Arxiv
1 Oktyabr 2019, 08:50 | ANALİTİKA
Putinin Ermənistan səfəri və ya Moskva ilə Yerevan arasında ÜÇ PROBLEM

Oktyabrın 1-də Yerevanda Avrasiya Ali İqtisadi Şurasının iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasda Ermənistan baş nazir Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sooranbay Jeenbekov qatılacaq.

 

Paralel olaraq, Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibli iclasında müşahidəçi statusuna malik Moldovanın prezidenti İqor Dodon, İran lideri Həsən Ruhani və Sinqapurun  baş naziri Li Syan Lun da dəvət olunmuş qonaq kimi iştirak edəcək.

 

Yerevanda keçiriləcək iclas ilk növbədə səfəri ətrafında çoxlu müzakirələrin getdiyi Rusiya lideri Vladimir Putinlə bağlıdır. Belə ki, sonuncu dəfə 2016-cı ilin oktybarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti üçün bu ölkəyə gələn Putin, inqilabi proseslər və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra ilk dəfə bu ölkəyə gələcək.
Məhz Nikol Paşinyan hökuməti Putinin vaxtı ilə sıx dostluq etdiyi eks-prezident Robert Koçaryanı həbs etdi. Bu Moskva və Yerevan arasında ciddi böhrana yol açmışdı. Kremlin həbsdə olan Robert Koçaryanı ad günü münasibətilə təbrik etməsi və ona “səbr və dözüm” arzulaması narazılığın açıq müstəviyə keçməsindən xəbər verir.

 

Putinin Yerevan səfəri zamanı həbs olan Robert Koçaryanı da ziyarət etmək üçün israr etməsi və əgər buna icazə alınmazsa, səfərini ləğv edəcəyi də erməni mediasının son aylarda yazdığı xəbərlər arasında idi. Yalnız səfər gününə 6 gün qalmış Kremlin mətbuat katibi Dmitri Peskov səfərin baş tutacağını anons etmişdi.

 

İnformasiya axınındakı mənfi çalar Yerevanla Moskva arasında mövcud olan gərginlikdən xəbər verirdi. Putinin səfərinin Avrasiya İttifaqının iclası ilə yelkunlaşması, cəmi bir neçə saatlıq davam etməsi də bu gərginliyin təzahürlərindən biridir. Belə ki, Putinin Yerevan səfəri Avrasiya Ali Şurasının iclası, baş nazir Nikol Paşinyan və İran lideri Həsən Ruhani ilə qısa görüşləri ilə yekunlaşacaq. Faktiki olaraq, bu qısa səfər Putinin Ermənistana rəsmi səfər etmədiyi anlamına gəlir.

 

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov da təsdiqləmişdi.

“Anlamaq lazımdır ki, bu Ermənistana rəsmi səfər deyil, Avrasiya İqtisadi Birliyinin sammitində iştirakdır”-deyə senator verib.

 

Məsələnin başqa tərəfi, Rusiyanın Ermənistana satdığı qazın qiymətini bahalaşdırması ilə bağlı idi. 2019-cu il yanvarın 1-dən Moskva Yerevana satdığı təbii qazın qiymətini 150 dollardan 165 dollara qədər qaldırmışdı. Son verilən xəbərlərdə 2020-ci il yanvarın 1-dən təbii qazın daha 30 % bahalaşacağı ilə bağlıdır. Paşinyan hökuməti bunun baş verəcəyi halda, ölkədə ciddi sosial narazılığın yaranacağını yaxşı anlayır. Və ona görə hər vəchlə Moskva ilə bu məsələdə dil tapmağa çalışır. Ola bilsin ki, qazın qiyməti ilə bağlı məsələ əsas müzakirə mövzularından biri olsun.

“Hələlik danışıqlar gedir və qazın qiyməti ilə bağlı yekun qərarı gözləmək lazımdır” – deyə Rusiyanın maliyyə naziri Anton Siluanov açıqlama verib.

 

Amma Koçaryan və qazın qiyməti ilə bağlı fikir ayrılıqları Moskva və Yerevan arasında tək problem deyil. Ermənistandan Rusiyaya məhsulların daşındığı və Gürcüstandan keçən yeganə yol – Yuxarı Lars gömrük keçid məntəqəsində yük maşınlarının saatlarla növbə gözləməsi də ciddi problemlərdən biri sayılır. Son 1 həftədə 500-dən artıq yük maşınının bu yolda yığılması ciddi narazılıq doğurub.

