Modern.az

Ermənistan mətbuatı: Paşinyan Kremlin daha bir favoritini həbsə atmağı düşünür – İDDİA

Ermənistan mətbuatı: Paşinyan Kremlin daha bir favoritini həbsə atmağı düşünür – İDDİA

Dünya

14 Yanvar 2020, 12:47

Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin iclasını keçirib.

Modern.az Ermənistanın “Joxovurd” ( Xalq) qəzetinə istinadən xəbər verir ki, iclasda “Partiyalar haqqında” qanun və partiyanın planlaşdırılan banketindən getsə də, paralel olaraq, eks-milli təhlükəsizlik xidməti direktoru Artur Vanetsyanın mümkün həbsi də müzakirə olunub.

 

Paşinyan idarə heyəti üzvlərinə iclas barədə mətbuata məlumat sızdırmağı qəti qadağan etsə də, müəyyən mənbələr Vanetsyanın dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbsinin müzakirəyə çıxarıldığını vurğulayıb.

 

İclasın ümumilikdə, 2,5 saat çəkdiyi xəbər verilir. Sonda partiya üzvlərinin “Dvin” restoranında bayram şənliyi keçirməsi barədə razılıq olub. Bunun üçün Paşinyan başda olmaqla, partiya üzvlərindən adambaşına 20 dollar pul toplanıb .  

 

Xatırladaq ki, həbsi gözlənilən Artur Vanetsyan Robert Koçaryan və Serj Sarkisyandan sonra Moskvanın Ermənistan siyasi arenasındakı əsas favoriti sayılır.  

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!