Arxiv
13 Dekabr 2019, 08:37 | MÜSAHİBƏ
Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Cənab səfir, ötən ilin fevralından Misirin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirisiniz. Odlar yurdu Azərbaycan sizdə hansı təəssüratlar yaradıb? Ölkənizə döndüyünüz zaman Azərbaycanı necə xatırlayacaqsınız?


- Mən hələ ki diplomatik missiyamı başa vurmadığıma görə Azərbaycanı necə xatırlayacağımı indidən söyləyə bilmərəm. O ki qaldı təəssüratlara, onlar çox müsbətdir. Bunu mən digər ölkələrin Azərbaycandakı səfirləri ilə görüşlərimdə də vurğulayıram. Azərbaycan çox gözəl ölkədir və burada işləməkdən çox böyük zövq alıram. Azərbaycanda işləmək məndə çox böyük həvəs yaradır. Məmuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan xalqı da çox qonaqpərvər və mehriban xalqdır.



- Azərbaycandan öncə hansı ölkələrdə səfir işləmisiniz?


- Mən səfir fəaliyyətimə ilk dəfə Azərbaycandan başlamışam və bundan çox böyük şərəf duyuram. Diplomat olaraq isə ilk fəaliyyətim Tanzaniyadan başlayıb. Daha sonra Avstriyanın Vyana şəhərində, Suriyanın Dəməşq şəhərində çalışmışam. Diplomatik fəaliyyətim Avstraliyada, sonra isə Belçikada davam edib. Bir şeyi də əlavə edim ki, Azərbaycan Misir üçün çox əhəmiyyətli dövlətdir. Azərbaycana səfir təyin olunmağımı isə çox yüksək qiymətləndirirəm.

Ölkəniz bir çox məsələlərdə çox aktivdirdir və bu da bizə imkan verir ki, daim birgə çalışaq. Burada bir çox tədbirlərin və bu yaxınlarda Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının toplantısının iştirakçısı olmuşam. Həmçinin, Mədəniyyətlərarası forumda iştirak etmişəm. Buradakı fəaliyyətim ərzində ən yaddaqalan məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə görüşüm oldu. Bakıya çatdıqdan 48 saat sonra cənab İlham Əliyev məni qəbul etdi. Bu fakt ölkələrimiz arasındakı əlaqələrin sarsılmazlığının və həmçinin mənim timsalımda İlham Əliyev cənablarının Misirə verdiyi dəyərin göstəricisidir. Cənab Prezidentin bu addımı mənə öz işimə uğurla başlamaqda çox böyük stimul verdi.


- İkitərəfli əlaqələrimizin sarsılmazlığından danışdınız. Bəs siz Misirin Azərbaycandakı səfiri olaraq ikitərəfli əlaqələrimizin inkişafı üçün hansı addımlar atmısınız?


- Bunlardan ən önəmlisi ölklərimiz arasındakı birgə komissiyanın Qahirədə iclasının keçirilməsi oldu. Bundan sonra da bir neçə mühüm yüksək səviyyəli qarşılıqlı səfərlərimiz baş tutdu. Misir parlamentinin vitse-spikeri Azərbaycana səfərə gəldi. Məhz mənim səfir fəaliyyətim ərzində ilk dəfə olaraq Misirdə Azərbaycanlı gənc rəssamların sərgisi keçirildi. İyun ayında Misirin turizm nazirinin Bakıya səfərini qeyd etmək istərdim. O Azərbaycana turizm konfransında iştirak etmək üçün gəlmişdi. Həmçinin, Şarm-əl-Şeyx- Bakı aviareysinin açılması da mənim səfirlik dönəmimdə gerçəkləşdi. Səfir olduğum bu qısa müddət ərzində Misirin Xarici işlər nazirinin Azərbaycana səfəri baş tutdu. Onun Azərbaycan Respublikasının Xarici işlər naziri və bir çox vəzifəli şəxsləri ilə görüşü oldu. Mən ümid edirəm ki, məhz bu görüşlər Misir-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifələr açacaq. Keçən il Şarm-əl-Şeyxdə kinofestival keçirdi. Azərbaycanlı rejissor Bilal Heydərovun “Doğum günü” filmi orada mükafata layiq görüldü. Festivalın açılışında azərbaycanlı ifaçı Dilarə Kazımova çıxış edərək, öz ifalarını Misir ictimayyətinin diqqətinə çatdırdı.
Mühüm addımlardan biri də odur ki, Misir Ərəb Respublikasının Prezidenti Abdel Fəttat Əl-Sissi Çində keçirilən “İpək yolu” konfransında Azərbaycan Prezidenti ilə görüşdü. Misir parlamentinin vitse-spikerini qəbul etdiyi zaman cənab İlham Əliyev məhz iki ölkə rəhbərinin tarixi görüşünü xatırlatdı. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan və Misir prezidentlərinin görüşləri ölkələrarası əməkdaşlığın güclənməsinə öz layiqli töhfəsini verəcək. Səfir olduğum müddət ərzində görülən işlər haqqında çox danışmaq olar, çünki səfirliyimiz Azərbaycanda dayanmadan fəaliyyət göstərir və hər gün yeni əlaqələrin qurulması üçün addımlar atılır.


