Modern.az

AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı

AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı

Aktual

21 Oktyabr 2019, 18:10

Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda birinci divizionda çıxış edən “Ağsu” klubunun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakına görə araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulması haqda qərar verilib.

 

Adıçəkilən futbolçular bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən oyun alqı-satqısında şübhəli biliniblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır