Arxiv
23 Oktyabr 2019, 13:09 | REPORTAJ
Azərbaycanın yaşlı diplomatları da istefa verəcək? - SİYAHI

Baş Nazirin  keçmiş müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovun  gec də olsa vəzifələrindən azad edilməsi üçün ərizə yazmaları ictimaiyyət tərəfindən də müsbət qarşılanıb.

Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu pensiyaya yola salarkən yaşı 70-i ötmüş vəzifə sahiblərini istefa mədəniyyəti göstərməyə çağırıb.

Ölkə başçısı 71 yaşlı Əli Həsənovla və 75 yaşlı Hacıbala Abutalıbova Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunacağını xatırladıb.


“...daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, - İlham Əliyev vurğulayıb.


Əli Həsənovun və Hacıbala Abutalıbovun ardınca AMEA-nın 85 yaşlı prezidenti Akif Əlizadə  də vəzifədən ayırlması ilə bağlı  istefa ərizəsi yazıb.


Qeyd edək ki, diplomatiya sahəsində də yaşlı kadrlar kifayət qədərdir.


Maraqlıdır, təqaüd yaşını keçmiş diplomatlarımız da istefa verəcəklərmi?


Müstəqil Azərbaycanın Türkiyədə ilk səfiri olmuş Məmməd Əliyev Modern.az-a bildirib ki, diplomatlarla bağlı məsələ bir qədər həssasdır və buna fərdi yanaşmaq vacibdir. Onun fikrincə özündə güc tapmayan diplomat istefa qərarını verə bilər:


“Əgər yaşlı diplomatlar özlərində  güclü iş qabiliyyəti hiss edirlərsə, işləyə bilərlər. Diplomatiyada təcrübənin də xüsusi rolu  var. Adam var  ki, 30-40 ildir diplomatiyadadır, bir neçə dil bilir. Bu da  faktdır. Eyni zamanda, gənclik də diplomatiya sahəsində öz sözünü deməlidir. Hesab edirəm ki, diplomatlara  individual yanaşmaq lazımdır. Diplomatiya spesifik işdir. Burada  həm xarici mühiti, həm də xarici dilləri  bilmək lazımdır. Ancaq kimlərsə özündə güc hiss etmirsə,  mütləq şəxsi qərarlarını verməlidir. Professor, elmlər doktoru  olan səfirlərimiz var ki, səfirlikdən ayrılsalar belə, işsiz qalmayacaqlar, tədqiqatlarını davam etdirəcəklər. Məsələn, mən  diplomatiyadan ayrılsam da, elmi işlərimi davam etdirirəm. Eyni zamanda, xarici işlər nazirinin müavini Hafiz Paşayevi götürək. Vaxtilə səfir kimi fəaliyyət göstərib. Bu gün isə ADA Universitetinə rəhbərlik edir. Səfir kimi çalışmasa da, ADA-da çox böyük işlər görür. Harvard Universitetini Bakıya gətirib. Demək istəyirəm ki, alim səfirlərimiz diplomariyadan ayrılsalar da, daha faydalı işlər görə bilirlər. Hafiz Paşayevin nümunəsi göz qabağındadır”.

Keçmiş səfirin sözlərinə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu kimin əvəz edə biləcəyini ağlına gətirə bilmir: "Çünki Polad Bülbüloğlunun Rusiyada böyük nüfuzu var, rəsmi şəxslər yeri gələndə onunla hesablaşmalı olurlar".

Müsahibimiz Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təcrübəli diplomat olduğunu da vurğulayıb: "Həsən Həsənov hələ Macarıstanda səfir işləyərkən orada həbs olunmuş zabitimiz Ramil Səfərovun işilə bağlı nə qədər əmək sərf etdi. Onun işini başqası o cür görə bilməzdi. Buna görə də yenə deyirəm ki, diplomatlara individual yanaşmaq lazımdır".
 

Modern.az saytı təqaüd yaşını keçmiş bəzi diplomatların siyahısını təqdim edir:


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. 74 yaşı var.


Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 1944-cü ildə anadan olub. 75 yaşı var.


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev 1951-ci ildə anadan olub. 68 yaşı var.


Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov 1951-ci ildə anadan olub. 68 yaşı var.


Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov 1940-cı ildə anadan olub. 78 yaşı var.


Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev 1952-ci ildə anadan olub. 67 yaşı var.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev 1952-ci ildə anadan olub. 67 yaşı var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil Nazirliyindən koronavirus dövründə mühüm addımlar 30 mart 2020, 18:57 “Evdə qal”maqla kömək edək- polislərə və həkimlərə  30 mart 2020, 18:44 Goranboyda dezinfeksiya və maarifləndirmə tədbirləri davam edir - FOTO 30 mart 2020, 18:35 Avstriyadakı azərbaycanlılarla bağlı səfirlikdən SON MƏLUMAT - VİDEO 30 mart 2020, 18:26 Rusiya neftinin 1 bareli 16 dollara satılır 30 mart 2020, 18:17 Regionda Azərbaycan, Ermənistan və koronavirus qalıb - TOFİQ ZÜLFÜQAROVLA #evdəqal SÖHBƏTİ 30 mart 2020, 18:10 Beynəlxalq müşahidəçilər Qarabağdakı qondarma seçkilərə getməyəcək – Ermənilərin növbəti FİASKOSU 30 mart 2020, 18:01 Bu gün İstanbulda azərbaycanlı canlı konsert verəcək 30 mart 2020, 17:55 İlham Əliyev fərman imzaladı 30 mart 2020, 17:50 Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi 30 mart 2020, 17:45 “Facebook”un sahibi jurnalistlərə 100 milyon dollar ayırdı 30 mart 2020, 17:40 Dolların sabaha olan MƏZƏNNƏSİ 30 mart 2020, 17:33 “Bibiheybət yolu"nda bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb - FOTO 30 mart 2020, 17:30 Avropa Komissiyası Azərbaycana yardım paketi ayırdı 30 mart 2020, 17:26 Koronavirus hamilə qadın və bətnindəki körpəni öldürdü 30 mart 2020, 17:20 Türkiyədə hər gün 20 min nəfər koronavirus testindən keçəcək 30 mart 2020, 17:15 Tramp bu gün Putinə zəng edəcəyini AÇIQLADI 30 mart 2020, 17:14 Metropolitendən sərişin sıxlığını aradan qaldırmaq üçün növbəti ADDIM 30 mart 2020, 17:07 Heydər Əliyev Fondu bu müəssisələrə maska və digər qoruyucu vasitələr ayırdı - Video + Fotolar 30 mart 2020, 17:02 Koronavirusun məktubu 30 mart 2020, 16:56 Sumqayıtda xüsusi karantin rejiminin gücləndirilməsinə Daxili Qoşunlar cəlb edildi - FOTO 30 mart 2020, 16:53 Azərbaycan diasporu Ukraynadakı soydaşlarımıza dəstəyi davam etdirir - FOTO 30 mart 2020, 16:48 Fatih Terim xəstəxanadan evə buraxıldı 30 mart 2020, 16:45 Tokio Yay Olimpiadasının yeni tarixi AÇIQLANDI 30 mart 2020, 16:43 Dünyada koronavirus qurbanlarının sayı 35 minə çatdı 30 mart 2020, 16:31 Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu - 11 nəfər sağaldı 30 mart 2020, 16:20 İcra Hakimiyyətinin təşəbbüsü ilə tənha insanlara yardım barədə video hazırlandı - VİDEO 30 mart 2020, 16:14 Daha bir Avropa ölkəsi virusa yoluxma sayına görə Çini geridə qoydu 30 mart 2020, 16:08 Divarın o üzündən gələn səs 30 mart 2020, 15:56 Uşağın koronavirus olub-olmamasını analar ayırd edə bilməzlər - Baş pediatr 30 mart 2020, 15:50 Naftalanda profilaktik tədbirlər davam edir - FOTOLAR 30 mart 2020, 15:40 Netanyahu karantinə alınıb 30 mart 2020, 15:37 Baş nazir bu qaydalara dəyişiklik etdi - QƏRAR 30 mart 2020, 15:35 Jalə Əliyeva maska möhtəkirlərinə QARŞI 30 mart 2020, 15:27 Azərbaycanda karantində 4 085 nəfər var - RƏSMİ 30 mart 2020, 15:25