Arxiv
13 Yanvar 2020, 16:14 | ANALİTİKA
Ermənistan, Koreya, Estoniya... – Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR   

Konstitusiya ölkənin ali qanunlar toplusu kimi istər vətəndaş, istərsə də dövlət üçün çox böyük əhəmiyyət kəsb edir. İctimai həyatı qaydalara uyğun idarə etməyə imkan verən, dövlətlə vətəndaş arasında tənzimləyici rol oynayan və fərdin cəmiyyətdə yerini müəyyənləşdirən Konstitusiya bəzən qalmaqallı maddələri ilə diqqət cəlb edir.

 

Bəzi ölkələr ərazi iddialarını ölkə Konstitusiyasına da daxil edir.

Modern.az qonşu ölkəyə ərazi iddialarını Konstitusiya sənədində rəsmiləşdirən ölkələrin siyahısını təqdim edir.

 

Ermənistanın Türkiyəyə ərazi iddiaları

Ermənistan 100 ildən çoxdur ki, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Rəsmi Yerevan Türkiyənin 6 vilayətinin “Qərbi Ermənistan” ərazisi adlandırır. Türkiyə torplaqlarına birbaşa ərazi iddiaları olmasa da, buna işarə vuran bəndlər var.

 

İlk növbədə, söhbət Ermənistanın 1990-cı il avqustun 23-də qəbul etdiyi “Ermənistanın müstəqilliyi barədə Bəyannamə”də öz əksini tapıb. 12 bənddən ibarət bəyannamənin 11-ci bəndi ən ciddi mübahisə doğuran hissədir.

“Ermənistan Respublikası 1915-ci ildə Osmanlı İmperiyası və Qərbi Ermənistanda törədilən “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasına tərəfdir”. Bu cümlə ilk baxışdan diqqət çəkməsə də, bu ifadədə yer alan “Qərbi Ermənistan” ifadəsi Türkiyənin 6 şərq vilayətinə (Ərzurum, Van, Bitlis, Elazığ, Diyarbakır və Sivas) ərazi iddiası nəzərdə tutur.

 

Bu maddə 1995-ci il iyulun 5-də qəbul olunan Ermənistan Konstitusiyasında yer almasa da, 13 maddədə Türkiyə ərazisində yerləşən Ağrıdağının (erm.Ararat) ölkənin dövlət gerbinə təsvir olunduğu bildirilir.   

“Ermənistan Respublikasının Gerbi – mərkəzdə qalxan üzərində Ağrıdağı,  Nuhun gəmisi və tarixi Ermənistanda mövcud olmuş 4 çarlığın gerbi əks olunub”.

 

 

Cənubi və Şimali Koreya: eyni xalq, iki dövlət

 

Konstitusiyalarında ərazi iddiasının rəsmi şəkildə yer aldığı ölkələrə misal olaraq, Cənubi və Şimali Koreyanın adlarını çəkmək olar. 1950-1953-cü illərdə bütöv Koreya yarımadası və xalqı milyonlarla insan həyatını itirdiyi ideloji müharibədən sonra 2 ayrı dövlətə ayrılır - kommunist ideologuiyasının hakim olduğu Şimali Korey Xalq Demokratik Respublikası və kapitalizm yolu seçən Cənubi Koreya respublikası...

1948-ci il iyulun 17-də qəbul olunmuş Cənubi Koreya Konstitusiyası Koreya yarımadasına bütünlüklə iddialıdır. Bu barədə 3 ali sənədin 3-cü maddəsində məlumat var.

“Cənubi Koreya Respublikasının ərazisi bütün Koreya yarımadasınlı və ətraf adaları özünə birləşdirir”.

 

Şimali Koreya isə Konstitusiyasını 1948-ci il sentyabrın 8-də qəbul edib. Sənədin 9-cu maddəsi bütün yarımadanın birləşdirilməsini əsas məqsəd elan edir.

“Şimali Koreya Xalq Demokratik Respublikası yarmıadanın şimalında xalq hakimiyyətini gücləndirməklə və 3 inqilabı – ideoloji, texnoloji və mədəni, həyata keçirməklə sosializmin  tam qələbəsi və yarımadanıln tam birləşməsi üçün mübarizə aparır”.

