Modern.az

Dünyanın aparıcı ölkələrində təhsil alan azərbaycanlı tələbələr - RƏSMİ

Dünyanın aparıcı ölkələrində təhsil alan azərbaycanlı tələbələr - RƏSMİ

Təhsil

20 Fevral 2020, 15:18

Təhsil Nazirliyi dünyanın ilk beşlikdə olan ölkələrində təhsil alan azərbaycanlı tələbələr haqqında məlumat verib.

 

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) məqsədilə Təhsil Nazirliyinə illik olaraq ortalama 3500-4000 müraciət daxil olur.

 

Həmin müraciətçilərin böyük əksəriyyətini Ukrayna, Rusiya Federasiyası, Gürcüstan və Türkiyə Respublikasının ali təhsil müəssisələrindən məzun olmuş şəxslər təşkil edir.

 

Müraciətçilər arasında ABŞ və Qərbi Avropa ölkələrinin (Böyük Britaniya, İspaniya, İtaliya, Fransa və s.) təhsil müəssisələrinin məzunları da xüsusi yer tutur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır