Arxiv
19 Fevral 2020, 12:42 | MƏDƏNİYYƏT
Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana…

İnsanlar mövcudluqlarının bütün mərhələlərində xəstəliklərə məruz qalıblar.

 

Bəs, maraqlıdır, tarixin tanınmış həkimləri kimlərdir? Onlar tibbə hansı yenilikləri gətirib? Modern.az tibbin tanınmış simaları və bu sahədə yenilik edən şəxslərlə bağlı kiçik araşdırma edib: Xəstəliklər bəşər tarixində rol oynamağa başladığı vaxtdan etibarən insanların bəziləri müxtəlif yollarla özünü müdafiə etmək üçün fəqli üsullar axtarmağa çalışıblar. Həkim adlandırdığımız bu şəxslər hələ tarixin qədim mərhələrindən etibarən formalaşmaqdadır. Bəs, maraqlıdır, tarixin tanınmış həkimləri kimlərdir? Onlar tibbə hansı yenilikləri gətirib? Modern.az tibbin tanınmış simaları və bu sahədə yenilik edən şəxslərlə bağlı kiçik araşdırma edib:

 

Hippokrat – “Tibbin atası” piyi istənilən xəstəliyin mənbəyi hesab edirdi. Buna  görə ilk növbədə istisnasız bütün xəstələrə aclıq pəhrizini məsləhət görürdü. Aloya Hippokratın sevimli bitkisi idi. O bəzi xəstəlikləri ilk dəfə izah etdi . Bu xəstə barmaqlar" xəstəliyi "dir ki, Hippokrat barmaqları" da adlanır. Çünki Hippokrat bu xəstəliyin tərifini ilk dəfə verənlərdəndir. Təsvir etdiyi digər xəstəliklər; "ağciyər xərçəngi", "ağciyər iltihabı", "siyanotik ürək xəstəliyi" və s.

 

Qalen – Dövrününü məşhur həkimi kimi tanınıb. Qalen Roma əsilzadələrini müalicə edir və imperator Mark Avrelinin saray həkimi kimi uğur qazanıb. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə edib. Onlardan Avropa təbibləri 1300 il faydalanıblar. O, həmçinin farmakologiya elminin əsaslarını qoyub. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynayıb.

 

 

İbn Sina – Yaxın və Orta Şərqin məşhur həkimidir. İbn Sinanın yazdığı "Təbabət elminin qanunu" kitabı Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilib. Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir. O yazırdı ki, insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşdırıb:

  • 1) Qidaya;
  • 2) geyimə;
  • 3) burun vasitəsilə düzgün nəfəs almağa;
  • 4) bədən quruluşunu həmişə düzgün formada saxlamağa;
  • 5) xasiyyətini tarazlamağa;
  • 6) bədənini "lazımsız tullantılardan" təmizləməyə;
  • 7) fiziki və əqli aktivliyə.

Robert Kox- İnfeksional xəstəliklərin müalicəsi üzrə xeyli təcrübə toplayıb. Xüsusilə də, vəba xəstəliyi ilə mübarizədə bir sıra mühüm elmi yeniliklər əldə edib. O, Volşteyn şəhər xəstəxanasında həkim kimi fəaliyyət göstərərkən Sibir xorasının müalicəsi ilə bağlı xeyli elmi-təcrübi eksperimentlər aparıb. Bu xəstəliyin iribuynuzlu mal-qara arasında yayıldığını aşkarlayıb, nəticədə ağciyərin kəskin formada iltihab keçirdiyi qənaətinə gəlib.

"Patogen orqanizmlərin öyrənilmə metodları" adlı elmi iş nəşr etdirib. Bu əsərdə bakteriyaların yetişdirilməsi üçün bir sıra yeni elmi üsullar təqdim olunub.  1882-ci ildə isə o, vərəm xəstəliyini törədən bakteriyanı (vərəm çöpünü) aşkar edib. Kox, vərəmin müalicəsilə bağlı tədqiqatlarını davam etdirib, beləliklə tuberkulin adlı yeni maddə aşkarlayıb. Bu maddə vərəm mikroblarından alınırdı və vərəm xəstəliyinin müalicəsində istifadə zamanı müsbət nəticələrə gətirib çıxarırdı.

 

 

Lui Paster - o quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını verib. Pasterin xəstəliklərin qarşısının alınması üçün Pyer Roksla apardığı araşdırmalar nəticəsində peyvənd hazırlanmışdı. Paster bu üsulu ilk olaraq dovşanlar üzərində sınadı. Daha sonra peyvəndin quduz xəstəliyinə təsirini araşdırmaq üçün 11 itlə sınaq keçirdi. 6 iyul 1885-ci ildə quduz bir it tərəfindən dişləyən 9 yaşlı Cozef Meisterə quduz peyvəndi tətbiq etdi və onu sağaltdı.