 

Kiçik Estoniyadan nəhəng Rusiyaya ərazi iddiası

 

Estoniya Konstitusiyasına görə, onun quru sərhədləri Rusiyanın Leninqrad və Pskov vilayətlərinin bir hissəsini  də tərkibinə alır. Belə ki, Konstitusiyanın 122-ci maddəsi bu iddia üçün 1920-ci ildə müstəqil Estoniya dövləti ilə Rusiya arasında imzalanmış Tartus sülh müqaviləsini əsas gətirir. Amma SSRİ-nin tərkibinə daxil olduqdan sonra, Estoniyanın ərazisi kiçilməyə başladı. Əvvəlcə, İvanqorod, sonra isə Peçora rayonları bu ölkənin tərkibindən çıxarılaraq Rusiyanın tərkibinə verildi.

1991-ci ildə Estoniya müstəqillik əldə etdikdən sonra, Sovet İttifaqı dövründə itirilmiş ərazilərin qaytarılmasını tələb etdi və Tartus sülh müqaviləsinin yenidən qüvvədə olduğunu bəyan etdi. Rəsmi Moskva ərazi iddialarını rədd etsə də, iki tərəf arasında sərhədlərlə bağlı yekun sənəd bu günə qədər  imzalanmayıb.

 

  

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Numan Kurtulmuş Gəncədən şəkillər paylaşdı - FOTO 29 İyul 2021, 08:50 Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı   29 İyul 2021, 08:46 Meksikalı jurnalistin Qarabağ təəssüratları 29 İyul 2021, 08:42 Qəbul imtahanında ən yüksək balı o topladı - FOTO 29 İyul 2021, 08:24 Erməni terrorçuların məhkəməsi davam etdirilir 29 İyul 2021, 08:17 Leyla Abdullayeva Oxçuçay fəlakətindən YAZDI 29 İyul 2021, 08:09 Məhəmməd Abdullayev də uduzdu 29 İyul 2021, 08:05 Daha bir cüdoçumuz "Tokio-2020"ni medalsız başa vurdu 29 İyul 2021, 08:02 Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu 29 İyul 2021, 07:25 İsrail polisi 11 yaşlı fələstinlini güllələdi 29 İyul 2021, 01:00 İmişlidə güclü yanğın - FOTO 29 İyul 2021, 00:56 “Qalatasaray” da mübarizəni dayandırdı - ÇL 29 İyul 2021, 00:42 Zelenski ordu rəhbərliyini dəyişdi 29 İyul 2021, 00:31 II və III qrup üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 29 İyul 2021, 00:20 Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı - FOTO 29 İyul 2021, 00:12 Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 29 İyul 2021, 00:01 Xaçmazda şadlıq sarayında bədbəxt hadisə 28 İyul 2021, 23:55 Zərdabda peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO 28 İyul 2021, 23:39 Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR   28 İyul 2021, 23:27 Samuxda toy qaydalarını pozanlar cəzalandırıldı - FOTO 28 İyul 2021, 23:23 Zod yatağında iş dayandı, işçilər və texnika ərazidən çıxarıldı - VİDEO 28 İyul 2021, 23:11 “Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək” 28 İyul 2021, 23:05 "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı 28 İyul 2021, 22:57 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 28 İyul 2021, 22:51 Ukraynada təyyarə evin üstünə düşdü - FOTO 28 İyul 2021, 22:38 Türkiyədə yoluxma sayı kəskin artdı 28 İyul 2021, 22:24 Bakı küləyi "Olimpiakos"un oyunçusuna çətin anlar yaşatdı - VİDEO 28 İyul 2021, 22:10 Goranboyda maşın aşdı - xəsarət alanlar var 28 İyul 2021, 21:57 Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə etdi 28 İyul 2021, 21:43 Diaspor nümayəndələrinin Şuşa səfəri nəyi dəyişəcək   28 İyul 2021, 21:32 Bakıda idman zalında yarış keçirən şəxs saxlanıldı 28 İyul 2021, 21:32 Naxçıvanda ər işləmək istəyən arvadını boşadı 28 İyul 2021, 21:21 Bayden Belarusun müxalifət lideri ilə görüşdü 28 İyul 2021, 21:08 Nyu-York sakinləri peyvənd vurdurmağa görə pul alacaqlar 28 İyul 2021, 20:59 Nazir Bakını tərk edən diplomatla görüşdü - FOTO 28 İyul 2021, 20:48