Arxiv
3 Fevral 2020, 19:41 | MƏDƏNİYYƏT
Azərbaycanın ən ali mükafatı “Heydər Əliyev” ordeni ilə təltif olunanlar - SİYAHI

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.

 

Xatırladaq ki, “Heydər Əliyev” ordeni ulduzdan, orden zəncirindən və döş nişanından ibarətdir.

Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüş, 999 əyarlı 3,9 qram gümüş, 585 əyarlı 25 qram qızıl, 750 əyarlı 57,4 qram qızıl, 999 əyarlı 6,5 qram qızıl, cəmi 0,83 karatlıq 8 brilyant daş, cəmi 5,3 karatlıq 224 brilyant daş, cəmi 1,37 karatlıq 95 brilyant daş, cəmi 0,23 karatlıq 116 brilyant daş, cəmi 0,032 karatlıq 4 brilyant daş, ümumən 447 brilyant daşdan istifadə olunur.

 

Ölkə qanunvericiliyinə görə, 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi “Heydər Əliyev” ordenidir.

“Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına və əcnəbilərə verilə bilər.

Orden ölkə vətəndaşlarına aşağıdakı hallarda verilir:

– Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;

– Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

“Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.

Əcnəbilərə aşağıdakı hallarda verilir:

– Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;

– Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

– Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

“Heydər Əliyev” ordeninin ilk laureatı Prezident İlham Əliyev olub. İlham Əliyev 28 aprel 2005-ci il tarixində atasının adını daşıyan bu ordenlə təltif olunub və ona “Heydər Əliyev” ordeninin bir nömrəli vəsiqəsi təqdim olunub.

“Heydər Əliyev” ordenini və onun bir nömrəli vəsiqəsini Prezident İlham Əliyevə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim edib.

Ümumiyyətlə, indiyədək 25 nəfər “Heydər Əliyev” ordeninə layiq görülüb.

Modern.az Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni laureatlarının siyahısını təqdim edir:

 

28.04.2005 – İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti (Onun statusuna görə);

29.04.2005 – İhsan Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr və mesenant (Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə). Ordeni aldıqdan az sonra dünyasını dəyişib (93 yaşında).

29.01.2007 – Jak Şirak, Fransa Respublikasının Prezidenti (Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə). 26 sentyabr 2019-cu ildə 86 yaşında vəfat edib.

27.03.2007 – Mstislav Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor (Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə). Ordeni aldıqdan az sonra dünyasını dəyişib (80 yaşında).

21.05.2008 – Viktor Yuşşenko, Ukraynanın keçmiş Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

27.11.2008 – Tahir Salahov, məşhur Azərbaycan və SSRİ rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə);

14.06.2009 – Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin əmiri (Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

02.07.2009 – Lex Kaçinski, Polşa Respublikasının keçmiş Prezidenti (Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə). 10 aprel 2010-cu ildə təyyar qəzasında dünyasını dəyişib.

10.08.2009 – Valdis Zatlers, Latviya Respublikasının keçmiş Prezidenti (Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

18.04.2011 – Trayan Besesku, Rumıniya Respublikasının keçmiş Prezidenti (Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

14.11.2011 – Georgi Pırvanov, Bolqarıstan Respublikasının keçmiş Prezidenti (Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

11.07.2012 – Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti (Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

13.09.2013 – Arif Məlikov, mərhum Xalq Artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə).

11.11.2013 – Abdulla Gül, Türkiyə Cümhuriyyətinin keçmiş Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə ).

17.11.2013 – Viktor Yanukoviç, Ukraynanın keçmiş Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə).

02.09.2014 – Rəcəb Tayyib Ərdoğan, Türkiyə Cümhuriyyətinin Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə).

29.06.2015 – Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti ( Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə).

28.11.2016 – Aleksandr Lukaşenko, Belarus Respublikasının Prezidenti (Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).


26.12.2016 – Zeynəb Xanlarova, görkəmli müğənni, xalq artisti, Milli Məclisin deputatı (Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).

03.04.2017 – Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının qurucu Prezidenti. (Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

20.12.2017 – Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).

18.07.2018 – Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti (Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

10.05.2019 – Xoşbəxt Yusifzadə, Azərbaycanın tanınmış mühəndis-geoloqu,geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə).

06.08.2019 – Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru. (Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə).

23.10.2019 – Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti. (Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə).

03.02.2020 – Polad Bülbüloğlu, Azərbaycanın Rusiyadakı səfiri. (Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə)

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda xüsusi karantin rejiminə nəzarət üçün mobil qruplar yaradılıb 30 mart 2020, 20:01 Təhsil Nazirliyindən koronavirus dövründə mühüm addımlar 30 mart 2020, 18:57 “Evdə qal”maqla kömək edək- polislərə və həkimlərə  30 mart 2020, 18:44 Goranboyda dezinfeksiya və maarifləndirmə tədbirləri davam edir - FOTO 30 mart 2020, 18:35 Avstriyadakı azərbaycanlılarla bağlı səfirlikdən SON MƏLUMAT - VİDEO 30 mart 2020, 18:26 Rusiya neftinin 1 bareli 16 dollara satılır 30 mart 2020, 18:17 Regionda Azərbaycan, Ermənistan və koronavirus qalıb - TOFİQ ZÜLFÜQAROVLA #evdəqal SÖHBƏTİ 30 mart 2020, 18:10 Beynəlxalq müşahidəçilər Qarabağdakı qondarma seçkilərə getməyəcək – Ermənilərin növbəti FİASKOSU 30 mart 2020, 18:01 Bu gün İstanbulda azərbaycanlı canlı konsert verəcək 30 mart 2020, 17:55 İlham Əliyev fərman imzaladı 30 mart 2020, 17:50 Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi 30 mart 2020, 17:45 “Facebook”un sahibi jurnalistlərə 100 milyon dollar ayırdı 30 mart 2020, 17:40 Dolların sabaha olan MƏZƏNNƏSİ 30 mart 2020, 17:33 “Bibiheybət yolu"nda bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb - FOTO 30 mart 2020, 17:30 Avropa Komissiyası Azərbaycana yardım paketi ayırdı 30 mart 2020, 17:26 Koronavirus hamilə qadın və bətnindəki körpəni öldürdü 30 mart 2020, 17:20 Türkiyədə hər gün 20 min nəfər koronavirus testindən keçəcək 30 mart 2020, 17:15 Tramp bu gün Putinə zəng edəcəyini AÇIQLADI 30 mart 2020, 17:14 Metropolitendən sərişin sıxlığını aradan qaldırmaq üçün növbəti ADDIM 30 mart 2020, 17:07 Heydər Əliyev Fondu bu müəssisələrə maska və digər qoruyucu vasitələr ayırdı - Video + Fotolar 30 mart 2020, 17:02 Koronavirusun məktubu 30 mart 2020, 16:56 Sumqayıtda xüsusi karantin rejiminin gücləndirilməsinə Daxili Qoşunlar cəlb edildi - FOTO 30 mart 2020, 16:53 Azərbaycan diasporu Ukraynadakı soydaşlarımıza dəstəyi davam etdirir - FOTO 30 mart 2020, 16:48 Fatih Terim xəstəxanadan evə buraxıldı 30 mart 2020, 16:45 Tokio Yay Olimpiadasının yeni tarixi AÇIQLANDI 30 mart 2020, 16:43 Dünyada koronavirus qurbanlarının sayı 35 minə çatdı 30 mart 2020, 16:31 Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxdu - 11 nəfər sağaldı 30 mart 2020, 16:20 İcra Hakimiyyətinin təşəbbüsü ilə tənha insanlara yardım barədə video hazırlandı - VİDEO 30 mart 2020, 16:14 Daha bir Avropa ölkəsi virusa yoluxma sayına görə Çini geridə qoydu 30 mart 2020, 16:08 Divarın o üzündən gələn səs 30 mart 2020, 15:56 Uşağın koronavirus olub-olmamasını analar ayırd edə bilməzlər - Baş pediatr 30 mart 2020, 15:50 Naftalanda profilaktik tədbirlər davam edir - FOTOLAR 30 mart 2020, 15:40 Netanyahu karantinə alınıb 30 mart 2020, 15:37 Baş nazir bu qaydalara dəyişiklik etdi - QƏRAR 30 mart 2020, 15:35 Jalə Əliyeva maska möhtəkirlərinə QARŞI 30 mart 2020, 15:27