Arxiv
10 Dekabr 2019, 14:21 | DÜNYA
Ermənilərdən ibarət cinayətkar qruplaşmalar Avropanı TƏHDİD EDİR

Almaniyada “Mitteldeutscher Rundfunk Thüringen” teleşirkəti Turingiya federal torpağında erməni mafiyasının fəaliyyətindən yazıb.

 

Modern.az xəbər verir ki, materialda İtaliya mafiyasının stukturunu xatırladan erməni kriminal birliklərinin azı 6 federal torpağa öz təsirini yaydığı vurğulanır.

“Bir-biri ilə rəqabətdə olan bu kriminal strukturların əksəriyyəti fəaliyyətini bütün Almaniya ərazisinə yayıb və Ermənistanda, Belçikada və Fransadakı müttəfiqləri ilə vəhdət halındadır. Almaniya polisi erməni kriminal birliklərinin qanunsuz alkoqol ticarətindən və mərc oyunlarından tutmuş, avtomobil oğurluğu, pul saxtakarlığı və narkotik ticarətinə qədər geniş profilləri əhatə etdiyi söyləyirlər”-deyə materialda vurğulanır.

 

Maraqlıdır ki, hələ 2018-ci il yayında Almaniya Federal Cinayət Polisi 3 ildən artıq davam edən araşdırmasını yekunlaşdıraraq erməni mütəşəkkil cinayətkar birliklərinə qarşı əməliyyat aparıb. Məhkəmələrə 14 işlə bağlı 42 şübhəlinin adı göndərilib.

Almaniyanın təhlükəsizlik üzrə ekspertləri erməni kriminal strukturların yaxşı şəbəkələşdiyini və ciddi maliyyə resurslarına malik olduğunu xəbər verir. Parale olaraq, Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın da yerli ermənilərə diplomatik dəstək göstərməsi, Daxili İşlər Nazirliyi qarşısında onları müdafdiə etməyə cəhd göstərdiyi söylənilir.  

 

Erməni kriminal strukturlarına qarşı analoji əməliyyat 2018-ci ilin yayında İspaniya polisi tərəfindən də həyata keçirilmişdi. Həmin vaxt qanunsuz silah ticarəti, narkotik dövriyyəsi və qumar oyunları ilə bağlı 140-dan çox insan saxlanılmışdı.

2014-cü ilin fevralında isə İtaliyanın Neapol şəhərində polisin saxladığı şübhəli avtomobil saxlamışdı. Avtomobildə 2 italiyalı, 1 rumın və 1 erməni  olub. Məhz adı açıqlanmayan ermənini üzərindən 35 kiloqrama qədər marixuana tapılmışdı.

 

Bu kriminal faktlar toplusu Avropada ermənilərdən ibarət etnik mütəşəkkil cinayətkar qruplaşmaların “Qoca qitə”nin təhlükəsizliyi üçün ciddi təhlükə mənbəyi olduğunu deməyə əsas verir.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qənirə Paşayeva Tovuzun Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07 30 ilin qürür tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir 20 Yanvar 2020, 00:01 Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20
SORĞU Yeni parlamentdə kimlər olsun?