Arxiv
5 Dekabr 2019, 17:16 | AKTUAL
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.

 

Modern.az xəbər verir ki, cəmi  100  vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə  bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir. 

 

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş, Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və qeydiyyatda olan şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

 

Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il noyabr ayının 18-dən dekabr ayının 18-dək  http://www.mia.gov.az/index.php?/az/content/29799/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını  dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər. 

 

Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir. 

 

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi; 
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün); 
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır. 
«Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları», test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir.  
Əlavə məlumat almaq üçün əlaqə telefonları:  

 

(012) 590-92-37; (012)-590-80-66. (012) 590-93-27;  

(012) 590-93-45; 012) 590-93-64; (012) 590-95-23. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azər Kərimli seçiciləri ilə görüşlərini davam etdirir -FOTOLAR 27 Yanvar 2020, 14:23 Azərbaycan Ordusunun hazırlığı yoxlanılır - FOTO 27 Yanvar 2020, 14:17 Şükürbəyli sakinləri Vüqar Bayramovu böyük sevgi ilə qarşıladı - FOTO 27 Yanvar 2020, 14:10 Məleykə Abbaszadədən dövlət qulluqçularına ÇAĞIRIŞ 27 Yanvar 2020, 14:04 Gəncə seçiciləri Pərvin Kərimzadəni yenidən millət vəkili görmək istəyirlər - VİDEO 27 Yanvar 2020, 14:01 Ceyhun Bayramov hökumətə yeni qanun layihəsi təqdim edib 27 Yanvar 2020, 13:55 Müstəqil namizəd Əkbər Qoşalının görüşündə izdiham yaşanıb - FOTO 27 Yanvar 2020, 13:50 Fəzail Ağamalı növbəti dəfə şəhid ailələləri ilə görüşüb - VİDEO 27 Yanvar 2020, 13:47 Dəhşətli virus Azərbaycana qonşu olan ölkəyə keçdi  27 Yanvar 2020, 13:44 Türkiyədə zəlzələ qurbanlarının sayı 39-a çatdı 27 Yanvar 2020, 13:37 “Qiymət münasib olarsa, formalar da satılar” - Təhsil naziri 27 Yanvar 2020, 13:30 Nazir: “Müəllimlərin sertifikasiyası mərhələli həyata keçiriləcək” 27 Yanvar 2020, 13:24 Qafqazın şərab marşrutu yaradıldı 27 Yanvar 2020, 13:18 Qışda heç belə olmamışdı - Temperatur görün neçəyə qalxdı   27 Yanvar 2020, 13:11 Agentlik “Torqovı”da 60 manata çay verən restoranı nəzarətə GÖTÜRDÜ 27 Yanvar 2020, 13:07 Könül Nurullayevanı daha da yaxından tanıyaq - FOTOLAR 27 Yanvar 2020, 13:01 Bakıya gələn ay 27 müasir zibil maşını gətiriləcək - FOTO 27 Yanvar 2020, 12:58 Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovulub - Ceyhun Bayramov 27 Yanvar 2020, 12:52 Çingiz Qənizadə İmişlidə seçiciləri ilə bir arada - FOTOLAR 27 Yanvar 2020, 12:47 UNEC beynəlxalq reytinqdə liderdir 27 Yanvar 2020, 12:42 Azərbaycan Çinə uçuşları dayandırır - RƏSMİ 27 Yanvar 2020, 12:37 Koronavirus Çindən gətirilən mallarla Azərbaycana keçə bilərmi? - Baş infeksionistdən AÇIQLAMA 27 Yanvar 2020, 12:33 Naziri zəlzələ zonasından gətirilən tələbələrimizin sonrakı aqibətinə aydınlıq gətirdi 27 Yanvar 2020, 12:30 Jalə Əhmədova Salyan camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 12:24 Litvalı jurnalistdən ədalətli mövqe 27 Yanvar 2020, 12:20 Dəhşətli virusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var - Nazir 27 Yanvar 2020, 12:14 Azərbaycanda bu ərazilərdə yeni məktəblər TİKİLƏCƏK 27 Yanvar 2020, 12:09 Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...” 27 Yanvar 2020, 12:02 Çinin koronavirus yayılmış şəhərindəki azərbaycanlı tələbə: “Burdan çıxmağımıza icazə verdilər...” 27 Yanvar 2020, 11:58 Fransa səfiri Bakı Ali Neft Məktəbində 27 Yanvar 2020, 11:54 DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək 27 Yanvar 2020, 11:48 Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri AÇIQLANDI 27 Yanvar 2020, 11:45 Metroda növbəti nasazlıq - Bu dəfə günahkar sərnişinlər deyil 27 Yanvar 2020, 11:44 Məktəblilər üçün avtobuslar təşkil ediləcək 27 Yanvar 2020, 11:40 Ceyhun Bayramov şagird sıxlığı olan məktəblərdən DANIŞDI 27 Yanvar 2020, 11:36
SORĞU Yeni parlamentdə kimlər olsun?