Modern.az

Ermənilərin \"Mistik Ölkəm - Aran\" filminin Moskvada təqdimatı təxirə salındı

Ermənilərin \

24 Yanvar 2020, 09:47

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, yanvarın 26-da Moskvada "Pobeda" kinoteatrında baş tutacaq "Mistik Ölkəm - Aran" sənədli-oyun filminin premyerası texniki səbəblərdən təxirə salınıb.

 

Ermənistanın Rusiyadakı səfirliyinin Facebook səhifəsində qeyd olunur ki, filmin təqdimatının vaxtı açıqlanacaq.

 

"Mistik ölkə - Aran" filmi rrməni Apostol Kilsəsinin Artsax Yeparxiyasının yeni açılışının 30 illiyinə həsr edilib.

 

İdeya müəllifi arxiyepiskop Pargev Martirosyan, quruluşçu rejissoru Hrant Movsisyan, baş prodüseri Artur Cəlalovdur.

 

Məlumatda o da bildirilir ki, məhz Azərbaycanın etirazından sonra "Əsrarəngiz Ölkə - Aran" filminin nümayişinin təxirə salınıb.

 

Qeyd edək ki, bundan əvvəl də Qazaxıstanda erməni rejissor Hayk Harutyunyanın "Qərbi Ermənistan, itirilmiş vətən" filminin nümayişi Azərbaycanın bu ölkədəki səfirliyinin tədbirin təşkilatçılarına müraciətindən sonra ləğv olunmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir