Arxiv
28 Oktyabr 2019, 09:16 | REPORTAJ
Mənim kəndim: “6-cı sinifdən 10-cu sinfə kimi göyərti satmışam” - Allahverdi Yolçuyevin uşaqlıq XATİRƏLƏRİ

Modern.az saytı kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” rubrikasına davam edir. Budəfəki müsahibimiz ekranlardan görüb tanıdığınız aktyor Allahverdi Yolçuyevdir. Əslən Qərbi Azərbaycanın Pəmbək bölgəsinin Cəlaloğlu mahalından olan tanınmış aktyor uşaqlıq xatirələrindəki unudulmaz anları Modern.az-la bölüşüb.


“Mənim kəndim...”

- Mənim kəndim Gürcüstan bölgəsinə yaxın bir ərazidə yerləşir. Cəlaloğlu mahalı o qədər gözəl idi ki, elə bilirdin bir cənnətdir, yaşıllıqlar qoynuna girmiş doğma kəndim... Kəndimlə bağlı o qədər gözəl xatirələrim olub ki, bəlkə də günlərlə danışsam, bitməz. Təmiz havası, dumanlı dağları, şehli çəmənləri, hər səhər duranda eşitdiyimiz mal-heyvanın səsi, toyuq-cücənin qıqqıltısı bir kino lenti kimi yaddaşıma həkk olunub. Bu cür gözəllikləri necə unutmaq olar? 61 yaşımı haqlamışam, amma yenə də ordakı günlərin həsrətindəyəm, kaş elə bir sehrli çubuq olaydı ki, bir anlıq məni o günlərlə baş-başa qoyaydı. Mənim uşaqlıq illərim çox fərqli keçib. O biri uşaqların həyatına bənzəmir.


“Bizim evdə televizor yox idi...”


- Bir radiomuz vardı, onunla Bakıdan verilən konsertlərə qulaq asırdıq.
Evimizdə televizor yox idi, amma mən uşaq təxəyyülümlə səhnələr uydururdum.  Hardasa  6-7 yaşım olardı, özümə bığ çəkib, başıma əmmamə qoyurdum. Özümü bu sənətə uşaqlıqdan kökləmişdim. Hətta qonşular deyirdi ki, sən gələcəyin aktyoru olacaqsan. İnanın ki, aktyorluq nədir onu belə dərk etmirdim. Elə bil bunu beynimə Allah salmışdı. Ailədə 3 qardaş, 1 bacı idik. Evin sonbeşiyi mən olmuşam. Atam kəndin müəllimiydi. Elə ibtidai sinifi bitirənə kimi müəllimim atam olub. Birincə sinfə gedəndə anam mənə parçadan çanta tikmişdi. Tez-tez yıxılırdım, həm çox nadinc, həm də üzlü uşaq olmuşam. Məsələn, evimizə bir qonaq gələndə onunla oturub danışırdım. Anam məni həmişə danlayırdı ki, “ayıbdır, az danış”. Bizim kənddə kitabxana yox idi, ancaq evimizdən iki kitab tapmışdım, o da hardan gəlib çıxmışdısa, hələ də aydınlaşdıra bilmirəm. Biri “Koroğlu” dastanı, digəri isə “Azərbaycan xalq nağılları” idi.



“Evin ərköyün uşağı idim”

- Anam orta məktəbi bitirməmişdi. Ancaq hərfləri tanıyırdı, özü öyrənmişdi. Bizim odundan düzəldilmiş köhnə taxtımız vardı, hər gecə o taxtda uzanardıq,  evimiz soyuq olurdı. Bir köhnə sobamız vardı, ruslar ona “kerasinka” deyir,  anam onu isidər, bizə maraqlı nağıllar danışardı. Həyətimizdə iki inək saxlayırdıq. Qardaşlarımı hərifləyirdim ki, bu dəfə də siz örüşə gedin, gələn səfər mən gedəcəm. Əslində mənim getməyim ailəyə sərf etmirdi. Çünki hər gedəndə pul istəyərdim, pulsuz heç vaxt getməzdim. Hər dəfə 20 qəpiklə gedirdim. Pulu almasam, addımımı belə atmazdım. Belə bir ərköyün uşaq idim. Evin balacası idim deyə, xətrimə dəymirdilər. Özüdə örüşdən yarımçıq qayıdırdım, yalandan deyirdim ki, başım ağrıyır. Artisliyi o vaxtdan öyrənmişəm. İndiyə kimi yadımdadır, mal otarmağa getmək üçün pencəyim olmadığından, anam mənə adyaldan pencək tikmişdi.

 

“Düşmənin dilini öyrənməyə nail oldum”


- Çox səfalı, gəzməli bir məkan idi kəndimiz. İstirahət etmək üçün yaşıl meşələri, buz bulaqları vardı. Meşədəki hər bir ağacın adını indiyə qədər yadımda  saxlamışam. Tez-tez uşaqlarla meşəyə gedərdik. Əsasən də payız aylarında, kol armudu yığmağa gedirdik.Yığıb gətirərdik, şkaflara doldurardıq. Qışa payızdan tədarük görürdük. O ki şkafın ağzın açırdın ey, xoş qoxu adama ləzzət eliyirdi. O ətri indiyə qədər hələ də tapa bilməmişəm.  
Bizim məhlədə ermənilər də yaşayırdı. Digər tərəfdə də hərbi şəhərcik var idi, ora da ruslar yığışmışdı. Bizim məhləmiz isə lap ortalıqda yerləşirdi. Ancaq mənim onda bəxtim gətirdi ki, həm düşmənin dilini, həm də rus dilini öyrənməyə nail oldum. Düşünürəm ki, düşmənin dilini bilmək daha vacibdi. 1969- cu il idi, ailəmizlə birlikdə Bakıya köçməyə qərar verdik. Bakıda indiki Rəsulzadə qəsəbəsində (köhnə adı Varovski idi) məskunlaşdıq. İnanın ki, evə daxil olan kimi tez də çölə çıxdım. Həm yad gəlirdi, həm də civə kimi bir yerdə  dayanmırdım. Mən çox aktiv uşaq olmuşam. Baxdım ki, yeni evimizin qarşısından 128 nömrəli avtobus keçir, ailəmə demədən avtobusa mindim. Gördüm ki, uşaqlar əllərində üstü şokaladlı dondurma yeyir. Evə gələn kimi valideynlərimə dirəndim ki, mənə də pul verin, dondurma alım. Biz tərəflərdə dondurma yox idi, bəlkə də var imiş, mən xəbər tutmamışam. Axır ki, mən də ilk dondurmamı Bakıda yedim. Bakının havası bizə o qədər isti gəlirdi ki... Həyətimizdə bir çəllək vardı, qardaşımla o çəlləyi su ilə doldurub, içində çimirdik.


“Məni “Qaqarin” çağırardılar”

- Körpə vaxtı tez-tez ağlayardım. Bir rus qonşumuz vardı, adıma Qaqarin deyərmiş. Bu Qaqarin adı nəsə mənə xoş gəlirmiş deyə, o dəqiqə gülümsəyirmişəm. Elə o gündən bu günə adımı Qaqarin deyə çağırırlar. Hətta toyumda da adıma Qaqarin deyiblər. Kənddə olanda iki inək saxlayırdıq. Birinin adı Sonya, o birisinin adı isə Jdanka idi.  Elə bərəkətli inəklər idi ki, hətta elə olurdu  anam qonşulara qatıq-süd də satırdı. Ətrafımız rus, erməni ilə dolu idi. Bir rus qonşumuz vardı, elə gözəl peraşkilər bişirərdi. Bu qadının  da bir key oğlu vardı, baxırdım ki, yenə bişirir  Kolyanı öyrədirdim ki, get hamısını gətir yeyək. Uşaq da evdə nə qədər peraşki var idisə, hamısını mənə gətirirdi.



“On bir yaşımdan  işləməyə başladım”

- Elə bir iş olmayıb ki, çalışmayım. Ailəmizdə  maddi vəziyyət elə də yaxşı deyildi. Atam öz müəllimlik fəaliyyətini davam etdirirdi. Tək maaşla ailə dolandırmaq çətin olurdu. Altıncı sinifdən başlayaraq, düz onuncu sinifə qədər göy-göyərti satdım. Hətta əncir, tum da satmışam. Qazandığım pulu qəpiyinə qədər atama verirdim. Buna baxmayaraq, evimizdən qonaq əksik olmazdı. Atamın bir xasiyyəti vardı ki, evə bir qonaq gəlirdisə, onu çayla yola salmazdı, mütləq idi ki, yemək də yedizdirsin. Hətta elə olub ki, məni qonşuya borc pul dalınca da göndərib. İşləməklə bərabər, dərslərimdən də geri qalmırdım. Orta məktəbi dördüncü sinfə qədər öz kəndimizdə oxudum. Qalan sinifləri isə Binəqədi rayonunda yerləşən 115 nömrəli orta  məktəbdə başa vurdum. Eyni zamanda, Yuri Qaqarin adına Pionerlər evində dram dərnəyinə də gedirdim.  1975- ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun Dram və kino aktyorluğu fakültəsinə daxil oldum. Burda böyük sənətkar Adil İsgəndərovun sinfində təhsil aldım. O zaman  təyinatla Sumqayıt Dövlət Dram teatrında  işləməyə başladım.


“Oğurluğa görə
atam mənə bərk sillə vurdu”
                                                              

- Bir gün işdən qayıdırdım. Gecə vaxtı idi, avtobusdan düşəndə baxdım ki, dayanacaqda qara sellofan torbada nəsə var. Yaxınlaşıb gördüm ki, içindəki kartof və soğandır. O tərəf, bu tərəfə baxdım, heç kim yox idi, torbanı birbaşa evimizə apardım. Evə çatanda atam əlimdəkini gördü. Soruşdu ki, “almısan?”.
Mən də yalan demədim. İlk dəfə mənə bərk sillə vurdu. Kor-peşman necə gətirmişdimsə, eləcı də geri qaytardım.


İ
lk məhəbbət...

- İlk və son məhəbbətim də xalamqızı olub. Biz bir-birimizi altıncı sinifdən istəmişik. Elə oldu ki, biz Bakıya köçdük, xalamqızı isə orda – kəndimizdə  qaldı. Biz tez-tez məktublaşırdıq. Nəhayət qərar verdik ki, evlənək. Hətta toyu da yaşadığımız məhlədə etmişik. Mənim toy maşınım polis maşını olub. Çünki əmimoğlu polis idi, gəlin gətirməyə də maşın olmadığından, onun maşını ilə getdik. O dövrdə belə şeyləri adi qəbul edirdilər. İndiki zəmanədə olsa, maraqla baxardılar.
Artıq “gümüş toy”umuz da olub. “Qızıl toy”umuza hazırlaşırıq. Dörd qız övladım və nəvələrim var. Çox xoşbəxt ailəyik.

 

“Yenidən kəndimizə qayıtsam...”

- Bizim kəndin ərazisi əzəli türk torpaqları idi. Orda çoxlu ocaqlar vardı. Nənəm və babam da o ocaqlarda dəfn olunub. Qəbiristanlıqda bir otaq vardı, içində şamlar-zad yandırardılar. Xüsusi mərasimlər təşkil edərdilər. Həmişə o ocağa gedəndə valideynlərimdən soruşurdum ki, “burda neyləyirlər, bura nədir ki?”. Anam deyirdi ki, “bura ocaqdır, mollalar bura yığışıb mərasimlər keçirir”.
Bax indi o yerlərə gedəsi olsam, öncə qəbiristanlığı ziyarət edərdim. Çünki nənəm və babamın qəbri ordadır. Sonra doğulduğum evə baş çəkər, ordan da bütün məhləni gəzərdim.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ad gününüz mübarək, professor! 21 Noyabr 2019, 23:33 Mövludun mübarək, Həsən Məmmədov! 21 Noyabr 2019, 23:30 Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə edildi 21 Noyabr 2019, 23:19 "Ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb" - Mehriban Əliyeva 21 Noyabr 2019, 23:01 Qaladakı qəzada ölən bir ailənin dörd üzvü dəfn edilib - FOTO, VİDEO 21 Noyabr 2019, 22:46 Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59 Bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 20:44 İlham Əliyev AXC-Müsavat dövründən danışdı: “Yalvarırdılar, mən bunun şahidiyəm” 21 Noyabr 2019, 20:29 Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca - VİDEO 21 Noyabr 2019, 20:16 “Erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər”  - İlham Əliyev, YENİLƏNİB     21 Noyabr 2019, 20:00 Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı evdən apardılar 21 Noyabr 2019, 19:55 Ağcabədidə toy karvanında qəza olub, ölən və yaralananlar var – FOTO 21 Noyabr 2019, 19:47 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37