 

Ümumilikdə, Yerevanla Moskva arasında istər iqtisadi, istərsə də siyasi səviyyədə ciddi fikir ayrılıqları var. Putinin qısa Yerevan səfəri isə çətin ki bu zidiyyətləri aradan qaldıra bilsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Beynəlxalq Türk Akademiyasının prezidentini qəbul edib 20 Noyabr 2019, 14:04 Prezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAM  20 Noyabr 2019, 13:46 Hitlerin doğulduğu ev polis məntəqəsi olacaq 20 Noyabr 2019, 13:45 Bələdiyyə üzvlüyünə namizədlər RƏQƏMDƏ 20 Noyabr 2019, 13:43 AÇ-2020-yə vəsiqə qazanan 20 komanda - SİYAHI 20 Noyabr 2019, 13:38 Bolqarıstanın spikeri azərbaycanlı deputata medal verdi - FOTO 20 Noyabr 2019, 13:31 İvanişvili 140 milyon dollar İTİRDİ: “Heç vəhşi Rusiyada belə şey olmurdu” 20 Noyabr 2019, 13:25 Qərbi Kaspi Universiteti Prezidentə müraciət edən qadının nəvəsini tanımadı 20 Noyabr 2019, 13:20 Sabahın hava PROQNOZU - Bakıya yağış, rayonlara sulu qar 20 Noyabr 2019, 13:12 Balakəndə narkobaron saxlanıldı - FOTO 20 Noyabr 2019, 13:11 Əfqanıstanda 13 hərbçi güllələndi 20 Noyabr 2019, 13:06 Xaçmaz və Şəkidə 5000 ton toxum emal olunub 20 Noyabr 2019, 12:58 Bələdiyyə seçkilərini müşahidə edəcək beynəlxalq qurumların sayı AÇIQLANDI 20 Noyabr 2019, 12:51 Bakıda qadına əvvəlcə kömək etdi, sonra da pulunu oğurladı - FOTO 20 Noyabr 2019, 12:49 Morlaes yenidən Boliviya prezidenti olmaq istəyir 20 Noyabr 2019, 12:42 Bakıda avtomobillərin parklanması PULSUZDUR - BNA-dan AÇIQLAMA 20 Noyabr 2019, 12:35 8-ci km bazarında əhaliyə iyrənc ət satılırmış - Agentlik reyd keçirib - FOTOLAR 20 Noyabr 2019, 12:29 “Elə bir molladır...” – Xalq artisti gənclərin saqqalından GİLEYLƏNDİ 20 Noyabr 2019, 12:24 DİN əməliyyat keçirib - Külli miqdarda narkotik götürülüb 20 Noyabr 2019, 12:19 BMU-da “Qızıl Payız” tətil proqramı təşkil olunub - FOTO 20 Noyabr 2019, 12:13 “BANM tədris sistemi və infrastrukturu ilə müasir təhsil ocaqlarından biridir” - Səfir 20 Noyabr 2019, 12:10 20 NOYABR – Qarakəndin qara səması... 20 Noyabr 2019, 12:08 Professor Əfqan Abdullayevə Təhsil Nazirliyində vəzifə verildi 20 Noyabr 2019, 12:07 Nazirlik daha 50 ailəyə mənzil verdi 20 Noyabr 2019, 12:06 Mikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinə sədrlik edəcək 20 Noyabr 2019, 12:02 Ermənistan müxalifəti Paşinyanı devirmək üçün Qarabağda TOPLAŞIR 20 Noyabr 2019, 12:00 Prezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? - Bankdan AÇIQLAMA 20 Noyabr 2019, 11:52 Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb 20 Noyabr 2019, 11:45 Bakıda 3 nəfər liftdə qalıb 20 Noyabr 2019, 11:42 Novruz Məmmədov kollektivə TƏQDİM OLUNUB 20 Noyabr 2019, 11:41 MTRŞ ANS televiziyasının tezliyini də müsabiqəyə çıxarır? - AÇIQLAMA 20 Noyabr 2019, 11:31 Rəşad Mahmudov: “Hamı bu keçidin nəticəsini maraqla gözləyir” 20 Noyabr 2019, 11:22 “Ombudsman olmaq fikrində deyiləm” - Tahir Kərimli 20 Noyabr 2019, 11:20 Təhsil müəssisələrində yeni müsabiqə      20 Noyabr 2019, 11:18 “Azərsu”yun rəhbər şəxsləri bölgələrdə vətəndaşları qəbul ediblər - FOTO 20 Noyabr 2019, 11:16