- Bu yaxınlarda Şarm-əl-Şeyxdə “Dünya gənclərinin forumu” keçiriləcək. Forumda azərbaycanlı gənclər hansı sayda iştirak edəcək?


- Biz əlimizdən gələni edirik ki, forumda iştirak edəcək azərbaycanlı gənclərin sayı daha çox olsun. Azərbaycandan 20 gənc dekabr ayında Misirdə keçiriləcək “Dünya gənclər formu”na  qatılacaq. Çünki orada hər dövlətə müəyyən sayda yer ayrılır və məhz o sayda gənclər seçilir.


- Forumda iştirak edəcək gənclər hansı kriteriyalarına görə seçilirlər? Seçimlər Misirin Azərbaycandakı səfirliyi, yoxsa Misir dövləti tərəfindən aparılır?


- Təəssüf ki, seçimləri səfirliyin etmək imkanı yoxdur. Seçimlər məhz forumun təşkilat komitəsi tərəfindən Misirdə “onlayn” şəkildə aparılır. Səfirliyin verdiyi dəstək odur ki, foruma seçiləcək iştirakçıların sayı artırılsın.


- Azərbaycanlı gənclər Misirdə keçirilən beynəlxalq forumlar, yarışlar, mədəni və elmi konfranslar haqqında hardan məlumat ala bilərlər?


- Bu barədə səfirliyimizdən məlumat ala bilərlər. Əgər bizə dövlətimiz tərəfindən təkliflər gəlirsə, dərhal onu elan etməyə çalışırıq. Mən öz fəaliyyətimdə gənclərə xüsusi önəm verirəm. Çünki gənclik nə qədər güclü olsa, ölkə də bir o qədər güclü olar. Misir gənclərinin bununla bağlı bilik və təcrübələrini Azərbaycan gəncləri ilə bölüşməsində çox maraqlıyam.



- Bayaq qeyt etdik ki,  Bakı-Şarm-əl-Şeyx
birbaşa aviareysi açıldı. Hazırda birbaşa uçuşlar davam edirmi?


- Bu uçuşların açılması Misirin Turizm nazirinin Azərbaycana səfəri dövrünə təsadüf edib. Bir neçə ay birbaşa uçuşlar davam etdirildi. Hazırda isə mövsümlə və sərnişinlərin sayının az olması ilə əlaqədar olaraq birbaşa uçuşlar müvəqqəti dayandırılıb.


- Bəs Misirə səyahət etmək istəyən Azərbaycan vətəndaşları vizaları necə əldə edə bilərlər?


- Vizaların verilməsi çox asan prosesdir. Vizaları səfirliyimizdən əldə etmək olar, onların verilməsi xeyli asanlaşıb. Qısa bir müddət ərzində müəyyən edilmiş rüsumu ödəməklə Misirə viza almaq mümkündür.


- Diplomatik pasporta sahib olan vətəndaşlar Misirə səyahət zamanı sıravi şəxslər kimi viza alırlar?


- Artıq bu ildən diplomatik pasporta malik olan hər iki ölkə vətəndaşları vizadan azad edilib. Onlar istədikləri vaxt Misirə və Azərbaycana səyahət edə bilərlər. Bu, hər iki ölkənin inkişafına və əlaqələrin möhkəmlənməsinə doğru atılan ən mühüm addımdır. Ölkəmiz vizaların verilməsi ilə bağlı şərtləri xeyli yüngülləşdirib. Bu da öz növbəsində gəlirlərin artmasına və əcnəbi turistlərin Misirə səyahətinə kömək edən ən başlıca amildir.


- Yeri gəlmişkən, hazırda Misir Ərəb Respublikasının əsas gəlir mənbəyi nədir?

- Misir iqtisadiyyatı çoxşaxəlidir. Ölkənin əsas gəlir mənbəyi turizm və sənaye sahəsidir. Süveyş kanalı və kənd təsərrüfatı da əsas gəlir mənbələrimizdən sayılır. Xaricdə yaşayan misirlilərin ölkyə köçürdüyü məbləğ 25 milyard dollardan çoxdur.  Bu isə bəzi ölkələrin ümumi büdcə göstəricilərini xeyli üstələməkdədir.


- Cənab İbrahim, sirr deyilsə, Misirin turizmdən əldə etdiyi illik gəlirin məbləği nə qədərdi?

-
Rəsmi göstəricilərə görə 12 milyard dollardı, lakin düşünürəm ki, bundan da artıq ola bilər. Süveyş kanalından olan gəlirimiz isə 6 milyard dollar təşkil edir. Bununla yanaşı, Misirdə istehsal olunan mallarımız da çox çeşidlidir. Hansı mallar ki, sırf turizm sektorunun inkişafı üçün istehsal olunur, onlar əcnəbi turistlər tərəfindən alınmaqdadır. Əcnəbilərin Misirə yatırdıqları illik investisiya 11 milyard dollar təşkil edir. Bu da öz-özlüyündə Misirə olan inamı əks etdirir.



Leyla ŞAH

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus insandan heyvana keçdi 4 Aprel 2020, 01:20 KİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcək 4 Aprel 2020, 00:54 158 170 nəfərin evdən çıxma icazəsi TƏSDİQLƏNDİ 4 Aprel 2020, 00:36 Həkimin koronavirusun dərmanı ilə bağlı təklifi dünyanı silkələdi - VİDEO 4 Aprel 2020, 00:19 Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST 4 Aprel 2020, 00:01 Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü 3 Aprel 2020, 23:45 Bu şəxslər karantin dövründə də avtomobillə sərbəst hərəkət edə biləcək 3 Aprel 2020, 23:29 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi 3 Aprel 2020, 23:13 Maska qıtlığının səbəbi AÇIQLANDI 3 Aprel 2020, 22:54 "Azəriqaz"ın rəhbəri: "Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır" 3 Aprel 2020, 22:37 Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək 3 Aprel 2020, 22:22 Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQ 3 Aprel 2020, 22:06 Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi 3 Aprel 2020, 21:37 “Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov 3 Aprel 2020, 21:24 İtaliyada koronavirus qurbanlarının sayı 14 681-ə çatdı 3 Aprel 2020, 21:11 Azərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI 3 Aprel 2020, 20:47 Türkiyədə koronovirusdan bir gündə 69 nəfər öldü 3 Aprel 2020, 20:35 İranda koronavirusa yoluxanların sayı artır 3 Aprel 2020, 20:18 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu onlayn rəsm müsabiqəsi keçirir 3 Aprel 2020, 20:03 ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin! 3 Aprel 2020, 19:13 Tanınmış jurnalistə ağır itki üz verib 3 Aprel 2020, 18:36 “Azercell” təhlükəsizlik tədbirlərini gücləndirir 3 Aprel 2020, 18:18 Həkimlərin ailəsi necə qorunur? - Deputat: “Tibb işçilərinə ayrıca yer ayrılsın 3 Aprel 2020, 18:13 Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi 3 Aprel 2020, 18:05 Kamran Əliyev:Jurnalistin öz şəxsi maşını ilə işə getmələrinə məhdudiyyət yoxdur” 3 Aprel 2020, 17:59 Dolların MƏZƏNNƏSİ açıqlandı 3 Aprel 2020, 17:55 Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi 3 Aprel 2020, 17:54 Başıbəlalı “Corona” pivəsinin istehsalı dayandırıldı 3 Aprel 2020, 17:42 “Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib 3 Aprel 2020, 17:36 Spikerin son SƏRƏNCAMI Milli Məclisin nüfuzunu özünə qaytaracaq - “Gül balalar” yola salınır 3 Aprel 2020, 17:30 Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO 3 Aprel 2020, 17:24 Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş - FOTO 3 Aprel 2020, 17:17 “Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur” - Anar Hüseynov 3 Aprel 2020, 17:16 Sosial izolyasiya ailədaxili zorakılığı kəskin artırıb – PROBLEM 3 Aprel 2020, 17:13 Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub” 3 Aprel 2020, 17:10