Modern.az

İranda həbs edilən Fransa vətəndaşı azadlığa buraxıldı

İranda həbs edilən Fransa vətəndaşı azadlığa buraxıldı

22 Mart 2020, 12:10

İran hakimiyyəti casusluqda ittiham edilərək Tehranda həbs edilən Fransa vətəndaşı Rolan Marşalı ötən gecə azadlığa buraxaraq Parisə yola salıb.

 

Modern.az xəbər verir ki, Fransa Siyasi Tədqiqatlar İnstitutunun əməkdaşı R.Marşal Tehranda həbs edilərək məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Öz növbəsində Fransa Parisdə oxşar ittihamla həbs edilən iranlı mühəndis Cəlal Ruhillahnejadı azadlığa buraxaraq Tehrana yola salıb. Fransa hakimiyyəti C. Ruhullahnejadı ABŞ-a ekstradisiya etmək istəyirdi. Amerikada iranlı mühəndisi ömürlük həbs gözləyirdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı