “Heç vəhşi Rusiyada belə şey olmurdu” 20 Noyabr 2019, 13:25 Qərbi Kaspi Universiteti Prezidentə müraciət edən qadının nəvəsini tanımadı 20 Noyabr 2019, 13:20 Sabahın hava PROQNOZU - Bakıya yağış, rayonlara sulu qar 20 Noyabr 2019, 13:12 Balakəndə narkobaron saxlanıldı - FOTO 20 Noyabr 2019, 13:11 Əfqanıstanda 13 hərbçi güllələndi 20 Noyabr 2019, 13:06 Xaçmaz və Şəkidə 5000 ton toxum emal olunub 20 Noyabr 2019, 12:58 Bələdiyyə seçkilərini müşahidə edəcək beynəlxalq qurumların sayı AÇIQLANDI 20 Noyabr 2019, 12:51 Bakıda qadına əvvəlcə kömək etdi, sonra da pulunu oğurladı - FOTO 20 Noyabr 2019, 12:49 Morlaes yenidən Boliviya prezidenti olmaq istəyir 20 Noyabr 2019, 12:42 Bakıda avtomobillərin parklanması PULSUZDUR - BNA-dan AÇIQLAMA 20 Noyabr 2019, 12:35 8-ci km bazarında əhaliyə iyrənc ət satılırmış - Agentlik reyd keçirib - FOTOLAR 20 Noyabr 2019, 12:29 “Elə bir molladır...” – Xalq artisti gənclərin saqqalından GİLEYLƏNDİ 20 Noyabr 2019, 12:24 DİN əməliyyat keçirib - Külli miqdarda narkotik götürülüb 20 Noyabr 2019, 12:19 BMU-da “Qızıl Payız” tətil proqramı təşkil olunub - FOTO 20 Noyabr 2019, 12:13 “BANM tədris sistemi və infrastrukturu ilə müasir təhsil ocaqlarından biridir” - Səfir 20 Noyabr 2019, 12:10 20 NOYABR – Qarakəndin qara səması... 20 Noyabr 2019, 12:08 Professor Əfqan Abdullayevə Təhsil Nazirliyində vəzifə verildi 20 Noyabr 2019, 12:07 Nazirlik daha 50 ailəyə mənzil verdi 20 Noyabr 2019, 12:06 Mikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinə sədrlik edəcək 20 Noyabr 2019, 12:02