 

Ceyns Parkinson - Sinir sistemi xəstəliyini dünyaya tanıtdırmaqla tarixə düşüb. Parkinsonun "xəstə hərəkətsiz hətta hardansa tutub yeriyərkən əzələ qüvvələri ilə birlikdə həmdə istəmsiz titrəmələri, gövdəni qabağa əymə və gəzməkdən ani olaraq qaçışa keçmə, duyğulara və ağıla aid hər hansı bir zehni pozğunluq” kimi halların 50-60 yaşında ortaya çıxdığını  və xəstənın  əzələlərin sərtliyi səbəbindən ümumi bir yavaşlama yaşadığını ortaya qoyub. Kəşf etdiyi sinir xəsətliyi məhz onun adı ilə elmdə Parkinson xəstəliyi deyə tanınır.

 

Səkinə ƏLƏKBƏROVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək - İlham Əliyev 6 Aprel 2020, 16:33 İşsizlərin nəzərinə - qeydiyyat yalnız bu qaydada aparılır 6 Aprel 2020, 16:31 Prezidentdən XƏBƏRDARLIQ: “Belə addımlar xəyanət kimi qəbul ediləcək” 6 Aprel 2020, 16:28 Ölkə başçısı xaricdən təxliyə edilən vətəndaşların sayını AÇIQLADI 6 Aprel 2020, 16:26 İlham Əliyev koronavirus təhlükəsilə bağlı xalqa MÜRACİƏT ETDİ 6 Aprel 2020, 16:11 Prezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDA - YENİLƏNİB 6 Aprel 2020, 16:09 Putin Paşinyanla qazın qiymətini müzakirə edib 6 Aprel 2020, 16:04 Pensiya və müavinət alanlara şad xəbər: pulunuzu istənilən bankomatdan əlavə faiz tutulmadan çıxara bilərsiz 6 Aprel 2020, 15:58 Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 6 Aprel 2020, 15:52 Vergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDI 6 Aprel 2020, 15:48 Bakıda saxta icazə arayışını 20 manata satan şəxs tutuldu 6 Aprel 2020, 15:44 Azərbaycanda daha 57 şəxsdə koronavirus aşkarlandı, 12 nəfər sağaldı 6 Aprel 2020, 15:32 "Dərs vaxtı"nın 7 aprel cədvəli 6 Aprel 2020, 15:24 Bu ölkədə pandemiya qurbanlarının sayı 13 mini ötdü 6 Aprel 2020, 15:22 Bir uşağın koronavirusa yoluxması nənə-babasının ölümünə SƏBƏB ola bilər 6 Aprel 2020, 15:16 Gənclər “Tələbə baharı”na dəvət olunur 6 Aprel 2020, 15:11 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan olundu 6 Aprel 2020, 15:03 Prezidentlərin oxuduğu azərbaycanlı YAZIÇI 6 Aprel 2020, 15:03 Həcc ziyarəti ləğv olunmaya bilər 6 Aprel 2020, 15:01 Bakıda keçiriləcək beynəlxalq sərgilərin vaxtı dəyişdirildi 6 Aprel 2020, 14:59 Qənirə Paşayeva 500 veterana tibbi-qoruyucu vasitə göndərdi 6 Aprel 2020, 14:52 Azərbaycanda hərbi çağırışçılara MÜRACİƏT 6 Aprel 2020, 14:43 COVİD-19-dan ölənlərin sayı 70 mini keçdi 6 Aprel 2020, 14:29 Neftin taleyi cümə axşamı HƏLL OLUNACAQ: ya havayı olacaq, ya da... - ŞƏRH 6 Aprel 2020, 14:27 ABŞ-ın baş infeksionistindən bədbin proqnoz: “Koronavirusu tam məhv etmək mümkün olmayacaq” 6 Aprel 2020, 14:01 Bəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanır 6 Aprel 2020, 13:55 Neftlə bağlı Moskva və Ər-Riyadın razılaşmadığı əsas MƏQAM 6 Aprel 2020, 13:44 Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu: Könüllü olmağa hazırıq 6 Aprel 2020, 13:40 Sabahın HAVA PROQNOZU - güclü külək, yağış... 6 Aprel 2020, 13:27 Koronavirus nə zaman bitəcək? – Ekspertlərdən fərqli PROQNOZLAR 6 Aprel 2020, 13:19 Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13 Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49